Məhkəmə qərarları › İş №2(125)-2062/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2062/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2062/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qayda 2337.8 manat məbləğində pulun və 44 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili Qoşunlarında işləyən oğluna ev almaq istəyib. 2022-ci ilin fevral ayında “Tapaz”elanlar saytında Gəncə şəhəri, Sahil küçəsində 0.067 ha torpaq sahəsində yerləşən yarım tikili bir evin satıldığı barədə elana rast gəlmişdir. Elanı verən şəxslə, yəni Cavabdeh2 ilə telefonla əlaqə saxlamış, görüşüb deyilən evə baxmışdır. Ertəsi gün Sevinc onu qardaşı Cavabdeh1 ilə tanış etmişdir. Söhbət zamanı aydın oldu ki, satılan evin hüquqmüəyyənedici sənədi yoxdur. Natiq ona sənədləri düzəltmək üçün 2000-3000 manat pul tələb olunduğunu, pulunun olmadığını, əgər evi almaq istəyirsinizsə sənədlərin düzəlməsi üçün 2000 manat beh verilməsini söyləmişdir. O, əmisi oğlanları İsrafılov Şamil və İsrafilov Qasımın iştirakı ilə Natiqə onun ata-anası, bacısı və bacıs uşaqlarının yanında 2000 manat beh vermişdir. Bundan 2-3 ay vaxt keçməsinə baxmayaraq Natiq heç bir sənədi düzəldə bilməmişdir. O, özü sənədləri düzəltmək üçün əlaqədar təşkilatlara müraciət etmiş, lazım olanda Sevinci də özü ilə aparıb, sənədlərin düzəlməsinə cəmi 337 manat 80 qəpik xərcləmişdir. Satılan torpaq sahəsinin çıxarışını alıb Sevincə vermişdir. 26 may 2023-cü il tarixdə cavabdehlərlə birlikdə alqı-satqını rəsmiləşdirmək məqsədilə “ASAN xidmət” mərkəzinin notarius ofisinə getməli idi. Lakin həmin gün onlar gəlməmişlər. 27 may 2023-cü il tarixdə Sevinc zəng edib onu notariusa dəvət etmiş və evə dair ancaq etibarnamə vermək istədiyini bildirmişdir. O, həmin təklif ilə razılaşmayaraq alğı-satqı müqaviləsi bağlamaq istəməsə Natiqə verdiyi 2000 manat behi və sənədlərə çəkdiyi xərci qaytarmağını tələb etmişdir. Həmin vaxtdan Natiq tapılmamış və telefon zənglərinə cavab verməmişdir. Sonra ona məlum olmuşdur ki, torpaq sahəsinin yarısı başqa birinə satılmışdır. Dəfələrlə cavabdehlərdən pulu tələb etsə də, onlar pulu geri qaytarmamışlar. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, Sevincin iştirakı ilə onun adına ödənişi etdikdən sonra sənədlərin rəsmiləşdirilməsi üçün qəbzləri Sevincə vermişdir. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 bildirdi ki, İsa onun atasının əmisi oğludur. Cavabdeh1 pul veriləndə tanımışdır. İsa Natiqə həyət evi almaq üçün onun evində 2000 manat beh vermişdir. İsa onun yanında pulu sayaraq verdi Natiqə, Natiq də pulu onun yanında saydı, buna görə pulun 2000 manat olduğunu bilmişdir. Pulun verildiyi vaxtı dəqiq xatırlaya bilmir, amma keçən il hazırkı vaxtlarda pul verilmişdir. Pul verilərkən o, İsa, Natiqin bacısı, atası və Şəmil İsrafilov orada idi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirdi ki, İsa onun əmisi oğludur, münasibətləri yaxşıdır. Cavabdeh1 beh veriləndə tanımışdır. İsa Natiqə onun evində 2000 manat beh vermişdir. Natiqə pulu onun yanında verildiyi üçün 2000 manat olduğunu bilmişdir. Natiqin evini almaq üçün beh verildi. Natiq pulu onların yanında saymışdır. Pul verilərkən o, İsa, Qasım İsrafilov, Natiq, Natiqin bacısı və tanımadığı bir neçə şəxs daha var idi. Pulun verildiyi vaxtı dəqiq xatırlamır, təxmini 5-6 ay əvvəl idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (491). Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (492). Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqısı barədə razılıq əldə edilmiş, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə iddiaçı şahidlərin iştirakı ilə Cavabdeh1 beh qismində 2000 manat ödəniş etmiş, lakin həmin cavabdeh tərəfindən özgəninkiləşdirmə həyata keçirilməmişdir. Hazırkı iş üzrə iddiaçı daşınmaz əmlakın alqı-satqısı həyata keçirilməməsində Cavabdeh1 məsuliyyət daşımasına əsaslanaraq beh qismində ödənilmiş pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçının tələbinin əsaslandığı əqd qanunvericiliyin tələbi üzrə yazılı formada bağlanmamışdır, buna görə beh barədə əqd etibarsız hesab edilməli və qanunvericiliyə əsasən tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, beləliklə Cavabdeh1 2000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Bundan başqa, iddiaçı sənədlərin rəsmiləşdirilməsi üçün Cavabdeh2 adına və onun əvəzinə ödədiyini bildirdiyi 337.8 manat pulun tutulmasını xahiş etmiş və həmin hissədə tələbinin sübutu kimi qəbzlərin surətlərini təqdim etmişdir. Lakin həmin sənədlər tələbin əsaslı olmasını təsdiqləyən mötəbər sübut hesab edilə bilməz və iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 2000 (iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar