Məhkəmə qərarları › İş №2(125)-2164/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2164/2022

23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2164/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 125 manat, cəmi 250 manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin və həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. Onların nikahları məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və uşaqların saxlanması üçün cavabdehdən hər ay 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 250 manat sabit pul məbləğində alimenti hər ay ödəmişdir. 2021-ci ilin sentyabr ayında oğlu Nurlan ağır göz əməliyyatı keçirərkən cavabdeh 1000 manat və uşağın müalicəsi üçün əlavə xərcləri kart vasitəsi ilə ödəmişdir. Lakin bundan sonra hər ay alimenti ödəməkdən imtina etmişdir. Cavabdeh əlavə xərclərin bütün hissəsini ona aid edərək uşağın həkim xərclərinin aliment məbləğindən 250 manat alimentdən çıxmışdır. Cavabdeh uşağın nitq qüsurlu və gözündə xəstəliyi olduğunu bildiyi halda ona heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdeh özünun və ailəsinin maddi imkanları olduqca yaxşıdır. Cavabdeh şəxsi maşını ilə taksi fəaliyyəti göstərir, onların gəlirləri hər ay külli miqdarda olduğu üçün hər ay 250 manardan artıq ödəməyə imkanları çatır. O, hazırkı tələblə bağlı mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlmədiyindən, mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə bildirmişdir ki, o, səhhəti ilə müalicədə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəkdir və hazırda işləmir, anası ilə birlikdə qalır və anasının aldığı təqaüd hesabına dolanırlar. Onun iddia tələbində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur və alimenti olduğu kimi saxlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 1873/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci tarixdə Tatarıstan Respublikası Yelaquba bələdiyyə rayonu icraiyyə komitəsinin VVAQ şöbəsində 642 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 anaları İddiaçı nimayəsində saxlanılmaları və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Rfaiq oğlundan hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və alimentin xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 12 dekabr 2015-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 17 fevral 2014-cü il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1873/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3600 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 56 (əlli altı) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1873/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 56 (əlli altı) manat dövlət rüsumu Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(125)-2164/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar