Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2212/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Gəncə Şəhər 5 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh2 və Gəncə Şəhər 5 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Gəncə Şəhər 5 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-55 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianın rədd olunmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, iddia ərizəsi baxılmamış saxlanılır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2022-ci il tarixli qərardadında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 Məmmədəli oğlu ilə İddiaçı arasında Gəncə şəhəri 5 saylı notariat ofisində iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərtilə 100.000 manat məbləğində borc verilməsi barədə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 Məmmədəli oğlu İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 100.000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozaraq, müqavilədə nəzərdə tutulmuş müddətdə borcu qaytarmamış, bununla bağlı bir neçə dəfə ona müraciət etsə də, nəticəsi olmamışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-673/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Beləliklə, eyni tərəflər İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-55 reyestr nömrəli kredit müqaviləsinə əsaslanan tələb üzrə iddia digər məhkəmənin icraatında olmuş və həmin əqdə əsaslanan tələb təmin edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə ayrıca icraatda qaldırılmış həmin əqdin etibarsız hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh2 və Gəncə Şəhər 5 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2212/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2212/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver