Məhkəmə qərarları › İş №2(125)-2056/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2056/2023

04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2056/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X1 və Cavabdeh1 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X1 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı Gəncə Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X3 tərəfindən verilmiş *3.*5.2*2*-ci il tarixli, 8İ-9962 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış 19.*2.2*18-ci il tarixli saxta kredit müqaviləsinə əsasən guya Cavabdeh1 ona 72** manat məbləğində borc pul vermiş və həmin kredit müqaviləsi də 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin notariusu X3 tərəfindən təsdiq edilmişdir. Həmin saxta kredit müqaviləsinə görə də Zülfiqar Ağcayev icra qeydi vermişdir. İlkin olaraq Cavabdeh1la aralarında bağlanmış və 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 19.*2.2*18-ci il tarixli, 3M-117 nömrəli kredit müqaviləsi formal olaraq tərtib edilmiş, əslində Cavabdeh1 ona heç bir məbləğdə pul verməmişdir. Əgər belə olsaydı pul depazitə qoyulardı və sonradan bank vasitəsi ilə ona çatardı, lakin belə bir hal baş verməmişdir. Göründüyü kimi icra qeydinin aparılması bir qayda olaraq qanunvericilikdə sadalanan normalar əsasında müəyyən olunmuşdur. Buna baxmayaraq notarius tərəfindən sadalanan normalara əməl edilməmişdir. Ona görə də 1 saylı Gəncə Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş *3.*5.2*2*-ci il tarixli, 8İ-9962 saylı İcra qeydi ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək və bu barədə ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl 19 fevral 2*18-ci il tarixli kredit müqaviləsinin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *8 iyul 2*21-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra iddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *2 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *3 noyabr 2*21-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı kredit müqaviləsinin etibarsızlığına dair iddia ərizəsində qeyd edilənləri yəni, kredit müqaviləsinin formal bağlandığı, ona pul verilmədiyini vurğulasa da həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı hazırki iddia tələbində qeyd edilənləri sübut edə bilməməsinə baxmayaraq icra qeydinin ləvğinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı eyni iddia ərizəsi və eyni əsaslarla məhkəməyə müraciət edərək kredit müqaviləsinin icra edilməsinə maneəçilik törədir və əsassız iddia verərək məhkəmədə iş yükünü artırır. Hesab edir ki, sözügedən icra qeydi qanuni və əsaslıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 1 saylı Gəncə Regional ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Nidayət Rzayev ərizə göndərərək nümayəndənin iştirakı olmadan mülki işə baxılıb qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisində bağlanmış 19 fevral 2*19-ci il tarixli 3M-117 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 19.*2.2*2*-ci il tarixədək qaytarmaq şərtilə 72** (yeddi min iki yüz) məbləğində borc pul vermişdir. "xxxx" MMC-nin *2 mart 2*23-cü il tarixli 2791**645 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən məktub İddiaçı *2 mart 2*2*-ci il tarixdə göndərilmişdir. Cavabdeh1 İddiaçı ünvanlandığı *2 mart 2*2*-ci il tarixli ərizədən görünür ki, 19 fevral 2*18-ci il tarixli 3M-117 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı onun qarşısında 72** manat məbləğində borc öhdəliyi vardır və bildirişi əldə etdiyi gündən yaxın bir zamanda öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və ya ona məlumat verməyi, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə notariusun kredit müqaviləsi üzrə icra qeydi aparıldıqdan sonra öhdəliyin məcburi icra edilməsi üçün müqaviləni Gəncə şəhəri üzr İcra İdarəsinə təqdim edəcəyini bildirmişdir. Cavabdeh1 Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlandığı *2.*3.2*2*-ci il tarixli ərizədən görünür ki, 19 fevral 2*18-ci il tarixli 3M-117 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı 72** manat məbləğində pul vermiş və həmin pulu 19.*2.2*2*-ci il tarixədək qaytarmalı idi. Bugünədək İddiaçı həmin borc məbləğindən heç bir ödəniş etmədiyindən sözügedən kredit müqaviləsi üzrə qeydinin aparılmasını xahiş etmişdir. 1 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən verilmiş *3 may 2*2*-ci il tarixli, 8İ-9962 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Cavabdeh1 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 72** manat pul və 2* manat dövlət rüsumu tutulmalıdır. 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Zülfüqar Ağcayev tərəfindən *3 may 2*2*-ci il tarixdə İddiaçı Cavabdeh1 xeyrinə kredit müqaviləsində nəzərdə tutulmuş pul məbləğinin tutulması ilə bağlı 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində *3 may 2*2*-ci il tarixli 8i-9962 reyestr ilə təsdiq edilmiş icra qeydi icra edilməsi üçün Göygöl rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *8 iyul 2*21-ci il tarixli 2 (*44)- 1644/2*21 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı 19 fevral 2*18-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *3 noyabr 2*21-ci il tarixli 2(1*4)-3814/2*21 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *8 iyul 2*21-ci il tarixli 2 (*44)-1644/2*21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, iddianın dəlillərindən olan kredit müqaviləsinin etibarsızlığı ilə əlaqədar icra qeydinin əsassız olmasına münasibətdə qeyd edir ki, kredit müqaviləsinin formal olaraq bağlanması, əslində pulun borc verilməməsi əsası ilə iddiaçı artıq bir dəfə iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin iddia əsassız hesab edilərək rədd edilmişdir. Odur ki, kredit müqaviləsinin etibarlılığının təkrar araşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa araşdırma nəticəsində müəyyən edilmişdir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2***-ci il tarixli 167 nömrəli Təlimatın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X1* arasında Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində 19 fevral 2*18-ci il tarixli 3M-117 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya 72** (yeddi min iki yüz) manat borc pul verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən Cavabdeh1 *2 mart 2*2*-ci il tarixli ərizə ilə İddiaçı 19 fevral 2*18-ci il tarixli 3M-117 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı onun qarşısında 72** manat məbləğində borc öhdəliyi olduğunu və üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə icra qeydinin aparılacağı və icra qeydi aparıldıqdan sonra öhdəliyin məcburi icra edilməsi barədə *2 mart 2*2*-ci il tarixdə bildiriş göndərmişdir. Bundan sonra *3 may 2*2*-ci il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh1 ərizəsi əsasında icra qeydi verilmişdir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh1 icra qeydinin aparılması üçün İddiaçı müraciət etdiyi gündən ən azı 2* gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Hazırkı tələb icra qeydi verilə bilən tələbdir, icra qeydi verilərkən iddia müddəti keçməmişdir. Buna görə də icra qeydinin ləğv olunması üçün heç bir əsas yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 357-36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı 1 saylı Gəncə Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X3 tərəfindən verilmiş *3.*5.2*2*-ci il tarixli, 8İ-9962 saylı icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar