Məhkəmə qərarları › İş №2(125)-1992/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1992/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1992/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş X5 adlı uşağın saxlanması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-5489/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 119.60 manat sabit pul məbləğində alimentin artırılaraq 193 manat sabit pul məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcmini azaldaraq, verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 5489/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu ildə anadan olmuş X5 adlı uşağın saxlanması üçün hər ay bir uşaq üçün 119.60 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Hazırda iddiaçı həmin məbləğlə azyaşlı uşağın saxlanmasında çətinlik çəkir. Belə ki, həmin məbləğlə uşağının tələbatlarını ödəyə bilmir. Cavabdeh isə rəsmi işləyir, həm də fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş X5 adlı uşağın saxlanması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-5489/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 119.60 manat sabit pul məbləğində alimentin artırılaraq 150 manat sabit pul məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş, verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2010-cu ildə anadan olmuş X5 adlı uşağın saxlanması üçün ondan hər ay bir uşaq üçün 119.60 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İddianı qəbul edir və X5 adlı uşağın saxlanması üçün hər ay 150 manat ödəməyə razıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 424208 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 13 mart 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 5489/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 13 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, 119.60 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, alimentin dəyişdirilmiş miqdarının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-5489/2017 saylı qətnaməsi ilə ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 119.60 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 150 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 5489/2017 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 119.60 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar