Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2189/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşaq üçün hər ay 220 manat, iki uşağa görə isə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 may 2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı 2 uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onların nikahı pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh hərbi hissədə xidmət etdiyi üçün onun aylıq pul təminatı yüksək olmuşdur və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2652/2021 saylı qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında onun xeyrinə aliment tutulması qət edilmişdir. Hazırda Cavabdeh iş yerini dəyişmiş, onun aylıq maaşı aşağı düşmüş, o, iki uşağın saxlanması üçün ayda təxminən 220 manat aliment alır və həmin pul uşaqların saxlanması üçün yetərli deyildir. Belə ki, uşaqlar böyüyüb, məktəbə və hazırlıqlara gedirlər, onların tələbatları artmış, uşaqlar xəstələndikdə cavabdeh onlarla maraqlanmır, onların müalicəsinə maddi yardım göstərmir, o tək iki uşağın saxlanılmasında çətinlik, əziyyət çəkir. Ona görə cavabdehdən bir uşaq üçün hər ay 220 manat, iki uşağa görə isə 440 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri 31 saylı tam orta məktəbdə dərnək rəhbəri vəzifəsində işləyir. Hər ay 236 manat aylıq əmək haqqı alır. Hər ay 180 manat kirayə haqqı ödəyir. Hər iki uşaq məktəbli olduğuna görə xərcləri durmadan artır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hərbçi olmaqla, onun qazancı, yəni maaşı müntəzəmdir. Başqa bir yerdən heç bir qazancıgəliri yoxdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2652/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir. Onun aylıq pul təminatı qanunvericilikdə nəzərdə tutulmuş bütün növ vergilər və aliment borcu tutulduqdan sonra 488,62 manat təşkil edir. Ümumilikdə isə maaş kartına 703 manat hər ay pul köçür. Hazırda yeni ailə həyatı qurmuşdur və yeni ailəsindən olan nikahından uşağı olacaqdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 11 noyabr 2022-ci il tarixli, MŞG/1-05818 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 11 noyabr 2022-ci il tarixində, saat 12:00-da “alimentin artırılması” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. AZ-İ seriyalı, 405541 nömrəli, 16 fevral 2022-ci il tarixli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-594 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 23 iyul 2021-ci il tarixdə 198 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Həşimov”, qadına “Mustafayeva” soyadı verilmişdir. AZ-İİİ seriyalı, 301835 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ seriyalı, 060749 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2652/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, 09 aprel 2014-cü il tarixdə anadan olmuş X2 və 09 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(044)- 594/2021 saylı qətnaməsi əsasında tutulan alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. AZ-İİ seriyalı, 424275 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 11 fevral 2022-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 fevral 2022-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həşimov”, arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 038 nömrəli Hərbi Hissə tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli, 112 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Ordusunda xidmət edir və onun aylıq pul təminatı qanunvericilikdə nəzərdə tutulmuş bütün növ vergilər və aliment borcu (221,03 manat) tutulduqdan sonra 488,62 (dörd yüz səksən səkkiz) manat 62 qəpik təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş 35 nömrəli, 12 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə şəhər 31 nömrəli tam orta məktəbdə dərnək rəhbəri vəzifəsində işləyir. Əmək stajı 9 il 7 aydır. Onun aylıq əmək haqqı 236,47 (iki yüz otuz altı manat qırx yeddi qəpik) manat təşkil edir. Cavabdeh məhkəməyə ünvanlandığı iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, İddiaçı Gəncə Şəhər Məhkəməsində iddia tələbi qaldıraraq, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün hər ay 220 manat, iki uşağa görə isə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilə bilməz. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsilə, birgə nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, sonra məhz hazırki iddiaçı yenidən Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulması qət etmişdir. Hərbçi olduğundan məhkəmə tərəfindən çıxarılmış hər iki qətnaməyə hörmətlə yanaşmış və maaşından tutulmuş alimenti vaxtı-vaxtında ödəmişdir. O, hərbçidir və onun qazancı (gəliri-maaşı) müntəzəmdir, tam şəkildə yerli valyuta olan manata stabil olaraq ödənilir və başqa bir yerdən heç bir qazancı-gəliri yoxdur və həmçinin nikah pozulduqdan sonra yeni ailə qurmuş və 3-cü dəfə bu yaxınlarda ata olmağa hazırlaşır, belə olan halda AR Ailə Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş müddəalar mövcud deyildir. Odur ki, İddiaçı iddia tələbi əsassız olduğundan, rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Aylin və xx.xx.2008-ci il təvəllüdlü Kənan adlı 2 uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-594/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş Aylin və Kənan adlı uşaqlar iddiaçının himayəsində saxlanılmaqla, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2652/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 09 aprel 2014-cü il tarixdə anadan olmuş X2 və 09 fevral 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(044)-594/2021 saylı qətnaməsi əsasında tutulan alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşaqların saxlanmasında kifayət etmədiyindən iddiaçı təyin edilmiş alimentin dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün hər ay 220 manat, iki uşağa görə isə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, maaşından başqa gəlirinin olmadığını, yenidən ailə həyatı qurduğunu bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün hər ay 220 manat, iki uşağa görə isə 440 manat sabit pul məbləğində alimentin tutulmasına dair tələbi qismən təmin edilə bilər. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Lakin məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə uşaqların saxlanması hər iki tərəfin valideynlik borcudur və məhkəmə alimentin yeni məbləğini müəyyən edərkən ilk növbədə uşaqların yaşlarını, onların məktəbli olmaqla saxlanma xərclərinin artmasını və digər mənafelərini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü Aylin və xx.xx.2008-ci il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi hər iki tərəfin mənafeyinə daha uyğun olar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmənin yekun qənaətinə əsasən, iddia qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2652/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Aylin və xx.xx.2008-ci il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilən alimentin məbləği dəyişdirilməli və xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş məbləği tələb etmədiyindən onun özünə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2652/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Aylin və xx.xx.2008-ci il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilən alimentin məbləği dəyişdirilsin və Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü Aylin və xx.xx.2008-ci il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2189/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2189/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver