Məhkəmə qərarları › İş №2(125)-1960/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1960/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1960/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı «yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh qarşı ünvan 1 ünvanında yaşayışla əlaqədar dövlət yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənilməli debitor borcun əvəzi qismində 491 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondudur və Azərbaycan Respublikası Qanunveriliciyinə əsasən Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına,təyinatı üzrə istifadəsinə və borc öhdəliyi üzrə kirayə haqlarının vaxtında ödənilib, yığılmasına cavabdehdir. xx.xx.2025-ci il tarixdə 1 saylı Mənzil-İstismar sahəsinin rəisi X13 Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisinə raportla müraciət edərək, ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayış sahəsi və kommunal xidmətlərindən istifadəyə görə 2025-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Tarif Şurasının təyin etdiyi meyarlara əsasən 491 manat 14 qəpik məbləğində borcun olduğunu bildirmişdir. Bununla əlaqədar 1 nömrəli Mənzilistismar sahəsinin rəhbərliyi tərəfindən Cavabdeh dövlətə olan borcun ödənilməsinin vacib olduğunu bildirərək, şifahi və rəsmi xəbərdarlıqlar olunmuş, lakin cavabdeh ayrı-ayrı bəhanələrlə ödəniş etməmiş və bunu etməkdən imtina edir. Əlavə olaraq yaşayış sahəsinə və kommunal xidmətlərə görə dövlətə borcu olan sakinlərə, o cümlədən Cavabdeh güzəşt edilərək qanunla müəyyən olunmuş qaydada borcu tam şəkildə olmasa da, qismən ödənilməsi təklif olunmuşdur, lakin bu günə kimi cavabdeh yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın dövlətə ödənilməsindən yayınmışdır. Belə olduğu halda Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi aidiyyatlı müəssisə olaraq qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi X10 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin ona qarşı «yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın ödənilməsi» tələbi barədə iddiası üzrə müddəti keçdiyindən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsinin” daimi kirayə müqaviləsindən görünür ki, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi xx.xx.1992-ci il tarixli, 430 nömrəli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh və ailə üzvləri X2, X4, X5 və X1 verilmişdir. Həmin müqaviləyə əsasən ötən hər ayın mənzil haqqını sonrakı ayın 10-dan gec olmayaraq və eyni zamanda kommunal xidmətləri (məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətləri) üçün haqqı müəyyən olunmuş qaydada təsdiq edilmiş tariflər üzrə ödəməyi kirayəçi öz öhdəsinə götürür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 35 nömrəli raportundan görünür ki, Cavabdeh ünvan 3 ünvanının xx.xx.2025-ci ilə qədər kommunal borcu (zibil yığılması və mənzil kirayəsi) 491 manat 14 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 3-25-114/2-238/2025 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri 38 nömrəli hərbi şəhərcik Dos 5, mənzil 3 Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 35 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanının kommunal borcundan (zibil yığılması və mənzil kirayəsi) uzun müddət ərzində ödəniş olmayıb. xx.xx.2025-ci ilə qədər olan ümumi borc 491 manat 14 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2025-ci ilə qədər mənzil kirayəsi və kommunal xidmətlərə görə 491 manat 14 qəpik yaranmış borcu qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks halda qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 400 nömrəli bildirişdən görünür ki, Cavabdeh kommunal xidmətləri üzrə olan borcu 457 manat 46 qəpik təşkil etdiyi, həmin borcla əlaqədar məlumat almaq və qısa müddət ərzində borcu ödəmək üçün 1 nömrəli Mənzil-İstisamar Sahəsinə yaxınlaşmağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 561 nömrəli bildirişdən görünür ki, Cavabdeh kommunal xidmətləri üzrə olan borcu 459 manat 92 qəpik təşkil etdiyi, həmin borcla əlaqədar məlumat almaq və qısa müddət ərzində borcu ödəmək üçün 1 nömrəli Mənzil-İstisamar Sahəsinə yaxınlaşmağı barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Gəncə rayon Mənzil-İstismar Hissəsinin tabeliyində olan 1 nömrəli Mənzil İstismar sahəsinin balansında olan yaşayan sakinlərin xx.xx.2024-cü il tarixə qədər kommunal xidmətləri (borcları) barəsində məlumatdan görünür ki, Cavabdeh Dos-5, mənzil 3 yaşayış sahəsinə dair kommunal borcu 2011-ci il üzrə 7 manat 52 qəpik, 2012-ci il üzrə 22 manat 50 qəpik, 2013-cü il üzrə 74 manat 34 qəpik, 2014-cü il üzrə 125 manat 46 qəpik, 2015-ci il üzrə 158 manat 58 qəpik, 2016-cı il üzrə 191 manat 70 qəpik, 2017-ci il üzrə 214 manat 82 qəpik, 2018-ci il üzrə 247 manat 94 qəpik, 2019-cu il üzrə 281 manat 06 qəpik, 2020-ci il üzrə 314 manat 18 qəpik, 2021-ci il üzrə 347 manat 30 qəpik, 2022-ci il üzrə 380 manat 42 qəpik, 2023-cü il üzrə 413 manat 54 qəpik, xx.xx.2024-cü il tarixədək isə 459 manat 92 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 79-180 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikasdı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur və «Hərbi xidmətkeçmə» haqqında Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,3-25- 114/2-610/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri 38-83 nömrəli hərbi şəhərcik, Dos 5 binası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır, açıq hərbi şəhərcikdə yerləşir, xüsusi təyinatlı mənzil fonduna aiddir. İş materiallarında olan Gəncə rayon Mənzil-İstismar hissəsinin tabeliyində olan 1 nömrəli Mənzil-İstismar sahəsinin ərazisində yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixə qədər kommunal borcu barəsində məlumatdan görünür ki, 2011-ci il üzrə 5 nəfər ailə tərkibinə əsasən 7 manat 52 qəpik, 2012-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 22 manat 50 qəpik, 2013-cü il üzrə 6 nəfər ailə tərkibinə əsasən 74 manat 30 qəpik, 2014-cü il üzrə 6 nəfər ailə tərkibinə əsasən 125 manat 46 qəpik, 2015-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 158 manat 58 qəpik, 2016-cı il üzrə 6 nəfər ailə tərkibinə əsasən 191 manat 70 qəpik, 2017-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 214 manat 82 qəpik, 2018-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 247 manat 94 qəpik, 2019-cu il üzrə 6 nəfər ailə tərkibinə əsasən 281 manat 06 qəpik, 2020-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 314 manat 18 qəpik, 2021-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 347 manat 30 qəpik, 2022-ci il üzrə 6 nəfər ailə tərkibinə əsasən 380 manat 42 qəpik, 2023-cü il üzrə 6 nəfər ailə tərkibinə əsasən 413 manat 54 qəpik, 2024-cü il üzrə 5 nəfər ailə tərkibinə əsasən 444 manat 26 qəpik, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 nəfər ailə tərkibinə əsasən 499 manat 16 qəpik borc hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, ünvan 4 ünvanında xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1961-ci il təvəllüdlü X7, xx.xx.1982-ci il təvəllüdlü X8, xx.xx.1989-cu il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X11 pasport qeydiyyatındadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-25-27/2-2293/2025 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcik, Dos-5 Müdafiə Nazirliyinin balansındadır və sözügedən hərbi şəhərci açıq hərbi şəhərcik statusuna malikdir. İşdə olan Gəncə rayon Mənzil-İstismar hissəsinin tabeliyində olan 1 nömrəli Mənzil- İstismar sahəsinin ərazisində yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixə qədər kommunal borcu barəsində məlumatdan görünür ki, ünvan 5ünvanında yaşayan Cavabdeh 2011-ci ildə özü ilə birlikdə 5 nəfər ailə üzvünə yığılan kommunal borcu əfv edildikdən sora 22 manat 50 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 14 qəpik) 6 nəfərə görə 1 illik 7 manat 58 qəpik, kanalizasiya üzrə 18 manat 90 qəpik, su üzrə 4 manat 58 qəpik təşkil edir. 2011-ci ildə 16 manat 88 qəpik ödəniş olub. Cavabdeh 2012-ci ildə özü ilə birlikdə 5 nəfər ailə üzvü üçün kommunal borcu 74 manat 34 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 18 manat 72 qəpik, kanalizasiya üzrə 21 manat 60 qəpik təşkil edir. 2012-ci ildə ödəniş olmayıb. 2013-cü ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 125 manat 46 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik, kanalizasiya üzrə 18 manat təşkil edir. 2013-cü ildə ödəniş olmayıb. 2014-cü ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 158 manat 58 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik, təşkil edir. 2014-cü ildə ödəniş olmayıb. 2015-ci ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 191 manat 70 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik,təşkil edir. 2015-ci ildə ödəniş olmayıb. 2016-cı ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 214 manat 82 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik təşkil edir. 2016-cı ildə 10 manat ödəniş olub. 2017-ci ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 247 manat 94 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik təşkil edir. 2017-ci ildə ödəniş olmayıb. 2018-ci ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 281 manat 06 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik təşkil edir. 2018-ci ildə ödəniş olmayıb. 2019-cu ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 314 manat 18 qəpik təşkil edir Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik, təşkil edir. 2019-cu ildə ödəniş olmayıb. 2020-ci ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 347 manat 30 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik təşkil edir. 2020-ci ildə ödəniş olmayıb. 2021-ci ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 380 manat 42 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik təşkil edir. 2021-ci ildə ödəniş olmayıb.2022-ci ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 413 manat 54 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 6 nəfərə görə 1 illik 21 manat 60 qəpik təşkil edir. 2022-ci ildə ödəniş olmayıb.2023-cü ildə özü ilə birlikdə 6 nəfər ailə üzvü üçün kommunal borcu 444 manat 26 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 30 qəpik) 1 illik 19 manat 20 qəpik təşkil edir, lakin “ASAN xidmət” mərkəzi tərəfindən 2023-cü ilin avqust ayında təqdim olunan Forma 2 sənədinə əsasən 5 nəfər olub, avqust ayından xx.xx.2025-ci ilədək zibil yığılması üzrə 5 nəfər üçün hesablanıb və 5 aylıq 5 nəfər üçün zibil yığılması 7 manat 50 qəpikdir. 2023-cü ildə ödəniş olmayıb. 2024-cü ildə özü il birlikdə 5 nəfər ailə üzvü üçün kommunal borcu 485 manat 78 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 illik 11 manat 52 qəpik, zibil yığılması üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2024-cü il 29 iyun tarixli 8 nömrəli qərarına əsasən bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti (1 nəfər üçün 70 qəpik) olub. Qərar 2024-cü ilin iyul ayının 1-dən qüvvədədir.Buna əsasən 5 nəfərə görə 1 illik 34 manat təşkil edir. 2024-cü ildə ödəniş olmayıb. 2025-ci ilin yanvar ayı özü il birlikdə 5 nəfər ailə üzvü üçün kommunal borcu 490 manat 24 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 aylıq 0,96 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 70 qəpik) 5 nəfərə görə 1 aylıq 3 manat 50 qəpik təşkil edir. 2025-ci ilin yanvar ayında ödəniş olmayıb. 2025-ci ilin fevral ayı özü il birlikdə 5 nəfər ailə üzvü üçün kommunal borcu 494 manat 70 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 aylıq 96 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 70 qəpik) 5 nəfərə görə 1 aylıq 3 manat 50 qəpik təşkil edir. 2025-ci ilin fevral ayında ödəniş olmayıb. 2025-ci ilin mart ayı özü il birlikdə 5 nəfər ailə üzvü üçün kommunal borcu 499 manat 16 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 aylıq 96 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 70 qəpik) 5 nəfərə görə 1 aylıq 3 manat 50 qəpik təşkil edir. 2025-ci ilin mart ayında ödəniş olmayıb. 2025-ci ilin aprel ayı özü il birlikdə 5 nəfər ailə üzvü üçün kommunal borcu 503 manat 62 qəpik təşkil edir. Yaşayış sahəsi üzrə 1 aylıq 96 qəpik, zibil yığılması üzrə (1 nəfər üçün 70 qəpik) 5 nəfərə görə 1 aylıq 3 manat 50 qəpik təşkil edir. 2025-ci ilin aprel ayında ödəniş olmayıb. İş materiallarında olan xx.xx.1997-ci il tarixli 000951 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh veterandır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri 38-83 nömrəli hərbi şəhərcik, Dos 5 binası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır və xüsusi təyinatlı mənzil fonduna aiddir. Cavabdeh sözügedən mənzildə 1992-ci il tarixdən hal-hazıradək 4 nəfər ailə üzvü ilə birgə kirayədə yaşayır. Tərəflər arasında bağlanmış “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsinin” daimi kirayə müqaviləsinə əsasən ötən hər ayın mənzil haqqını sonrakı ayın 10-dan gec olmayaraq və eyni zamanda kommunal xidmətləri (məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətləri) üçün haqqı müəyyən olunmuş qaydada təsdiq edilmiş tariflər üzrə ödəməyi kirayəçi öz öhdəsinə götürür. İddiaçı iddia etmişdir ki, Cavabdeh 2011-ci ildən 2025-ci ilin aprel ayınadək Gəncə rayon Mənzil-İstismar hissəsinin tabeliyində olan 1 nömrəli Mənzil-İstismar sahəsinin balansında olan Gəncə şəhəri 38-83 nömrəli hərbi şəhərcik, Dos 5 ünvanında yerləşən mənzilə dair kommunal xidmətlərə görə (kirayə haqqı, sudan istifadə və çirkab sularının axıdılması, zibil tullantılarına görə və.s) ödəmədiyindən ümumilikdə cavabdehin iddiaçıya 491 manat 14 qəpik məbləğində debitor borcu yaranmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etmədiyini və iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.3-cü maddəsinə görə təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 138.4-cü maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Bundan başqa, «Tənzimlənən qiymətlər haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə «Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı» təsdiq olunmuşdur. «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri). «Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarına görə bərk məişət tullantılarının yığılması və daşınması əhali istehlakçı qrupu üzrə 1 nəfərə görə aylıq xidmət haqqı 30 qəpik təşkil edir. «Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə» xx.xx.2024-cü il tarixli 8 nömrəli tarifə əsasən digər inzibati ərazi vahidləri üzrə bərk məişət tullantılarının zərərsizləşdirilməsi əhali istehlakçı qrupu üzrə 1 nəfərə görə aylıq xidmət haqqı 70 qəpik təşkil edir. «Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli, 6 nömrəli qərarına əsasən su təhcizatına görə digər inzibati ərazi vahidləri əhali qrupu üzrə 1 kub metr sudan istifadəyə görə xidmət haqqı 60 qəpik, tullantı sularının axıdılmasına görə isə 1 kub metr sudan istifadəyə görə xidmət haqqı 30 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı «yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın ödənilməsi» tələbinə dair iddiası qismən, yəni 5 nəfərə görə hesablanmış kommunal xidmətlərə görə borcun ödənilməsinə dair hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Belə ki, Cavabdeh Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin hazırki tələbinin əsaslı olan hissəsinə münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış, Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh iddiaçıya kommunal xidmətlərə görə 2022-ci ilin 10 ay 15 günü üzrə 25 manat 83 qəpik, 2023-cü il üzrə 39 manat 52 qəpik, 2024-cü il üzrə 39 manat 52 qəpik və 2025-ci ilin 1 ay 15 günü üzrə 6 manat 69 qəpik, ümumilikdə 111 manat 56 qəpik ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh yaşayış sahəsi və kommunal xidmətlərə görə ödənilməmiş borcun əvəzi qismində 111 manat 59 qəpik məbləğində pul vəsaiti Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin iddiası qismən təmin edilsin. Cavabdeh yaşayış sahəsi və kommunal xidmətlərə görə ödənilməmiş borcun əvəzi qismində 111 (bir yüz on bir) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xeyrinə tutulsun. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar