Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2021/2022 19.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah müddətində alınmış ümumi borcun, yəni 36.000 manat pul vəsaitinin ½ hissəsi olan 18.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Expressbank» açıq səhmdar cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə, yəni həm əsas, həm də faiz borcunun tərəflər arasında faktiki nikah münasibətlərinin başa çatdığı vaxtdan qalıq qalmış 36.000 manat məbləğində hissəsinin ½ hissəsinin əvəzi qismində 18.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə nikahını 12 iyul 2001-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində qeyd etdirməklə ailə qurmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-168/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdeh ilə birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə bağlıdır. Cavabdeh ona qarşı əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1504/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən evə onunla cavabdehin hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. 2018-ci ildə sözügedən mənzili almaq üçün tərəflər müxtəlif banklara müraciət edərək kredit götürmək istəmişlər. Lakin Cavabdeh öz borclarını vaxtında ödəmədiyinə görə banklar onlara kredit verməkdən imtina etmişlər. Belə olan halda, o məcbur qalaraq 15 avqust 2018-ci il tarixdə bibisi oğlu olan X1 müraciət edərək ondan 35.000 manat məbləğində borc pul götürmüşdür və həmin pul vəsaiti ilə ünvan 1 ünvanında yerləşən evi almışdır. Daha sonra 19 noyabr 2018-ci il tarixdə «Expressbank» açıq səhmdar cəmiyyəti iddiaçının öhdəliklərini vaxtında icra edəcəyinə zaminlik edən şəxs olduğu üçün ona 36 ay müddətində ödəmək şərti ilə 36.000 manat məbləğində kredit vermişdir. Həmin pul vəsaiti ilə o, X1 olan borcunu qaytarmışdır. O, «Expressbank» açıq səhmdar cəmiyyətinə olan borcunu tək ödəyir və cavabdeh ona heç bir maddi köməklik göstərmir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-168/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış 12 iyul 2001-ci il tarixli 203 nömrəli nikah pozulmuşdur. İşdə olan AZ-İ seriyalı, 329876 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 may 2020-ci il tarixdə 101 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1504/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil paylara bölünməklə ½ hissəsində Cavabdeh, ½ hissəsində isə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. İşdə olan 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsindən görünür ki, «Expressbank» açıq səhmdar cəmiyyəti İddiaçı kreditdən istifadəyə görə illik 18% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 36.000 manat məbləğində kredit vermiş və həmin kreditə görə hesablanmış faiz borcu qismində 10.853 manat 44 qəpik məbləğində əlavə ödənişlər edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 15 avqust 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili 35.000 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli TT19226JH0C9 nömrəli, xx.xx.2019-cu il tarixli TT19254050RY nömrəli, xx.xx.2020-ci il tarixli TT20253X6T3B nömrəli, xx.xx.2022-ci il tarixli TT20287QYH8W nömrəli, xx.xx.2020-ci il tarixli TT20325Y8DZN nömrəli, xx.xx.2020-ci il tarixli TT20349PHFQR nömrəli, xx.xx.2021-ci il tarixli TT2110691L4V nömrəli, xx.xx.2021-ci il tarixli TT21152T8RPS nömrəli, xx.xx.2021-ci il tarixli TT211622T15B nömrəli, xx.xx.2021-ci il tarixli TT21190CKCGR nömrəli, xx.xx.2021-ci il tarixli TT21231MWRJH nömrəli, xx.xx.2021-ci il tarixli TT21259VKNQS nömrəli, xx.xx.2021-ci il tarixli TT212819HQSC nömrəli, xx.xx.2021-ci il tarixli TT21328RX3MX nömrəli, xx.xx.2021-ci il tarixli TT21333JSJNG nömrəli, xx.xx.2021-ci il tarixli TT22124D21G2 nömrəli, xx.xx.2021-ci il tarixli TT22089FRZCG qəbzlərdən görünür ki, 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsinin icrası məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 18.073 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli 2(044)-168/2020 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il tarixdə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh 12 iyul 2001-ci ildə nikaha girmişdir. İddiaçı 23 iyul 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-168/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər arasında olan birgə nikah dövründə «Expressbank» açıq səhmdar cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsinə uyğun olaraq, İddiaçı 36.000 manat məbləğində kredit verilmiş, həmçinin həmin kreditə görə hesablanmış faiz borcu qismində 10.853 manat 44 qəpik məbləğində əlavə, cəmi 46.853 manat 44 qəpik ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçı və Cavabdeh 23 iyul 2019-cu il tarixədək birgə yaşadıqları dövrdə qeyd olunan ümumi borcdan 10.411 manat 92 qəpik məbləğində ödəniş edilmiş, qalıq borc 36.441 manat 52 qəpik qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və qanunvericiliyin tələbi baxımından iddiaçının birgə nikah dövründə əldə edilmiş borclarının bölünməsini tələb etməsi əsaslıdır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh birgə nikah dövründə «Expressbank» açıq səhmdar cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsi üzrə borcun tərəflər arasında faktiki nikah münasibətlərinin başa çatmasından sonra icra edilməli olan 36.000 manat məbləğində hisssəsinin ½ hissəsinin əvəzi qismində 18.000 manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh birgə nikah dövründə «Expressbank» açıq səhmdar cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsindən yaranan öhdəliklərin icrası üzrə 18.000 (on səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, cəmi 18.100 (on səkkiz min bir yüz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2021/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2021/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver