Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2064/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehə bir-iki dəfə nisyə mal satmışdır. Cavabdeh aldığı malın pulunu vaxtında ödədiyi üçün etibarını qazanmışdır. O, cavabdehin xahişi ilə ona 500 manat dəyərində nisyə ayaqqabı vermişdir. O, vəd etmişdi ki, həmişəki kimi malları satdıqca onun pulunu ödəyəcəkdir. Lakin 2 ilə yaxındır ki, cavabdeh ondann aldığı malın pulunu bu gün-sabah edərək verməkdən imtina edir. Odur ki, o, cavabdehə verdiyi malın dəyəri olan 500 manatı almaq üçün onun barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Polis Şöbəsində etiraf etmişdir ki, həqiqətən ondan 500 manat dəyərində ayaqqabı almış, lakin həmin malın pulu ona ödəməmişdir. Polis Şöbəsindən onun məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Gəncə şəhər 1-ci Polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, o, Söhrab adlı şəxsdən təxminən 5 il olar ki, 400 manat dəyərində ayaqqabı almış, lakin imkanı olmadığı üçün Söhraba olan borcunu ödəyə bilməmişdir. Tez bir zamanda Söhraba olan borcunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri 1 saylı vəkil bürosuna 40 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırkı iş üzrə iddiaçı nisyə alqı-satqı münasibətlərindən yarandığını bildirdiyi borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Polis şöbəsində araşdırma aparılması zamanı İsmayıl Həsənov verdiyi izahatla İddiaçı borcu olduğunu bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 500 manat pulun tutulmasına dair hissədə iddia təmin edilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsinin verilməsi üçün xərclədiyini bildirdiyi 70 manat pulun tutulmasını xahiş etsə də, həmin hissədə tələbi təsdiqləyən sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Belə ki, Gəncə şəhəri 1 saylı vəkil bürosuna 40 manat ödəniş edilməsi barədə qəbz tələbi təsdiqləyən mötəbər sübut hesab edilə bilməz, çünki həmin məbləğin kim tərəfindən və hansı səbəbdən ödənilməsi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 500 (beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2064/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2064/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver