Məhkəmə qərarları › İş №2(125)-2169/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2169/2022

29.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2169/2022 29.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2007-ci ildə doğulmuş X1 üçün Cavabdeh onun xeyrinə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-876/2011 saylı, 02 iyun 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 40 (qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2003-cü ildə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından iki övladı anadan olmuşdur. xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 40 manat olmaqla, cəmi iki uşağa görə 80 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda 40 manat alimentlə uşağı saxlamağa çətinlik çəkir. Cavabdeh isə ona əlavə heç bir köməklik etmir. Uşağının böyüməsi ilə əlaqədar olaraq onun tələbatı da günü-gündən artır. Uşağın maddi tələbatını ödəyə bilmir. Əlavə olaraq bildirmişdir ki, birgə nikahlarından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X6 isə yetkinlik yaşına çatmışdır. Odur ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2007-ci ildə doğulmuş X1 üçün Cavabdeh onun xeyrinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-876/2011 saylı, 02 iyun 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 40 (qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ №121581 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 nikahları xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Cəfərov, qadına Abbasova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində tərəflərin birgə nikahlarından X9 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 876/2011 saylı, 02 iyun 2011-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı X5 ilə Cavabdeh arasında Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində xx.xx.2003-cü il tarixli, 478 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 anaları X3 yanında qalmaları, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 40 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-876/2011 saylı, 02 iyun 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində xx.xx.2003-cü il tarixli, 478 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 anaları X3 yanında qalmaları, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 40 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2022-ci ilin yaşayış minumumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq tərəflərin birgə nikahlarından yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-876/2011 saylı, 02 iyun 2011-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün müəyyən edilmiş 40 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 140 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-876/2011 saylı, 02 iyun 2011-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 40 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 140 manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar