Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2210/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2760/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması; xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat sabit pul məbləğinin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir, təyin olunmuş aliment uşağın saxlanılması üçün kifayət etmir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, o, gözəllik salonunda işləyir və qeyri-müntəzəm qazanc əldə edir, cavabdeh isə Rusiya Federasiyasında işləyərək nümayəndəsinin bildirdiyindən daha çox qazanc əldə edir və onun digər nikahdan doğulmuş uşağının saxlanılması alimentin təyin edilməsi formal xarakter daşıyır, lakin bu halları təsdiqləyən sübut təqdim edə bilmir. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, oğlu olan cavabdeh Rusiya Federasiyasında işləyərək əldə etdiyi qazancla həm iki uşaq üçün aliment ödəyir, həm də qalan məbləğlə xarici ölkədə yaşayışını təmin etməyə çalışır, iddiaçı isə gözəllik salonunda işləyir və qazancı yaxşıdır, belə ki, iddiaçı ilə cavabdeh ailə qurduqları vaxt gözəllik salonunda işləyirdi, buna görə də iddiaçının qazancı barədə məlumatı var. Cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1 ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Gəncə Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 902/2022 saylı qətnaməsi qəbul olunduğu vaxtdan bir il keçmiş, bu müddət ərzində uşaqların zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı alimentin miqdarı müəyyən edildikdən sonra, yəni son bir il ərzində özünün və cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı öz tələbini yalnız Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azlığı ilə əsaslandırır. İddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olsa da iddiaçı bu hüququndan istifadə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2210/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2210/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver