Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2065/2025 21.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: LPO "xxxx" ASC Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, Ə/H-1993 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.040 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 176 manat 58 qəpik, cərimə qismində 944 manat 55 qəpik, müqavilənin bitdiyi tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 424 manat 76 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat 86 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində xx.xx.2014-cü il tarixli, Ə/H-1993 nömrəli kredit müqaviləsinə istinad etməklə, ödənilməmiş əsas borcun əvəzi qismində 1.040 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 176 manat 58 qəpik, cərimə qismində 944 manat 55 qəpik, müqavilənin bitdiyi tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 424 manat 76 qəpik məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, həmin kredit müqaviləsinin surəti, maliyyə arayışı, ödəniş cəvdəli, dövlət rüsumunun ödənilməsinə dair qəbz, həmçinin kredit müqaviləsi ilə nəzərdə tutulan məbləğin Cavabdeh təqdim olunmasını (kassa məxaric orderini, bank kartının təqdim olunmasına dair qəbzi və s.) təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2065/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2065/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver