Məhkəmə qərarları › İş №2(125)-2064/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2064/2023

24.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2064/2023 24.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 4777.10 manat məbləğində borcun, icra üçün ödənilmiş 7% ödənişinin, yəni 329.70 manatın, 40 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin, eyni zamanda məhkəmə xərci üçün ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5218.80 manat pulun cavabdeh alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin noyabr ayında Cavabdeh pandemiya dövrü olduğundan və məktəbdə əyani şəkildə dərs keçirilmədiyindən uşaqları üçün kompüterə ehtiyacı olduğunu və o rəsmi şəkildə iş yeri olmadığından, ona kredit verilməyəcəyindən onun götürməyini xahiş etmişdir. Əvəzində isə vaxtı-vaxtında kredit ödənişini ödəyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixində Qara Qarayev metro stantiyasının yaxınlığında yerləşən "xxxx" MMC-in mağazasından (Kontakt Home) kredit ilə 1108 manat dəyərində olan “HP markalı kompüteri” alıb, Cavabdeh təqdim etmişdir. Bir neçə ay ödənişlər Cavabdeh tərəfindən vaxtı-vaxtmda həyata keçirildi. Cavabdeh həmin müddətdə ondan "İphone 12 pro max” markalı telefonu kredit ilə onun üçün əldə etməyini və o isə öz növbəsində ödənişləri vaxtı-vaxtında etməyi öhdəsinə götürdü. Şəxsin “HP markalı kompüteri” kredit ödənişlərini vaxtı-vaxtında ödəməyini nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Neftçilər metro stansiyası yaxınlığında yerləşən "xxxx" MMC-in mağazasından (Kontakt Home) kredit ilə 3824 manat dəyərində olan “İphone 12 pro max” alıb, həmin mağazanın önündə Cavabdeh təqdim etmişdir. Həmin tarixdən etibarən Cavabdeh görməmiş və kredit ödənişinin vaxtı çatdıqda isə şəxsə zəng vurduqda müxtəlif bəhanələr gətirərək ödəyəciyini bildirmişdir. Belə ki, cavabdeh şəxsə bu barədə məlumat verdikdə hər dəfə fərqli bəhanələrlə ödəyə bilmədiyini, maddi imkanı olduqda ödəcəyini öhdəsinə götürməsinə dair yazışmalarda mövcuddur. O, Bakı şəhərində işləyir və tək kirayə qalır. Anasının xəstə olması, başqa banklara kredit ödəməyi və ona aid olmayan avadanlıqların kreditini ödədiyindən özünün və ailənin maddi təminatını ödəməkdə çətinlik çəkir. Bundan başqa, cavabdeh ona yalan vədlər verərək kredit ödənişini vaxtı-vaxtında ödəyəcəyini bildirmiş, lakin öhdəliyindən yayınmışdır. O, isə öz növbəmdə ondan bunu tələb etdikdə müxtəlif bəhanələrə əl ataraq ödənişləri həyata keçirməmişdir. Cavabdeh üçün kredit ilə götürdü “HP markalı kompüteri” və “İphone 12 pro max” üçün nəzərdə tutulmuş ödənilməmiş ödəniş kreditlərinin ümumi qiyməti 4710 manat olmuşdur. Kredit ödənişləri vaxtlı-vaxtında icra edilmədiyindən "xxxx" MMC tərəfindən Ağstafa Rayon Məhkəməsinə müraciət edilmiş və Ağstafa Rayon Məhkəməsinin 2(015)- 699/2022 saylı qətnaməsinə əsasən, "xxxx" MMC-ə 4777.10 manat məbləğində pul vəsatinin tərəfindən ödənilməsi qət edilmişdir. Bundan sonra icra vərəqəsinə əsasən, qətnamənin icra edilməsi üçün pul vəsaitinin ödənilməsi əmək haqqıma yönəldilmişdir. Həmçinin, mənim məhkəmə qətnaməsindən, icraya yönəldiyindən xəbərim olmadığından pul vəsaitinin 7% (329.70 manat) icra üçün ödənilməlidir. Onu da qeyd edim ki, ilk ay 50% yəni, 642 manat "xxxx"-un xeyrinə tutularaq ödənilmiş, daha sonra isə icra şöbəsinə müraciət edərək maaşımın 50%-i yerinə 20%-i tutulmağa başlanılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin lazimi şəkildə icra edilməməsi səbəbindən sözü gedən pul vəsaitinin mənim tərəfimdən ödənilməsi qət edilmiş, bundan sonra həmin pul vəsaitilərinin mənim tərəfımdəm icra edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh şəxs tərəfindən öz üzərinə götürülmüş öhdəlik icra edilməli, 4777.10 manat məbləğində pul vəsaiti onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)- 699/2022 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 13.11 2020-ci il tarixli müqavilə üzrə 458,8 manat əsas, 45,2 manat cərimə, həmçinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3824 manat əsas, 382 manat cərimə olmaqla, cəmi 4710 manat borcun və 67,1 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnaməyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçı təşkilatdan kompüter və mobil telefon almışdır. Cavabdeh alqı-satqı müqavilələrinin şərtlərini pozmuş və onun iddiaçı təşkilata xx.xx.2020-ci il tarixli müqavilə üzrə 458,8 manat əsas, 45,2 manat cərimə, həmçinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3824 manat əsas, 382 manat cərimə olmaqla, cəmi 4710 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-699/2022 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 458,8 manat əsas, 45,2 manat cərimə, həmçinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3824 manat əsas, 382 manat cərimə olmaqla, cəmi 4710 manat borc və 67,1 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 4710 manat borc və 67,1 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Eləcə də, borcludan 329.70 manat icra ödənişi alınaraq icra məmurlarının xüsusi fonduna ödənilməlidir. Odur ki, borclu İddiaçı hər ay əmək haqqının 50 faizinin tutulub tələbkar "xxxx" MMC-nin hesabına 4710 manat borc və 67,1 manat məbləğində dövlət rüsumu, eləcə də borc tamamlandıqdan sonra 329.70 manat icra ödənişinin icra məmurlarının xüsusi fonduna ödənilməsi üçün müvafiq işçisinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı vəkil bürosuna iddia ərizəsinin tərtibinə görə 40 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək onun İddiaçı 3500 manat borcunun olduğunu, Fəridin “Kontakt Home”-dən kompüter və telefon götürərək ona verdiyini, kompüter və telefonun onda olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanununun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir, xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixli alqı-satqı müqavilələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı kompüter və mobil telefon satın almışdır. Həmin kompüter və mobil telefonu təhvil alan Cavabdeh aralarındakı şifahi razılaşmaya əsasən, həmin məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün satıcı məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-699/2022 saylı qətnaməsinə əsasən, İddiaçı cəmi 4710 manat borcun və 67,1 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Ağstafa rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 4710 manat borcun və 67,1 manat məbləğində dövlət rüsumunun ödənilməsi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyindən, habelə 329.70 manat icra ödənişinin icra məmurlarının xüsusi fonduna ödənilməsi üçün müvafiq işçisinə göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdeh reqres tələb irəli sürən İddiaçı 3500 manat borcu olduğunu bildirsə də, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı borc, dövlət rüsumu və icra ödənişi üzrə hər hansı məbləğ ödəməsini təsdiqləyən sübut təqim edilməmişdir. Belə olan halda, nisyə alqı-satqı müqaviləsi üzrə məhsulları təhvil alan və aralarındakı razılaşmayı pozaraq dəyərini ödəməyən Cavabdeh, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı pulun əvəzi qismində 4777.10 manat, icra ödənişinin əvəzi qismində 329.70 manat olmaqla, cəmi 5106,80 manat pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci qismində idida ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 manat və iddia ərizəsinin tərtibinə görə ödənilmiş rüsumun əvəzi qismində 40 manat olmaqla, cəmi 112 manat cavabdehdən ididaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı pulun əvəzi qismində 4777.10 manat, icra ödənişinin əvəzi qismində 329.70 manat olmaqla, cəmi 5106 (beş min yüz altı) manat 80 (səksən) qəpik pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 manat və iddia ərizəsinin tərtibinə görə ödənilmiş rüsumun əvəzi qismində 40 manat olmaqla, cəmi 112 (yüz on iki) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar