Məhkəmə qərarları › İş №2(125)-2176/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2176/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2176/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qəsdə son qoyulması və vurulmuş zərərin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 sentyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qəsdə son qoyulması və vurulmuş zərərin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı izahatında, cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada öz həllini tapdığını, dəymiş zərərin cavabdeh tərəfindən ona tam ödənildiyini və buna görə də iddiadan imtina etiyini bildirmiş, hazırki iddiadan imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, iddiadan imtinaya dair ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin İddiaçı iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Həmin məhkəmə iclasında Cavabdeh İddiaçı dəymiş ziyanı tam ödədiyini bildirmiş, iddiaçının iddiadan imtinasının qəbul olunmasına və iş üzrə icraata xitam verilməsinə razı olduğunu göstərmişdir. Lakin tərəflər hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa¸ hakim iş üzrə icraata xitam verməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:77520537; qəbzin nömrəsi:13758; terminal nömrəsi: K01270015; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçınun iddiadan imtinası qəbul edilsin. İddiaçınun Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qəsdə son qoyulması və vurulmuş zərərin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:77520537; qəbzin nömrəsi:13758; terminal nömrəsi: K01270015; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar