Məhkəmə qərarları › İş №2(125)-220/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-220/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-220/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçının İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci, il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil yönəldilərək hərrac yolu ilə satılması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil boşaldılaraq, iddiaçıya, yəni İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı 30000 min manat borc almış və həmin borcu xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh ilə İddiaçı arasında 24 iyul 2020-ci il tarixdə 3M-223 saylı ipoteka müqaviləsi bağlanmış və girovqoyan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın onun xeyrinə yüklü edilməsi barədə **********57-05101-093006 No-li Çıxarış verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində iddiaçı tərəfindən iddia ərizələri ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci, il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüzsəksən) manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə hazırda Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılovun icraatındadır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında müvafiq bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və qeydiyyata alınmışdır. Odur ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzilin boşaldılaraq, iddiaçıya, yəni İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarilması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 məhkəmə iclasında vəsatət təqdim edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPN-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı 30000 min manat borc almış və həmin borcu xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış 24 iyul 2020-ci il tarixdə 3M-223 saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında mükiyyətində olan, 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın mənim xeyrinə yüklü edilməsi barədə **********57-05101-093006 No-li Çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********57-05101-093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli, 3M- 222 nömrəli 30000 manat məbləğində kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 İddiaçı xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-33/2-5000/2023 saylı məktubdan görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 2 saylı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə görə əmlak xx.xx.2023-cü il tarixədək (30 ay) yüklü edilmişdir. Öhdəliyin məbləği 30000 manat olmuşdur. Mənzilə dair xx.xx.2020-ci il tarixli, **********57-05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yüklülük çıxarış verilmişdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ipoteka ilə yüklü edilmiş ünvan 1-yə tələbin yönəldilməsi ilə bağlı bildiriş DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili bazar dəyəri 37000 manat, likvid dəyəri isə 32000 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən əmlaka tutmanın yönəldilməsi üçün 15 manat məbləğində dövlət rüsumu, 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsinə əsasən borclu Cavabdeh İddiaçı 30000 min manat borc almış və həmin borcu xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış 24 iyul 2020-ci il tarixdə 3M-223 saylı İpoteka müqaviləsinə ilə Cavabdeh ilə ipoteka saxlayan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-222 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında mükiyyətində olan, 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30000 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın İddiaçı xeyrinə yüklü edilməsi barədə **********57-05101-093006 No-li Çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********57-05101- 093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, xx.xx.2020-ci il tarixli, 3M-222 nömrəli 30000 manat məbləğində kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 İddiaçı xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-750/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsin ilə Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişıə iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə ipoteka ilə yüklü edilmiş ünvan 1-yə tələbin yönəldilməsi ilə bağlı bildiriş DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili bazar dəyəri 37000 manat, likvid dəyəri isə 32000 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün müqavilə üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tələbin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Cavabdehya məxsus ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri isə 32000 manat qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Cavabdehya məxsus ünvan 2 ünvanında yerləşən mənzilin likvid dəyəri 32000 manat müəyyənləşdirilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil boşaldılaraq, iddiaçıya, yəni İddiaçı təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Odur ki, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil boşaldılaraq, iddiaçıya, yəni İddiaçı təhvil verilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması hissəsinə qiymət verərək, qeyd edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci, il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi ilə Cavabdeh 30000 manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gələcəkdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etməməsi həmin qətnamənin icrasına mane yaratmır. Odur ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manatın alınıb İddiaçı ödənilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi üzrə tutma ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsaitdən 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manat alınıb İddiaçı ödənilməlidir. İddia qismən təmin edildiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 60 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 60 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüzsəksən) manatın alınıb İddiaçı ödənilməsinə dair Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci, il tarixli, 2(043)-750/2022 saylı qətnaməsi üzrə tutma ipoteka predmeti olan Cavabdeh məxsus olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101- 093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzilə yönəldilsin. İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzil açıq hərracdan satılsın. Həmin əmlakların satışından əldə olunmuş vəsait 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, 60 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********57-05101-093006, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 46.4 kv.m sahəsi olan 2 otaqlı mənzilin likvid dəyəri 32000 (otuz iki min) manat müəyyənləşdirilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar