Məhkəmə qərarları › İş №2(125)-2239/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2239/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2239/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli 2(043)-801/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 90 manat məbləğində alimentin miqdarı artırılaraq, 11 dekabr 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə rüsum kimi ödəmiş olduğu 50 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli 2(043)-801/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş, birgə nikahlarından 11 dekabr 2014-cü il tarixdə anadan olmuş X6 onun yanında saxlanılması, Cavabdeh 11 dekabr 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 fevral 2015-ci il tarixdən başlayaraq, hər ay 90 manat sabit məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda uşaq böyümüş, məktəblidir və bununla bağlı tələb olunan xərclər də artmışdır. Ölkədə gedən inflyasiya ilə əlaqədar qida məhsullarının uşaq geyimlərinin qiymətləri artmış və o, uşağın saxlanmasında maddi cəhətdən çətinliklər çəkir. Cavabdeh uşağın saxlanmasında könüllü olaraq əlavə maddi yardım göstərməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilən məbləğlə razı deyildir və məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləğini çətinliklə ödəyir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-805/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Əliyeva (Qəribova) Fərqanə Elxan qızı ilə Cavabdeh arasında 25 sentyabr 2013-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 847 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahlarından 11 dekabr 2014-cü il tarixdə anadan olmuş X8 anası X3yanında saxlanılması, Cavabdeh 11 dekabr 2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment 02 fevral 2015-ci il tarixdən başlayaraq tutularaq iddiaçl X4 verilməsi qət edilmişdir. 06 yanvar 2015-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından 11 dekabr 2014-cü il tarixdə X9 anadan olmuşdur. xx.xx.2022-ci il tarixli MŞG/1- 04573 nömrəli mediasiya arayışından görünür ki, X7 ilkin olaraq mediasiya şürasına müraciət etmiş və 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-801/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 11 dekabr 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1680 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 36.80 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-801/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 11 dekabr 2014cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 36.80 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(125)-2239/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar