Məhkəmə qərarları › İş №2(125)-224/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-224/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-224/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 MMC-nin nümayəndəsi X22 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X47 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı “hərəkətin qanunsuz hesab edilməsi və pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X47 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin, “X47 Kompleksi” şirkəti tərəfindən, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 tərəfindən, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun məsuliyyətsizliyi sayəsində özgəninkiləşdirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsinə, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin razılaşdırılmış satış qiyməti olan pulun, 8*** ABŞ dollarının müştərək olaraq “X47 Kompleksi” şirkətinin hüquqi varisi Cavabdeh3ndən, Cavabdeh2, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorundan onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2**8-ci ilin iyun ayının əvvəllərində gürcü millətindən olan tanışı X28 avtomobilini satmaq istədiyini bildiyindən gəlib ona bildirmişdir ki, Sumqayıt və Bakı şəhərlərində fəaliyyət göstərən, rəhbəri əslən Gəncə şəhərindən olan X25 olan “X47 Kompleksi” şirkətinin minik avtomobilinə ehtiyacı vardır, onlar avtomobil almaq istəyirlər, ona təklilf etmişdir ki, avtomobilini onlara satsın. O, yanına gəlmiş şəxsə avtomobilin qiymətini 8.*** ABŞ dollarına danışmış və ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2, *7.*6.2**8-ci il tarixində, Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7.*6.2*18-ci ilədək qüvvədə olmaqla Etibarnamə vermişdir. Müəyyən müddət keçməsinə baxmayaraq, “X47 Kompleksi” şirkəti onun pullarını verməmişdir. Üstəlik, ona məlum olmuşdur ki, avtomobili müxtəlif, tanımadığı şəxslər də idarə edirlər. Odur ki, avtomobilin pulları ona ödənmədiyindən, Sumqayıt şəhər sakini, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 vermiş olduğu etibarnaməni, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunda, 24.*6.2**9-cu il tarixində ləğv etdirmişdir. Bununla bağlı ona, 24.*6.2**9-cu il tarixli 194 saylı məktub verilmişdir. Həmin məktubu, avtomobilin özgəninkiləşdirilməməsi üçün AR DİN-nin Gəncə rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə təqdim etmişdir. “X47 Kompleksi” şirkəti onun pulunu ödəməmişdir. Bundan sonra, AR DİN BDYPİ-dən ona, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin onun adına olmasına dair, həmçinin, Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunda, *7.*6.2**8-ci il tarixindən Cavabdeh2 adına verilmiş etibarnaməni 24.*6.2**9-cu il tarixində ləğv etdirməyinə dair *4.12.2**9-cu il tarixli, 15/9- 1829 saylı arayış verilmişdir. Verilmiş arayış əsasında *7.*6.2**8-ci il tarixindən Cavabdeh2 adına verilmiş etibarnaməni 24.*6.2**9-cu il tarixində ləğv etdirmişdirsə, sonuncu, avtomobillə bağlı hər hansı bir sərəncam verə bilməz, avtomobilimi özünə qaytarmalıdır. Sonradan isə, xeyli ərizə və şikayətlərindən sonra məlum olmuşdur ki, Sumqayıt şəhər sakini, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2, ona məxsus «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Sumqayıt şəhəri, 2-ci mkr, ev 1 1/6, mənzil 4-də yaşayan X6, Sumqayıt şəhəri 2 saylı Dövlət notariat kontorunda, 15.*1.2*11-ci il tarixində, 7E-13* saylı reyestrlə qeydiyyatdan keçmiş etibarnamə vermişdir. Sumqayıt şəhəri, 2-ci mkr, ev 11/6, mənzil 4-də yaşayan X13, Qubadlı rayon Dövlət Notariat X1, 1*.*2.2*11-ci il tarixində, 7E-1394 saylı reyestrlə qeydiyyatdan keçmiş etibarnamə vermişdir. Sonra, X14, Ağsu rayon Dövlət Notariat kontorunda, X1* 26.*7.2*11-ci il tarixində 7E-628 saylı reyestrlə qeydiyyatdan keçmiş etibarnamə vermişdir. Daha sonra isə, X19, avtomobili ünvan 1 ünvanda yaşayan X3, «Opel Omega» markalı avtomobilə *6-BE- 455 Dövlət Qeydiyyat nişanı verilmişdir. O, hesab edir ki, cinayət əməli törədilmişdir, ona məxsus «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil, qanunsuz sənədlər əsasında əlindən alınmış, özgəninkiləşdirilmişdir, ona, avtomobilin dəyəri miqdarında maddi ziyan vurulmuşdur. Müvafiq orqan və təşkilatlara nüraciət etmişdir ki, hazırkı cinayət əməlini törətmiş şəxsləri müəyyən etsinlər, barələrində qanuni tədbirlər görsünlər, onları cinayət məsuliyyətinə cəlb etsinlər. Nəticədə, Gəncə Şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviri X24, şikayəti üzrə, *8.1*.2*16-cı il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən etmişdir ki: O, X26, ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2, *7.*6.2**8-ci il tarixində, Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7.*6.2*18-ci ilədək qüvvədə olmaqla Etibarnamə vermişdir. 24.*6.2**9-cu il tarixində, Sumqayıt şəhər sakini, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 vermiş olduğu etibarnaməni, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunda ləğv etdirmişdir. Bununla bağlı mənə, DYP-yə verilməsi üçün 24.*6.2**9-cu il tarixli 194 saylı məktub verilmişdir. Lakin, notariat elektron məlumat bazasında notariat kontorunun aparıcı mütəxəssisi Esmira Tağıyeva etibarnaməni ləğv etdikdən sonra diqqətsizliyindən sistemə bir daha daxil olmamış və etibarnamənin ləğv olub-olmadığım yoxlamamışdır. Sonradan məlum olmuşdur ki, həmin etibarnamənin məlumat bazasına ötürülməsi və ya ləğv edilməsi zamanı iştirakçılar barədə məlumat bazadan pozulmuş və ləğv qeydi aparılmamışdır. Həmin etibarnamənin elektron məlumat bazasında yerləşdirilməməsi Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun aparıcı mütəxəssisi Esmira Tağıyevanın diqqətsizliyindən baş vermiş, onun tərəfindən qəsdən edilməmişdir. Etibarnamənin ləğv edilməsinə dair məlumatın elektron məlumat bazasında qeydə alanmamasım bilməmiş, əgər məlumatın elektron bazaya yerləşdirilmədiyindən məlumatı olsaydı bu barədə tədbir görərək məlumatın bazaya ötürülməsini təmin edərdi. Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2, onun tərəfindən, ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair, *7.*6.2**8-ci il tarixində, Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7.*6.2*18-ci ilədək qüvvədə olmaqla Etibarnamə verilmişdir. Bakı şəhərində "xxxx" Şirkətinin anbarından həmin avtomobili götürməsi barədə rəhbərlik tərəfindən ona göstəriş verilmişdir, Cavabdeh2, avtomobili götürüb xidməti işlər üçün istifadə etmişdir. Sonradan, rəhbərliyin göstərişi ilə həmin avtomobilin idarə edilməsi üçün, avtomobilə dair müxtəlif işçilərə etibarnamələr vermişdir. Bir müddət sonra avtomobildə müxtəlif nasazlıqlar yarandığından, əlavə xərclər tələb olunduğundan, şirkətin rəhbərliyi tərəfindən avtomobilin satılmasına qərar verilmiş və ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil, 15 yanvar 2*11-ci il tarixində X11 adlı şəxsə satılmış və avtomobilin satışından əldə olunun vəsait şirkətin kassasına mədaxil edilmişdir. Cavabdeh2 bildirmişdir ki, X2* tanımır, Qabil Musazadə onun adına etibarnaməni onun iştirakı olmadan vermiş və onun iştirakı olmadan ləğv etdirmişdir. Avtomobil, "xxxx" şirkətinə xidməti istifadə üçün alındığından, həmin avtomobilin hansı qaydada və kim tərəfindən şirkətə alınmasından heç bir məlumatı olmamış və həmin alqı-satqıda iştirak etməmiş, Qabil Musazadəyə həmin avtomaşına görə hansı məbləğdə pul ödənilməsini bilmir. Beləliklə, hazırkı qərarla, yəni, Gəncə Şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviri X12 *8.1*.2*16-cı il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən edilmişdir ki, adları gedən şəxslərin əməllərində cinayət tərkibi olmamışdır, qərarla ona izah olunmuşdur ki, ona məxsus, «Opel Omega» markalı, 2*-CL- 328 dövlət qeydiyyat nişanlı avtomobilin satılması nəticəsində ona dəymiş ziyanın ödənilməsinə dair göstərilən xüsusatlar mülki qaydada məhkəmə baxışı ilə həll edilməlidir. X25 olan “X47 Kompleksi” şirkəti, avtomobili ondan almışdır və şirkətin tələbi ilə, ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan, “X47 Kompleksi” şirkətinin işçisinə, Cavabdeh2, *7.*6.2**8-ci il tarixində, Gəncə şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7.*6.2*18ci ilədək qüvvədə olmaqla Etibarnamə vermişdir. Sonradan, Cavabdeh2 “X47 Kompleksi” şirkətinin rəhbərliyinin göstərişi ilə həmin avtomobilin idarə edilməsi üçün, avtomobilə dair müxtəlif işçilərə etibarnamələr vermişdir. Bir müddət sonra avtomobildə müxtəlif nasazlıqlar yarandığından, əlavə xərclər tələb olunduğundan, şirkətin rəhbərliyi tərəfindən avtomobilin satılmasına qərar verilmiş və ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil, 15 yanvar 2*11-ci il tarixində X11 adlı şəxsə satılmış və avtomobilin satışından əldə olunun gəlir şirkətin kassasına mədaxil edilmişdir. Beləliklə, bir neçə il ərzində yazmış olduğu şikayətlər əsasında araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, avtomobili sataraq əldə etdikləri pulu, nə, “X47 Kompleksi” şirkəti, nə də ki, Cavabdeh2 ona ödəməmişdir. Etibarnamənin elektron məlumat bazasında yerləşdirilməməsi Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun aparıcı mütəxəssisi Esmira Tağıyevanın diqqətsizliyindən baş vermişdir, nəticədə, müəyyən olunmuşur ki, ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobil, “X47 Kompleksi” şirkəti tərəfindən, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 tərəfindən, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun məsuliyyətsizliyi sayəsində özgəninkiləşdirilmişdir, ona maddi ziyan vurulmuşdur. Cavabdeh3 MMC məhkəməyə etiraz ünvanlayaraq bildirdi ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Təsisçilərinin 27.*4.2*15-ci il tarixli qərarına əsasən “X47 Kompleksi” MMC-nin (VÖEN:15****4*71) fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri "xxxx" MMC-nə keçirilmişdir. Təsisçilərin 25.*8.2*22-ci il tarixli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 13*1479871) ayrılma şəklində yenidən təşkili nəticəsində yeni Cavabdeh3 (VÖEN: **********) təsis edilmişdir. Cavabdeh3 22.1*.2**7-ci il tarixdə *1*7-P344-49645 (VÖEN: 13*1479871) nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibindən ayrılma nəticəsində yaranmışdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İddiaçı X26, Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus «Opel Omega» markalı, 2*- CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin, “X47 Kompleksi” şirkəti tərəfindən, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 tərəfindən, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun məsuliyyətsizliyi sayəsində özgəninkiləşdirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin razılaşdırılmış satış qiyməti olan pulun, 9*** manat pulun müştərək olaraq “X47 Kompleksi” şirkətindən, Cavabdeh2, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorundan onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən “X47 Kompleksi” MMC-yə qarşı iddia tələbi əsassızdır və iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, ərizədə qeyd edilənlər ümumi sözlərdən başqa bir şey deyildir və göstərilənlərin hüquqi əsası yoxdur. İddiaçı X26 ilə “X47 Kompleksi” MMC arasında qeyd edilən «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilinin alışına və ya etibarnamənin verilməsinə dair hər hansı sənədin təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Bundan əlavə iddiaçı X26 iddia ərizəsində bildirir ki, onun yanına gəlmiş fiziki şəxslə avtomobilin qiymətini 8*** ABŞ dollarına danışmış və ona məxsus «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 *7.*6.2**8-ci il tarixində Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7.*6.2*18-ci ilədək qüvvədə olmaqla Etibarnamə vermişdir. Bütün bunlarla yanaşı onu da qeyd edir ki, iddiaçı X4 Ağakişi Möhübbət oğluna *7.*6.2**8-ci il tarixində Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunda 7E 5855 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 1* illik, *7.*6.2*18-ci ilədək qüvvədə olmaqla Etibarnamənin verilməsindən 15 ildən çox müddət keçdikdən sonra onun iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mübahisəli avtomobili satmaq niyyəti barədə xəbər tutan, özlərini “X48 Kompleksi” MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edən və adlarını xatırlamadığı bir neçə şəxs onun evinə gələrək həmin avtomobili şirkət adından satın almaq istədiklərini bildirmişlər, həmin şəxslərin səlahiyyətlərini təsdiqləyən sənədi tələb etməmiş, həmin şəxslər də öz növbəsində belə sənəd təqdim etməmişdir. İddiaçı həmin şəxslərlə birgə avtomobilə baxış keçirdikdən sonra nisyə alqı-satqı barədə razılığa gəlmişlər, belə ki, avtomobilin dəyərini şirkət 2-3 ay sonra ödəyəcəkdi. Avtomobili şirkətin istifadəsinə verə bilmək üçün Cavabdeh2 adına etibarnamə vermişdir, o, avtomobili təhvil almamışdır. Tərəflərin razılaşdıqları 2-3 ay ərzində həmin avtomobil şirkət tərəfindən təhvil alınmamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş və ona hər hansı bir ödəniş edilməmişdir. Daha sonra o, Qoça adlı tanışına “X48 Kompleksi” MMC-yə çatdırması üçün avtomobili təhvil vermiş və onun adına müvafiq səlahiyyətləri nəzərdə tutan etibarnamə vermişdir. Hazırda avtomobili və adına etibarnamə verilmiş Qoçadan deyil, Cavabdeh2 pul tələb etməsinin səbəbi isə əmlak üzərində sərəncam verilməsini nəzərdə tutan səlahiyyəti sonuncunun adına verilmiş etibarnamədə göstərməsidir. Cavabdeh2 adına verdiyi etibarnaməni ləğv etməsi barədə təmsil edənə rəsmi və ya qeyri-rəsmi qaydada məlumat verməmişdir. Cavabdeh2 adına etibarnamə verdiyi 2**8-ci il tarixdən hazırkı günədək müvafiq orqanlara müraciət edərək mübahisəli avtomobilin əldə edilməsi nəticəsində ona ödəniş edilməməsi halına dair cinayət işinin başlanmasına nail olmağa çalışdığı üçün məhkəməyə müraciət etməmişdir. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında təmsil olunmamış, Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdehin nümayəndəsi iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “hərəkətin qanunsuz hesab edilməsi” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5* İdarəsi tərəfindən verilmiş 21.1*.2*23-cü il tarixli məktubdan görünür ki, “Opel Omega” markalı, 2*- CL-328 dövlət qeydiyyat nişanlı avtomobil 25.*8.2**8-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmış, 3*.1*.2*14-cü il tarixdə qeydiyyatdan çıxmışdır. 3*.1*.2*14-cü il tarixdə həmin avtomobil X15 adına rəsmiləşərək sözügedən avtomobilə *6-BE-455 dövlət qeydiyyat nişanı təhkim edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, sahibi İddiaçı olan «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dair 2*.*5.2**8-ci ildən 2*.*6.2**8-ci ilədək X18; 26.*8.2**8-ci ildən 26.*8.2**9-ci ilədək Hüseyn Üçsulara; 14.*4.2**9-cu ildən *7.*6.2*18-ci ilədək Halis Buluta; *2.*4.2*1*-cu ildən *7.*6.2*18-ci ilədək X3*, 3*.*6.2*1*-cu ildən 21.*8.2*18-ci ilədək X8, 19.1*.2*1*-cu ildən 14.*4.2*14-cü ilədək X5, 15.*1.2*11-ci ildən *7.*6.2*18-ci ilədək X6, 1*.*2.2*11-ci ildən *7.*6.2*18-ci ilədək X7, 12.*4.2*11-ci ildən *5.*7.2*11-ci ilədək Mustafa Öztürkə, 26.*7.2*11-ci ildən *7.*6.2*18-ci ilədək X1* etibarnamə verilmişdir. Həmin avtomobil 3*.1*.2*14-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X15 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, *2.*1.2*11ci ildə Cavabdeh2 tərəfindən X6 15.*1.2*11-ci ildən *7.*6.2*18-ci ilədək 2*CL328 dövlət nömrə nişanlı avtomobili idarə etmək, qeydiyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar ərizə verməyə və digər hərəkətlər etməyə dair səlahiyyətlər verilməsi təsdiq edilmişdir. İş materiallarında olan etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, 1995-ci ildə buraxılmış 2*CL328 dövlət nömrə nişanlı avtomobilə X13 tərəfindən Ağsu rayonu, Daşdəmirbəyli kənd sakini X7 *7.*6.2*28-ci il tarixinə qədər 2*CL328 dövlət nömrə nişanlı avtomobili idarə etmək, qeydiyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar ərizə verməyə və digər hərəkətlər etməyə dair səlahiyyətlər verilməsi təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5* İdarəsi tərəfindən verilmiş *8.*6.2*17-ci il tarixli məktuba əlavə edilmiş və mübahisəli avtomobilin 3*.1*.2*14-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X15 adına rəsmiləşdirilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki, 26.*7.2*11-ci il tarixdə İddiaçı adından X2 Rəfail Adil oğlunun adına nəqliyyat vasitəsini idarə etmək, qeydiyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar ərizə verməyə və digər hərəkətlər etməyə etibarnamə vermiş; 3*.1*.2*14-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfdən mübahisəli avtomobil X21 32** manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5* İdarəsi tərəfindən verilmiş *7.11.2*23-ci il tarixli arayışa əsasən, «Opel Omega» markalı, 2*-CL- 328 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdadır. Gəncə şəhəri 2 saylı notariat kontoru tərəfindən *7.*6.2**8-ci il tarixdən Cavabdeh2 adına verilmiş etibarnamə 24.*6.2**9-cu ildə ləğv edilmişdir. İş materiallarında olan “X48 Kompleksi” MMC-nin təsisçilərinin 27.*4.2*15-ci il tarixli qərarı ilə “X48 Kompleksi” MMC "xxxx" MMC-yə qoşulmuş, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən “X48 Kompleksi” MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri "xxxx" MMC-yə keçməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh3 MMC-nin yeganə təsisçinin 25.*8.2*22-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin ayrılma şəklində yenidən təşkili nəticəsində yeni Cavabdeh3 MMC təsis edilməsi və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 36*.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 6**.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 65*. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1*91.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1*91.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı iş üzrə iddiaçı cavabdehlərdən pulun tutulmasını xahiş etmiş, bu tələbini Cavabdeh1 Cavabdeh2 adına verilmiş və daha sonra ləğv etdirdiyi etibarnamə əsasında mübahisəli avtomobilin "xxxx" şirkətinə satılması ilə əsaslandırmışdır. İddiaçı nisyə alqısatqı müqaviləsinə əsaslanaraq pulun Cavabdeh2 tutulmasını xahiş etsə və tələbinin təsdiqi qismində cinayət işi başlanılmasının rədd edilməsi barədə *8.1*.2*16-cı il tarixli qərarı təqdim etsə də, əvvəla həmin qərarın əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti təqdim edilmədiyindən həmin sənəd sübut qismində qəbul edilə və araşdırıla bilməz. Lazımi qaydada təsdiqlənmiş surəti təqdim edilsəydi belə, Cavabdeh2 həmin qərardakı izahatında göstərilmişdir ki, “hazırda heç yerdə işləmir, 2**6-cı ildən 2*15-ci ilin aprel ayınadək olan müddət ərzində "xxxx" X37 Təsərrüfat və Nəqliyyat xidmətinin rəisi vəzifəsində işləmiş, həmin şirkətin rəhbəri əslən Gəncə şəhərindən olan X25 olmuşdur. 2**8-ci ilin iyul ayında şirkətin rəhbəri Aydın Mehdiyev müəssisəyə avtomobil alacaqlarını və həmin avtomobili o, idarə edəcəyi etibarnamə verilməsi üçün şəxsiyyət vəsiqəsini verməsini bildirmiş, ona görə də şəxsiyyət vəsiqəsini Aydın Mehdiyevə vermişdir. Təxminən bir neçə gündən sonra ona X16 adından “Opel Omega” markalı, 2*CL328 dövlət qeydiyyat nişanlı avtomaşına dair baş etibarnamə verilmiş, bir neçə gündən sonra Bakı şəhərində "xxxx" şirkətinin anbarından həmin avtomaşını götürməsi barədə rəhbərlik tərəfindən ona göstəriş verildiyi üçün həmin avtomaşını götürüb xidməti işlər üçün istifadə etmişdir. Təxminən bir aya yaxın həmin avtomaşını idarə etdikdən sonra, avtomaşını etibarnamə əsasında rəhbərliyin göstərişi əsasında idarə etməsi üçün maliyyə müdiri Hüseyn Uluslara vermiş, sonradan həmin avtomaşının idarə edilməsi üçün şirkətin digər işçilərinə də etibarnamə vermişdir. Bir müddət sonra avtomobildə müxtəlif nasaslıqlar yarandığından əlavə xərclər tələb olunduğundan şirkətin rəhbərliyi avtomobilin satılmasına qərar verilmiş və avtomobil 15 yanvar 2*11-ci il tarixdə X11 adlı şəxsə satılmış və avtomaşının satışından əldə olunan gəlir şirkətin kassasına mədaxil edilmişdir.” Əvvəla, həmin izahatla Cavabdeh2 mübahisəli avtomobilə dair mülkiyyətçi qismində İddiaçı təhvil vərilməli olan hər hansı pul məbləğini alması, bununla da əsassız varlanma nəticəsində həmin pulun həmin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması müəyyən olunmur. Bundan başqa, iddiaçı, Cavabdeh2 adına verdiyi etibarnaməni ləğv etməsi barədə etibar edilənə hər hansı məlumat verməsini təsdiq və ya sübut etmir. Belə ləğv etmə barədə etibar edilənin məlumatlı olması da mülki işin araşdırılan hallarından müəyyən olunmur. Bununla yanaşı, həmin qərardan görünür ki, Cavabdeh2 adına verilmiş etibarnamənin ləğv edilməsinin notariat elektron bazasına ötürülməsi başa çatdırılmadığından təmsilçiyə həvələ edilmiş səlahiyyətlər qüvvədə qalmağa davam etmişdir. Bundan başqa, mübahisəli avtomobilə dair müxtəlif şəxslərin adına etibarnamələr verilsə də, həmin əmlaka mülkiyyət hüququnun 3*.1*.2*14-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı X15 adına keçməsi mülki işin mübahisəsiz halıdır. Belə olan halda, alıcı olmayan cavabdeh(lər)dən alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsini tələb etmək əsassızdır. Bundan başqa, iddiaçı habelə Cavabdeh1 pulun tutulmasını xahiş etsə və bu tələbini dolayısıyla Cavabdeh2 adına verilmiş etibarnamənin ləğvinin başa çatdırılmaması ilə əsaslandırsa da, bu hal, alqı-satqı müqaviləsindən irəli gələn pulun ödənilməsi öhdəliyinin yaranması üçün əsas deyil. Bundan başqa, iddiaçı əvvəlcə "xxxx" şirkətindən, daha sonra hüquqi varisi olmasına əsaslanaraq Cavabdeh3 MMC-dən pulun tutulmasını xahiş etsə də, hazırkı iş üzrə pul tələbinin əsaslandığı alqı-satqı müqaviləsi nəticəsində həmin cavabdehin əmlak əldə etməsi, dolayısıyla pulun ödənilməsi öhdəliyinin yaranması müəyyən və sübut olunmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada pulun tutularaq ödənilməsini xahiş etsə də, məhkəmə araşdırması nəticəsindən əsaslı olması təsdiqlənmədiyindən həmin tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X47 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar