Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-212/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə törədilən maneəyə son qoyulması və dəymiş ziyan tələbinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Tağı Arani küçəsi 1-ci döngə, ev 9, 22 saylı mənzildən istifadə etməyə cavabdeh tərəfindən törədilən hər cür maneələrə son qoyulması, ona dəymiş ziyana görə 5000 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli qətnaməsinə əsasən, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 nömrəli evin 22 saylı mənzili iki hissəyə bölünərək, sahələri 12 kv,m olan iki otağı Cavabdeh, sahələri 17,2 kvm olan üç otağı isə İddiaçı istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesab açılması qət edilmişdir. Bundan sonra, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının 01 sentyabr 2010-cu il tarixli, 71 nömrəli sərəmcamı ilə onların hər birinin adına ayrıca şəxsi hesab vərəqəsi açılmışdır. Bu müddət ərzində cavabdeh birgə yaşayış qaydalarını pozur, onu və övladlarını təhqir edir. Nalayiq sözlərlə həm evdə, həm də, qonşular içərisində onların şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, gah qapının qıfılını dəyişir, onları mənzilə buraxmır, gah da, onları ayaqyolundan və hamamdan, qazdan və elektrik enerjisindən istifadə etməyə imkan verməmişdir. Bütün bu səbəblərə görə onlar məcbur olaraq bir müddət kirayədə yaşamışlar. Lakin hazırkı vəziyyətdə kirayədə yaşamaq çox çətin olduğundan, həmçinin onların istifadəsində mənzil olduğu halda həmin mənzildən təyinatına uyğun olaraq istifadə edə bilmədikləri və həmin mənzilə ehtiyacları olduğu üçün yenidən qayıdaraq qeyd edilən mənzildə yaşamağa başlamışlar. Cavabdehin qeyri-qanuni hərəkətlərilə onların istifadəsinə maneə törətməməsi üçün mənzilə öz adlarına ayrıca işıq sayğacı qoydurmuş, onlar üçün ayrıca sudan istifadə ilə əlaqədar kod aktivləşdirilmişdir. Lakin mənzilə su çəkilməsinə cavabdeh maneə törətmişdir. Cavabdeh onlar evdə olmadıqda işıq sayğacından çıxan elektrik xətlərini doğramışdır. Üstəlik, onların ayaqyolundan istifadə etməməyindən ötrü ayaqyolundakı unitazı dağıtmışdır. Hazırda mənzildə olan ayaqyolu işləmir. Həmçinin, hamamın ağzına qıfıl vuraraq onların hamamdan istifadə etməyinə imkan vermir. Baxmayaraq ki, hamam, tualet, mətbəx və koridor ümumi istifadədir, cavabdeh onlara gözlənilən mülkiyyət hüququ olan mənzildən dinc istifadə etməyə imkan vermir. Qeyd edilən mənzillə bağlı cavabdehin və İddiaçı gözlənilən mülkiyyət hüququ var. Hazırda cavabdeh öz hüququndan sui-istifadə edərək onların hüquqlarını pozur. O, mənzilindən dinc istifadə hüququndan məhrum olmuşdur. Əslində, o, mənzilindən ümumiyyətlə mahiyyəti üzrə istifadə hüququndan məhrum olmuşdur. Evə daxil olan kimi yalandan hay-küy salaraq polisə şikayət edir. Nəvəsinə xəsarət yetirir. Nəvələri qorxudan həmin evə gələ bilmirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 226.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüququdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O, öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Həmin Məcəllənin 227.1. maddəsində göstərilmişdir ki, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6. maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7. maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Cavabdehin İddiaçı mənzilindən istifadə etməyinə imkan verməməsinə yönələn hərəkətləri qadağan edilməli, onun şərəf-ləyaqətini alçaldan hərəkətlərə yol verərək, İddiaçı məxsus işıq və su xətlərinə, ayaqyoluna vurduğu ziyana, habelə uzun müddət mənzildən istifadə etməyinə qəsdən mane olduğundan dəymiş 5000 manat ziyan cavabdehdən alınıb İddiaçı verilməlidir. Odur ki, Gəncə şəhəri Tağı Arani küçəsi 1-ci döngə, ev 9, 22 saylı mənzildən istifadə etməyə cavabdeh tərəfindən törədilən hər cür maneələrə son qoyulması, İddiaçı dəymiş ziyana görə 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin ümumi istifadə sahələri-ayaqyolu, hamam və mətbəxdən istifadə ilə əlaqədar yaratdığı maneənin, həmçinin sudan,qazdan və elektrik enerjisindən maneəsiz istifadə ilə əlaqədar sayğacların qoyulmasında göstərdiyi maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, cavabdeh qismində iştirak etdiyim 2 (125) - 6212/2023 saylı işdə qarşı tərəfin ərizəsinə etirazını bildirərək, qeyd etmişdir ki, iddiaçının nümayəndəsi ögey qardaşı Nümayəndə öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamış və məhkəmə prosesləri zamanı məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə sübut kimi təqdim etdiyi 2 ədəd disklərə köçürülmüş müvafiq səs və video yazıları qarşı tərəflə aralarında keçən bu məhkəmə prosesindəki məsələyə aidiyyatı olmayan münaqişələrlə bağlıdır və sözügedən disklərdə əksini tapmış səs və video yazılardakı məsələlərin hər biri Gəncə şəhər Baş Polis idarəsinin 2-ci Polis şöbəsində araşdırılaraq müvafiq qərarlar qəbul edilərək münaqişəyə qiymət verilmişdir. Qarşı tərəf 20 ilə yaxındır ki, özləri mənzildən çıxıb getmiş və yaşamışlar. Bununla bağlı o, iddiaçının hüquqlarının itirilməsi barəsində qanuna müvafiq tədbir görülməsini aidiyyatı qurumlardan müraciət edərək tələb etmişdir. Qarşı tərəf onun mənzildən istifadələrinə dair maneələr törətdiyini bildirir. Təxminən 20 illik aradan sonra qarşı tərəf 2022-ci il tarixdə 2 ay 15 gün mənzildə yaşamışdır və o zamanda da, iddiaçının nümayəndəsi hal-hazırda olduğu kimi eyni məzmunlu iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Lakin, qarşı tərəflə kommunal xərclərin ödəməsi ilə bağlı aralarında razılığa gəldikdən sonra Nümayəndə iddia ərizəsini geri götürmüşdür. Mənzilə dair elektrik enerjisi, qaz, su və s. tədiyə üzrə haqları bütövlüklə o ödəyir. Bunları təsdiq edən onun adına müvafiq müqavilələr, qəbzlər, sənədlər mövcuddur və məhkəməyə sözügedən sənədlərin əsli təqdim edilmişdir. Mənzildəki ümumi istifadə sahələri kimi sayılan tualet və hamama dair qarşı tərəfin ərizəsindəki yalnız bu qeydlər doğrudur. Lakin, qarşı tərəf onun ödədiyi kommunal xərcləri paylaşmadan, Gəncə şəhər 2ci Polis şöbəsinin qəbul etdiyi müvafiq qərarla qarşı tərəfin İnzibati Xətalar Məcəlləsinin 232.1 maddəsinə uyğun olaraq ona vurduğu ziyanı aradan qaldırmadan razılığa gəlmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi onların öz tələblərini əsaslandırdıqları halları ərizədə göstərməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Göstərilənlərə əsasən, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini əsassız olduğuna görə təmin etməməyi, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olduğuna görə, 2 (125)- 6212 /2023 saylı işə aidiyyatı olmayan qarşı tərəfin təqdim etdiyi səs və video yazılarını əks etdirən 2 ədəd diskin baxılmadan geri qaytarılmasını təmin etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 71 saylı xx.xx.2010-cu il tarilxi sərəncamının surətindən görünür ki, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 nömrəli (keçmiş KiraAZ yaşayış massivi 12 №li) binanın ümumi sahəsi 105.6 kv.m, o cümlədən dəhliz 15.1 kv.m, mətbəx 9,64 kv.m, hamam 2.9 kv.m, tualet 1.5 kv.m. və yaşayış sahəsi 77.36 kv.m. olan 22 saylı 5 otaqlı mənzilinin ümumi sahəsi 51.6 kv.m. təşkil edən hər birinin ölçüsü 17.2 kv.m. olmaqla üç otağına dair şəxsi hesab vərəqəsinin ailə tərkibi 3 nəfərdən İddiaçı, qızı X3 və Nümayəndə ibarət olan İddiaçı adına açılması, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 nömrəli binanın 22 saylı mənzilinin ümumi sahəsi 25.76 kv.m. təşkil edən hər birinin ölçüsü 12.88 kv.m. olmaqla iki otağına dair şəxsi hesab vərəqəsinin ailə tərkibi 2 nəfərdən Cavabdeh, oğlu X1 ibarət olan Cavabdeh adına açılması müəyyən edilmişdir. İşdə olan Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-22/2009 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 saylı binanın 2 saylı mənzili iki hissəyə bölünərək sahələri 12 kv.m. olan 2 otaq azyaşlı oğlu ilə birlikdə Cavabdeh istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesab açılması, şəxsi hesab açılması vəzifəsinin Gəncə Şəhər İH-ti Mənzil Kommunal İstehsalat Birliyinə tapşırılması, İddiaçı, X6 və Nümayəndə həmin mənzilin istifadəsinə verilmiş otaqlarına köçürülməsi, X4 mübahisəli mənzilə yaşayış hüququ itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmasdı qət edilmişdir. İşdə olan Gəncə Şəhər İH-ti Mənzil Kommunal İstehsalat Birliyinin **********102(dövlət) saylı şəxsi hesabdan çıxarışdan görünür ki, Azərbaycan bayrağı döngə1, ev 9, mənzil 22a ünvanında yerləşən mənzil sahibi İddiaçı ailə tərkibi nəvə X9, oğlu Nümayəndə, qızı X6, gəlin X5, nəvə X2 ibarətdir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti(əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə, bina 9, mənzil 22-yə dair elektrik enerjisinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. İşdə olan su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan şəxslərlə bağlanan müqavilənin surətindən görünür ki, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə, bina 9, mənzil 22-yə dair müqavilə Cavabdeh ilə bağlanmışdır. İşdə olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqının barədə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə, bina 9, mənzil 22-yə dair qazın alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. İşdə olan "xxxx" ASC-nin Nümayəndə məktubuna xx.xx.2022-ci il tarixli 01/4/01- 7/6/16867 saylı cavab məktubundan görünür ki, qeyd olunan ünvana su təhcizatı və tullantı su şəbəkəsinə baxış keçirilmiş və inventarizasiya aktı tərtib edilmişdir. Məlum olmuşdur ki, mənzil hüquqi normada sənəd əsasında ikiyi bölünsə də, su təhcizatı bu bölgüyə əsasən ayrılmamışdır. Mənzilin su təhcizatı texniki norma qaydalarına uyğunlaşdırıldıqdan və iki mənzil arasında tam ayrıldıqdan sonra müraciətinizə yenidən baxıla bilər. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-1439/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla İddiaçı, X6 və Nümayəndə Cavabdeh ünvan 1 ünvanına vərəsəlik hüququnun tanınması və həmin evdən istifadə etməsinə dair cavabdehin törətdiyi maneənin aradan qaldırılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(043)-22/2009 saylı qətnaməsi ilə Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 saylı binanın 2 saylı mənzili iki hissəyə bölünərək sahələri 12 kv.m. olan 2 otaq azyaşlı oğlu ilə birlikdə Cavabdeh istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesab açılması, şəxsi hesab açılması vəzifəsinin Gəncə Şəhər İH-ti Mənzil Kommunal İstehsalat Birliyinə tapşırılması, İddiaçı, X6 və Nümayəndə həmin mənzilin istifadəsinə verilmiş otaqlarına köçürülməsi, X4 mübahisəli mənzilə yaşayış hüququ itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmasdı qət edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 71 saylı xx.xx.2010-cu il tarilxi sərəncamın ilə Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 nömrəli (keçmiş KiraAZ yaşayış massivi 12 №li) binanın ümumi sahəsi 105.6 kv.m, o cümlədən dəhliz 15.1 kv.m, mətbəx 9,64 kv.m, hamam 2.9 kv.m, tualet 1.5 kv.m. və yaşayış sahəsi 77.36 kv.m. olan 22 saylı 5 otaqlı mənzilinin ümumi sahəsi 51.6 kv.m. təşkil edən hər birinin ölçüsü 17.2 kv.m. olmaqla üç otağına dair şəxsi hesab vərəqəsinin ailə tərkibi 3 nəfərdən İddiaçı, qızı X3 və Nümayəndə ibarət olan İddiaçı adına açılması, Gəncə şəhəri T.Arani küçəsi 1-ci döngə 9 nömrəli binanın 22 saylı mənzilinin ümumi sahəsi 25.76 kv.m. təşkil edən hər birinin ölçüsü 12.88 kv.m. olmaqla iki otağına dair şəxsi hesab vərəqəsinin ailə tərkibi 2 nəfərdən Cavabdeh, oğlu X1 ibarət olan Cavabdeh adına açılması müəyyən edilmişdir. İddiaçı cavabdehin mübahisəli mənzilin ayaqyolu, hamam və mətbəxdən istifadə ilə əlaqədar ümumi istifadəyəyə maneə yaratdığını, həmçinin sudan, qazdan və elektrik enerjisindən maneəsiz istifadə ilə əlaqədar sayğacların qoyulmasında maneələrin yaratdığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflərin mənzildən istifadə hüququ 2009-cu ildən əvvvəl yaransada və həmin vaxtı 1982ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olsa da, tərflərin mənzildən istifadə ilə bağlı hazırda yaranmış münasibətlərə hazırda qüvvədə olan mənzil məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil məcəlləsinin 4-cü maddəsinə əsasən, dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmn məcəllənin 12.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin məcəllənin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. İş materialları o cümlədən cavabdehin özünün izahatından görünür ki, cavabdeh iddiaçının hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən hamam və ayaqyolundan istifadə etməyə imkan vermir. Bu baxımdan məhkəmə iddia tələbi mübahisəli mənzilin ümumi istifadə üçün nəzərdə tutulmuş yardımçı sahələrdən istifadəyə cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılmaıs hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin sudan,qazdan və elektrik enerjisindən maneəsiz istifadə ilə əlaqədar sayğacların qoyulmasında göstərfiyi maneələrin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin sayğacların qoyulmasına hər hansı maneə yaratmasına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 70 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin ümumi istifadə olan hamam, ayaqyolu və mətbəxdən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-212/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-212/2024
08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver