Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2170/2023 17.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan «Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 7553 manat məbləğində maddi ziyanın və ödənilmiş 96 manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan və etibarnamə əsasında qızı X2 tərəfindən idarə edilən “Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 dekabr 2022-ci il tarixdə Ş.İ.Xətai prospektində hərəkətdə olarkən Cavabdeh Şahid oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə onun avtomobilinin sol tərəfi ciddi şəkildə zərər görmüşdür. Həmin qəza “Mitsubishi Pajero” markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri üzündən baş vermiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat cərimə etmişdir. Təqsirli olduğunu izahatında da etiraf etmişdir. Sözügedən avtoqəza nəticəsində onun avtomobilinə 12353 manat məbləğində zərər dəymiş, həmin zərərin 5000 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, yerdə qalan 7553 manat məbləğində pul hələ də ödənilməmişdir. Həmin 7553 manat məbləğində pulun ödənilməsini, Cavabdeh tələb etsə də, o, hazırda pulunun olmamasını, lakin məhkəmə qətnaməsi ilə maaşına yönəldilərsə ödəniləcəyini bildirmişdir. Belə ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği işin mübahisəsiz halıdır və bu zərər polis tərəfindən təyin edilmiş qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli rəylə təsdiq edilir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus olan “Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomobil 08 dekabr 2022-ci il tarixdə Ş.İ.Xətai prospektində hərəkətdə olarkən toqquşmuş və nəticədə avtomobillərə zərər dəymişdir. Həmin qəzaya görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat cərimə edilmişdir. İddiaçının tələb etdiyi məbləğ həddindən artıq çoxdur. İddiaçıya məxsus avtomobilin yenisinin qiyməti 13000 manatdır. İddiaçıya vurulmuş ziyanı sığorta ödəmişdir. Onun ödəməyə imkanı yoxdur. Sonda iddiaçının ona qarşı qaldırdığı iddianı tam əsassız hesab etdiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BD№259241 saylı Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Ş.İ.Xətai prospektində MİTSUBİSHİ PAJERO MİNİK markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qüsur aktından görünür ki, “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 12553 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3361 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10038 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Azsığorta ASC tərəfindən İddiaçı hesabına 5000 manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolnəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus «Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İş materialları ilə (xx.xx.2023-cü il tarixli, 9/3361 saylı ekspert rəyi) «Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 10038 manat təşkil etdiyi müəyyən edilmişdir ki, ondan da, 5000 manatı Azsığorta ASC tərəfindən iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı iddia ərizəsində «Kia Rio” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12353 manat maddi zərər dəydiyini, Azsığorta ASC tərəfindən dəymiş zərərin 5000 manat məbləğinin ödənildiyini, yerdə qalan 7553 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etməsinə baxmayaraq, zərərin ödənilmədiyini göstərmiş olsa da, həmin xüsusatla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla (xx.xx.2023-cü il tarixli, 9/3361 saylı ekspert rəyi) “Kia Rio” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 10038 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin Azsığorta ASC tərəfindən dəyən ziyanın 5000 manat hissəsi iddiaçıya ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5038 (beş min otuz səkkiz) manat maddi zərər tutularaq İddiaçı verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 96 manat dövlət rüsumunun 64 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5038 (beş min otuz səkkiz) manat pul və 96 manat dövlət rüsumunun 64 manatı alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2170/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2170/2023
17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver