Məhkəmə qərarları › İş №2(125)-2206/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2206/2023

28.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2206/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması» barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mərhum atası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, mirasın onun tərəfindən qəbul edilməsi üçün hazırki iş üzrə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən 2 ay müddətinə vaxt müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. *7 mart 2*23-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı hazırda məsələnin məhkəmədən kənar qaydada öz həllini tapdığını bildirmiş və buna görə də, iddia ərizəsinin və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. 15 mart 2*23-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin nümayəndəsi mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazının olmayacağını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 17*.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.*.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 17*-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mərhum atası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, mirasın onun tərəfindən qəbul edilməsi üçün hazırki iş üzrə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən 2 ay müddətinə vaxt müəyyən edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar