Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2102/2022 14.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat və ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Gəncə şəhərində yaşayır və iki övladı var. Cavabdeh 2020-ci ilin fevral ayında ondan anasının dəfn xərcləri və eləcə də həyat yoldaşının əməliyyat olunması üçün 6000 manat məbləğində borc almışdır. Vüqar aldığı pulun bir hissəsini əmək məzuniyyətinə çıxanda, qalan hissəsini də bankdan kredit götürərək qaytaracağını bildirmişdir. Lakin bundan sonar Vüqarla əlaqə saxlamaq mümkün olmamış, hər dəfə bir bəhanə ilə onunla görüşməkdən boyun qaçırmış və sonuncu dəfə onunla əlaqə saxlayanda artıq Vüqar Gəncə şəhər Baş Polis İdarəsində sıravi polis vəzifəsindən təqaüdə çıxmışdır. Aylıq kartına köçürülən pensiya məbləğindən də ona olan borcunu ödəməmişdir. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, İddiaçı ona qarşı qaldırdığı iddia tələbi ilə razıdır və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etuiraz etmədi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və Gəncə şəhər Baş Polis İdarəsində sıravi polis əməkdaşı kimi işləmiş, hal-hazırda təqaüdə çıxmışdır. Maddi vəziyyətində yaranmış çətinliklə əlaqədar olaraq İddiaçı 6000 (altı min) manat borc almış, hazırda həmin borcu birdəfəyə qaytarmaq imkanı yoxdur. Onun təqaüdü aylıq 850 manat təşkil edir. O, borcdan hər ay 300 manat stabil olaraq ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən isə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 6000 (altı min) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat və ödənilmiş 80 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-2102/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2102/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver