Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1954/2022 19.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1393/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment və Mediasiya Sessiyasında iştirakı üçün keçirdiyi 50 manat rüsumun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Onların nikahları pozulmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşağın saxlanması üçün 160 (yüz altmış) manat məbləğin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Moskva şəhərində yaşayır və orada işləyir, maddi vəziyyəti yaxşıdır, kifayət qədər qazancı var, alimenti vaxtında ödəməsinə baxmayaraq, həmin məbləğ uşağın maddi ehtiyaclarını ödəmir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından 08 sentyabr 2016-cı il tarixdə X6 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2295/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Məmmədova (Nurullayeva) Lalə Samir qızı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1956 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 08 sentyabr 2016-cı il tarixdə anadan olmuş X6 nikahın pozulmasından sonra Məmmədova (Nurullayeva) Lalə Samir qızının himayəsində saxlanılması və Cavabdeh 08 sentyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin Məmmədova (Nurullayeva) Lalə Samir qızının xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1393/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2016cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, iddiaçı Məmmədova (Nurullayeva) Lalə Samir qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(044)-1393/2021nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh nikahlarından 08 sentyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment və Mediasiyaya ödənilmiş 50 manat tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2160 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 41.60 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1393/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh nikahlarından 08 sentyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment və Mediasiyaya ödənilmiş 50 manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 41.60 manat dövlət rüsumu Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(125)-1954/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-1954/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1954/2022
19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver