Məhkəmə qərarları › İş №2(125)-2237/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2237/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2237/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (Fəxrəddin) Fərman oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh (Fəxrəddin) Fərman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1920/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş 108 (bir yüz səkkiz) manat alimentin miqdarının artırılaraq, xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci ildən hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh (Fəxrəddin) Fərman oğlu ilə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1920/2015 saylı qətnaməsi ilə cavabdehdən 21 aprel 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 108 (bir yüz səkkiz) manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh X4 adını dəyişdirmişdir və indi adı Fəxri olub. Aliment təyin olunmuş vaxtdan 7 il keçmişdir. Hal-hazırda oğlu Fəridin 15 yaşı var, orta məktəbdə təhsil alır və ona görə xərcləri hədsiz çoxalmışdır, oğlu böyüdüyü üçün tələbatları da artmışdır və onun artan tələbatlarını ödəməyə maddi imkanı çatmır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh (Fəxrəddin) Fərman oğlu iddianı qəbul edərək uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat aliment ödəməyə razı olduğunu bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 764542 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə Fərid adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1920/2015 nömrəli qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2014-cü il tarixli 2(044)-1100/2014 saylı məhkəmə əmri əsasında təyin edilmiş alimentin miqdarı artırılaraq X1 21 aprel 2015-ci il tarixdən başlayaraq hər ay 108(yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulub 07 sentyabr 2007-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, MŞG/1-04592 nömrəli ilkin mediasiya sessiyasının keçirilməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə saat 17:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1920/2015 nömrəli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 108 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh 108 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 1920/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməklə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1920/2015 nömrəli qətnaməsi əsasında tutulan 108 manat alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30,20 (otuz manat 20 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar