Məhkəmə qərarları › İş №2(125)-211/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-211/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-211/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilə vurulmuş zərərin əvəzi qismində 9.375 manat, mütəxəssis rəyinə görə çəkilmiş xərcin əvəzi qismində 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı1 məhkəməyə ərizə təqdim edərək əsl olmayan iddiaçının əsl İddiaçı2 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində ** EP *** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» markalı avtomobili idarə edərkən ona məxsus avtomobilə ziyan vurmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan təqsirli hərəkətləri ilə əlaqədar Cavabdeh barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-2957/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin hadisə zamanı Cavabdeh onun mülkiyyətində olan ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobil 9.375 manat məbləğində ziyan vurmuşdur. Lakin Cavabdeh hazırki tarixədək vurulmuş zərərin əvəzi qismində ona heç bir ödəniş etməmişdir. Buna görə də, o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı2 iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 7E-12032 reyestr nömrə ilə təsdiq edilmiş etibarnamənin surətin dən görünür ki, İddiaçı2 mülkiyyətində olan ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobili idarə etmək üçün xx.xx.2028-ci il tariədək İddiaçı1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, ** EP *** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-2957/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «Avtomotoservis və Ticarət» Gəncə müəssisəsi tərəfindən verilmiş rəyin surətindən görünür ki, ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobilə dəyən zərər 9.375 manat təşkil edir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/78 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Avtomotoservis və Ticarət» Gəncə müəssisəsinin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxlışlı, ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9.378 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 022901 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ** EZ *** dövlət qeydiyyat nişanlı, “Kia Ria” markalı avtomobilə dəyən zərərin hesablanmasına görə 180 manat məbləğində pul vəsaitini Avtomotoervis və Ticarət” Gəncə müəssisəsinə ödəmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində ** EP *** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyini avtomobillə İddiaçı2 mülkiyyətində olan ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobil toqquşmuş, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı2 mülkiyyətində olan ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobilə 9.377 manat məbləğində maddi zərər vurulmuşdur. Həmin hərəkətləri ilə əlaqədar Cavabdeh barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-2957/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı1 Cavabdeh qarşı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilə vurulmuş zərərin əvəzi qismində 9.375 manat, mütəxəssis rəyinə görə çəkilmiş xərcin əvəzi qismində 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı1 məhkəməyə ərizə təqdim edərək əsl olmayan iddiaçının əsl İddiaçı2 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024cü il tarixdə, saat 21:00 radələrində ** EP *** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» markalı avtmobilin sürücüsü Cavabdeh idarə etdiyi avtomobillə İddiaçı2 mülkiyyətində olan ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobil toqquşmuş, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı2 mülkiyyətində olan ** EZ *** dövlət qeydiyyat nişanlı, «Kia Rio» markalı avtomobilə 9.375 manat məbləğində maddi zərər vurulmuşdur. Həmin zərərin vurulması və zərərin məbləği xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-2957/2024 nömrəli qərarı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/78 nömrəli rəyi, «Avtomotoservis və Ticarət» Gəncə müəssisəsinin xx.xx.2024-cü il tarixli qüsur aktı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/78 nömrəli rəyi ilə təsbit edilmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 9.375 manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Buna görə də məhkəmə hesab edir ki, mütəxəssis rəyinə görə çəkilmiş xərcin əvəzi qismində 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə və eksperiza tədqiqatına sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 9.375 (doqquz min üç yüz yetmiş beş) manat, mütəxəssis rəyinə görə çəkilmiş xərcin əvəzi qismində 180 (bir yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 (bir yüz on dörd) manat, cəmi 9669 (doqquz min altı yüz altmış doqquz) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar