Məhkəmə qərarları › İş №2(125)-2095/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2095/2022

14.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2095/2022 14.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdehnə qarşı cərimə qərarının ləğv edilməsinə dair iddia ərizəsinin məhkəmə icratına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yazılan cəriməyə xitam verilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərk hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində inzibati qərardan iddia icraatı qaydasında şikayət verilməsi nəzərdə tutulmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İXM-in 128.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldım: İddiaçı Cavabdehnə qarşı cərimə qərarının ləğv edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar