Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2084/2025 09.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı avtomaşına dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı avtomaşına dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2841 manat pulun və ödənilmiş 48,5 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 24 yanvar 2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi VAZ-21013 markalı 20– BL-282 nömrəli avtomaşın CHEVROLET MİNİK markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulmuşdur. Nəticədə idarə etdiyi avtomaşın irəli hərəkət etmiş və qarşıda olan Toyota markalı **-EV-*** dövlət nömrə nişanlı avtomaşına dəymişdir. Nəticədə avtomaşının həm arxası, həm də qarşısı zərər görmüşdür. Hadisə ilə əlaqədar araşdırılma aparılmış, Əkbərov X2 Xətalar Məcəlləsinin 327.1, 469.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş və inzibati cərimə edilmişdir. 14 fevral 2025-ci il tarixli akt rəyinə əsasən, ona məxsus VAZ-21013 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2781 manat ziyan dəydiyi aşkar edilmişdir. Komisyon xərc kimi 60 manat pul ödəmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyət hüququ ona məxsusdur. 11 yanvar 2025-ci il tarixdə sözü gedən nəqliyyat vasitəsini ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh2 ƏNVll№314536 “Nəqliyyat vasitəsini idarə etmək” etibarnamə əsasında vermişdir. Nəqliyyat vasitəsini Cavabdeh2 təhvil verən zaman onunla şifahi olaraq müqavilə bağlamışlar. Cavabdeh2 ilə şifahi olaraq müqavilə bağladıqdan sonra nəqliyyat vasitəsini ona təhvil vermişdir. Cavabdeh2 ona məxsus avtomobilin sığorta müddətinin bitdiyini sığorta etməməyi barədə heç bır məlumat verməmişdir. 24 yanvar 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə cərimələnmişdir. Cavabdeh2 idarə etdiyi Chevrolet Cruze markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini geri təhvil almış, sığorta və təmir işlərini görmüşdür. Sonda iş üzrə cavabdeh kimi cəlb edilməsinə etiraz etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla, onun iştirakı olmadan işə baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1998-ci il tarixli, AA№082493 saylı Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21013 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus, CHEVROLET MİNİK markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomaşın barəsində Cavabdeh2 7 il 6 ay 16 gün müddətinə etibarnamə vermiş və sürücülük hüququ olduqda həmin avtomaşını idarə etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində Chevrolet Cruze MİNİK markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 469.3-cü maddələri ilə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Avtomotoservis və Ticarət Gəncə müəssisəsinin xx.xx.2025ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1983-cü il buraxılışlı «Vaz 21013» minik markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2781 manat müəyyən edilmişdir. İş materiallarında olan Legal Prime MMC-nin xx.xx.2023-cü il tarixli, 9/3361 saylı rəyindən görünür ki, VAZ-21013 minik markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 840 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində Chevrolet Cruze MİNİK markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən həmin avtomaşınla yolnəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus VAZ-21013 minik markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İş materialları ilə (xx.xx.2025-ci il tarixli rəy) VAZ-21013 minik markalı, **-BL-*** qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 840 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı iddia ərizəsində VAZ-21013 minik markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilə 2841 manat maddi zərər dəydiyini, həmin məbləğdə pulun ödənilməsini cavabdehdən tələb etməsinə baxmayaraq, məhkəmə iclasında araşdırılmış sübutlarla (xx.xx.2025-ci il tarixli rəy) VAZ-21013 minik markalı, **-BL-*** qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 840 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 840 (səkkiz yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, digər Cavabdeh1 aid olan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində Chevrolet Cruze MİNİK markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərkən, həmin nəqliyyat vasitəsi onun qanuni sahibliyində olmuş, Cavabdeh1 həmin hadisədə heç bir təqsiri olmamışdır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən-1000 manatadək hissədə təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, "xxxx" MMC tərəfindən verilən 10 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, aparılmış tədqiqatların dəyəri 250 manat məbləğini təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğin ödənilmiş tələblərə mütənasib olan 72.50 (yetmiş iki) manat 50 qəpik hissəsi Cavabdeh2, qalan 177.5 (bir yüz yetmiş yeddi) manat 50 qəpik hissəsi isə İddiaçı tutulub, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 840 (səkkiz yüz qırx) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 30 manat məbləğində pul alınıb, İddiaçı verilsin. Pul tələbinin qalan hissəsində və Cavabdeh1 aid olan hissədə iddia əsassız olduğundan təmin edilməsin İş üzrə qiymətləndirici rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində məhkəmə xərcinin ödənilmiş tələblərə mütənasib olan 72.50 (yetmiş iki) manat 50 qəpik hissəsi Cavabdeh2, qalan 177.5 (bir yüz yetmiş yeddi) manat 50 qəpik hissəsi isə İddiaçı tutulub, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2084/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2084/2025
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver