Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2041/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 2.520 manat (120.000 Rubl) və kirayə haqqı olaraq ödənilmiş vəsaitin əvəzi qismində 3.700 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 2.520 manat (120.000 Rubl) və kirayə haqqı olaraq ödənilmiş vəsaitin əvəzi qismində 3.700 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh onun qardaşıdır. Rusiya Federasiyasında yaşayan bacı və qardaşı 07 oktyabr 2020-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək ona cəmi 120.000 manat Rubl məbləğində pul vəsaiti göndərmiş və o, həmin pul vəsaitini qardaşı Cavabdeh borc olaraq vermişdir. Lakin Cavabdeh sonradan onun xəstələnməsindən istifadə edərək, ona olan borcunu qaytarmamışdır. Bundan başqa, qardaşı Cavabdeh onu aldadaraq, valideynlərindən miras qalmış evin öz adına özgəninkiləşdirilməsinə nail olmuşdur. Buna görə də o, 2021-ci ilin yanvar ayından dekabr ayınadək Bakı şəhərində müxtəlif ünvanlarda, 2021-ci ilin dekabr ayından 2022-ci ilin avqust ayınadək isə ünvan 2 ünvanında kirayə tutduğu evdə yaşamışdır. O, Bakı şəhərində yaşadığı müddətdə hər ay 250 manat, Gəncə şəhərində yaşadığı müddətdə isə hər ay 150 manat kirayə haqqı ödəmişdir. Lakin sonradan onun valideynlərindən miras qalmış mənzilə köçürülməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsi qəbul edilmiş və o, valideynlərindən miras qalmış evdə yaşamağa başlamışdır. Hazırda Cavabdeh ona olan borcunu və kirayə haqqı qismində sərf etdiyi vəsaiti ödəməkdən imtina edir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı ödənilməmiş əsas borcun əvəzi qismində 2.520 manat (120.000 Rubl) və kirayə haqqı olaraq ödənilmiş vəsaitin əvəzi qismində 3.700 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh mülki işə onun iştirakı olmadan baxılması və yekun qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin eyni tarixdə məhkəməyə daxil olmuş digər ərizəsində Cavabdeh iddia tələbində göstərilən xüsusatların həqiqətə uyğun olmadığını bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan 07 oktyabr 2020-ci il tarixli, 14 oktyabr 2020-ci il tarixli, 04 noyabr 2020-ci il tarixli və 26 yanvar 2021-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı 07 oktyabr 2020-ci il tarixdə Rusiya Federasiyasından göndərilmiş 10.000 Rubl, 14 oktyabr 2020-ci il tarixdə 30.000 Rubl, 04 noyabr 2020-ci il tarixdə 40.000 Rubl və 26 yanvar 2021ci il tarixdə 40.000 Rubl məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(043)-868/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 1Q nömrəli evin 20 nömrəli mənzilinə istifadə hüququ tanınmış və İddiaçı həmin mənzilə köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ödənilməmiş əsas borcun əvəzi qismində 2.520 manat (120.000 Rubl) və kirayə haqqı olaraq ödənilmiş vəsaitin əvəzi qismində 3.700 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni tərəflər arasında borc müqaviləsinin bağlanmasını, Cavabdeh İddiaçı 2.520 manat (120.000 Rubl) manat məbləğində pul vəsaitini borc almasını və geri qaytarmamasını, eləcə də kirayə haqqı olaraq 3.700 manat məbləğində məbləğində pul vəsaitini sərf etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və daha sonra cavabdehin öz öhdəliklərini icra etməməsini, eləcə də ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 2.520 manat (120.000 Rubl) və kirayə haqqı olaraq ödənilmiş vəsaitin əvəzi qismində 3.700 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 2.520 manat (120.000 Rubl) və kirayə haqqı olaraq ödənilmiş vəsaitin əvəzi qismində 3.700 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2041/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2041/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver