Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2259/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada borc kimi aldıqları cəmisi 19300 manat və əlavə 200 dollar pulun və dəymiş ziyanın ona odənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 25 ildən artıqdır ki, Dədə Qorqud küçəsi bina 20, mənzil 15-də yaşayır. Cavabdehlə 2021-ci il tarixdə Cavabdeh1 bir usta kimi tanımış, o, evini təmir etmək istəmişdir söhbət arası Cavabdeh1 bildirdi ki, Qaz sayğacının yerini dəyişdirməli idi. Ona bildirdi ki, onun bir tanışı var Cavabdeh3 ona deyər sizə köməklik göstərər. Onların tanışlıqları buradan başladı. Cavabdeh3 onun evinə gəldi və ona bildirdi ki, o, Qaz idarəsinə gedib ərizə yazmalıdır sonra isə onlar gəlib özləri dəyişəcəklər. Cavabdeh1 ona xahiş edib bildirdi ki, dostu Cavabdeh3 maddi cəhətdən köməklik et onun vəzifəsini böyüdürlər şirinlik aparıb getməlidir Bakıya onunda nə işi olsa Cavabdeh3 köməklik edəcək. O, borc olaraq 10.000 manat pul verilməsini xahiş etdi, o isə etirazını bildirdikdə o, ona bildirdi ki, sübut üçün nə lazımdırsa verə bilər. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və dostu Cavabdeh2 və onun dostu Cavabdeh3 onun evinə gələrək ona bildirdi ki, o, Aliminium zavodda mühafizəçi işində işləyir aylıq əmək haqqı 300 manatdır. Onun dostu Cavabdeh3 işi barədə pul lazımdır ona 10.000 manat borc olaraq pul ver 6 ay müddətinə qaytaracaq. O isə ona əlyazmaları ilə 10.000 manat pulu Cavabdeh1 verdi və o, öz əlyazmasında bildirdi ki, pulu öz boynuna götürür, öz dostu Cavabdeh3 üçün götürür. Pulu necə almışsa eləcə də qaytarılmasına söz verir. Dostu: Cavabdeh2 öz əlyazmasında bildirdi ki, Aliminium zavodda gözətçi işləyir maaşım 380 manatdır. O, Cavabdeh1 dediyi sözlərnən razıdır və doğruluğunu təsdiq edir. Onlar dosturlar və onların bir-birilərinə inamları və etibarları sonsuzdur. Dostu: Cavabdeh3 ona bildirdi ki, Azəriqaz İstehsalat birliyində qrup rəhbəri vəzifəsində çalışır. Aylıq əmək haqqım 864 manat 58 qəpik təşkil edir. Cavabdeh1 yazdığı sözləri ilə razıdır, tam doğrudur. Cavabdeh1 götürdüyü pula həm şahid, həmdə zamindir öz yazdığı sözlər doğrudur. O, Cavabdeh3 pulunu istədikdə o, ona bildirdi ki, X3 yatırıb kartını göstərərək bildirdi ki, kartında 17.000 manat pul var istəsə pulu çıxardıb verər, amma o, o pulu ordan çıxarda bilmir çünki çıxartsa üstünə faiz gəlmiyəcək və ona bildirdi ki, yenidən ona pul versin, o budcəsindəki pula dəymək istəmir əyər mayasını götürsə üstünə faiz gəlmiyəcək. xx.xx.2022 - ci il tarixdə Cavabdeh3 onun evinə gələrək ona bildirdi ki, o, X3 yatırır nə qədər artıq pul qoysa o qədər gəliri artıq olacaq. Odur ki, ondan xahiş etdiki onu biraz gözləsin ay ba ay o, qazancından onun pulunu ordan çıxarıb verəcək. Ona bildirdi ki, nə qədər gücü çatır ona versin, o, banka qoysun onun pulunu tez qaytarsın. Cavabdeh3 bilirdi ki, qaynı X1 ona Moskvadan pul göndərir. Ondan hissə-hissə 50 manat + 350 manat + 200 manat + 1200 manat +300 manat + 300 manat +1700 manat + 100 manat + 1600 manat + 200 dollar pul aldı. Ona bildirdi ki, pulundan əlavə o, ona hörmət edəcək. O, Cavabdeh3 bildirdi ki, onun pulunu versin qızını hazırlığa qoyur. O, isə ona bildirdi ki, onun əli hər yerə çatır o, onun qızını işlə təmin edəcək hazırlıq lazım deyil. Onun yeznəsi Azər müəllim Mingəçevir şəhərinin 1-ci katibin müavinidir. O isə onunla razılaşıb Cavabdeh3 ona bildirdi ki, ondan pul istiyirlər 3500 manat. O isə ona bildirdi ki, ona verdiyi puldan götürsün versin. O, isə ona bildirdi ki, o, o pulu Dünya Bankına yatırmışdır. O dedi ki, onun pulu yoxdur o, isə ona bildirdi ki Bankdan götürsün, o, ödəyəcək. xx.xx.2022-ci il tarixdə Cavabdeh3 onun evinə gələrək qızının diplomlarını və şəxsiyyət vəsiqəsini götürdü və ona bildirdiki, qızını işə qoymaq üçün pul versin, o isə ona bildirdi ki, pulu yoxdur. O, isə bildirdi ki, gedək banka ordan götür mən ödəyəcəm. Qızının işinə görə o, bankdan 1000 manat pul götürdü üstünədə 100 manat əlavə qoyub terminal vasitəsi ilə Cavabdeh3 göndərdi.Yerdə qalan 2400 manat pulu isə əl-bə əl gəldi binalarının qarşısında verdi. Hazır ki, vaxtda o, ondan qaçır və onun zənglərinə cavab vermir. Evlərinə getdi ona söyünc söydü, onu döyməyə gəldi anası əlindən aldı. O, indi başa düşmüşdür ki, Cavabdeh3 dələduzluq edərək onu aldatmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanları izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, xx.xx.2022-ci il tarixli qəbzə əsasən, Cavabdeh3 1700 manat, 100 manat, 2600 manat pul məbləğləri verilmişdir, lakin sonuncu məbləğlərin qarşısında niyə Cavabdeh3 tərəfindən imza icra edilmədiyini dəqiq xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq səhhətiylə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdehlər iclasda iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh3 tərəfdən verilmiş xx.xx.2022-ci tarixli qəbzdən görünür ki, “Azəriqaz” İstehsalat Birliyində qrup rəhbəri vəzifəsində çalışır. Aylıq əmək haqqı 864.58 manat təşkil. Cavabdeh1 yazdığı sözləri ilə razıdır, tam doğrudur. Onlar bir yerdə 10.000 manat pulu aldılar, pulu necə alıblarsa, eləcə də qaytarılmasına söz verir, verdiyi sözlərin məsuliyyətini özü daşıyır, hansısa bir gündə pul qaytarılmasa yalan bir ifadə kimi məhkəmə qarşısında cavab verəcək. Cavabdeh1 götürdüyü pula həm şahiddir, həmdə zamindir. Öz yazdığı sözlər doğrudur. Sözünün doğruluğuna öz imzası ilə təsdiq edir, yazdığı sözlərin məsuliyyətini daşıyır və verdiyi sözləri heç kəs məcbur etmir. Öz sözlərini ixtiyarı ilə yazmışdır. Pulu necə alıblarsa eləcə də qaytarmasına söz vermişdir. Yazdığı sözlər doğrudur, sözünün doğruluğuna öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, alüminium zavodda gözətçi işləyir, maaşı 380 manatdır. O, Cavabdeh1 dediyi sözlər ilə razıdır və doğruluğunu təsdiq edir. Onlar dostdurlar və onların bir-birlərinə inamları və etibarları sonsuzdur. Onun üçün bir-birilərinə zamin dururlar və pulu bir yerdə götürürlər. Pulu necə alıblarsa eləcədə qaytarmasına söz verir. Hansısa bir sözündən boyun qaçırsa və əlavə söz danışsa məhkəmə qarşısında cavab verəcək, yalan ifadə verib yazdığı üçün məhkəmə qarşısında yazdığı sözlərin məsuliyyətini daşıyıb cavab verəcək. Yazdığı sözlər doğrudur, sözünün doğruluğunu öz imzası ilə təsdiq edir və verdiyi sözlərə onu heç kəs məcbur eləmir, özü yazmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, alüminium zavodda oxrana işləyir, aylıq 300 manat gəliri var . O, onun evində malyar ustası kimi işləyib və İddiaçı tanımışdır. Cavabdeh2 və Cavabdeh3 onun yaxın dostlarıdır. Onların bir-birlərinə etibarları və inamı vardır. O, İddiaçı borc olaraq 6 ay müddətinə 10.000 manat pul almışdır. Öz dostu olan Cavabdeh3 üçün götürmüşdür. Pulu necə alıblarsa eləcədə qaytarmasına söz verir. Yazdığı sözlər doğrudur, sözünün doğruluğunu öz imzası ilə təsdiq edir və verdiyi sözlərə onu heç kəs məcbur eləmir, özü yazmışdır. İş materiallarında Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 1000 manat, 200 ABŞ doları, 50, 350, 200m, 1200 manat, 300, 300 manat pul verilmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, TagXXXX İsmXXXX VidXXXX ogXX adlı şəxsə məxsus 41xxxxxxxx457292 nömrəli bank kart hesab nömrəsinə 1100 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı 1) Cavabdeh1 borc aldığı və digər cavabdehlərin həmin borcun qaytarılmasına zamin qismində üzərlərinə öhdəlik götürdükləri 10000 manat pulun müştərək qaydada tutulmasını; 2) Cavabdeh3 aldığı 9300 manat və 200 ABŞ dolları pulun tutulmasını xahiş etmişdir. Məhkəmə 10000 manat pulun tutulmasına dair hissədə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzlərə əsasən Cavabdeh1 borc olaraq iddiaçıdan aldığı 10000 manat pulun 6 ay müddətinə qaytarılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin qismində öz üzərlərinə öhdəlik götürmüşlər. Formal həqiqətin müəyyən etməli olan məhkəmə tərəfindən çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq lazımi qaydada məlumatlandırılmış cavabdehlər tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdirlər. Beləliklə, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə qaytarmaq şərtiylə aldığı 10000 manat borcun tam və ya qismən ödənilməsi müəyyən olunmur, buna görə həmin cavabdehə qarşı 10000 manat pulun tutulması tələbi əsaslıdır. Bununla yanaşı, digər cavabdehlər həmin öhdəliyinin icrası üçün öz üzərlərinə zamin qismində məsuliyyət götürmüşlər, lakin iddiaçı zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla 6 aylıq müddətin sonu olan xx.xx.2022-ci il tarixdən bir il müddəti ötürməklə, zaminliyə xitam verildikdən sonra xx.xx.2025-ci il tarixdə həmin cavabdehlərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, 10000 manat pulun habelə müştərək qaydada zaminliyinə xitam verilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə Cavabdeh3 aldığı 9300 manat və 200 ABŞ dolları pulun tutulmasına dair hissədə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli qəbzə əsasən, (1000+50+350+200+1200+300+300) 2400 manat və 200 ABŞ dolları gəlir əldə edilməsi üçün; xx.xx.2022-ci il tarixli qəbzə əsasən, 1100 manat pul işə qəbul edilmə üçün Cavabdeh3 pul verilmişdir. Lakin iddiaçı qeyd edilən tapşırıqların icra edilmədiyini bildirmişdir. Həmin cavabdeh qeyd edilən halları təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda, Cavabdeh3 qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verən iddiaçıya dəyən zərər üçün məsuliyyət daşıyır. Hazırda məhrum olan iddiaçı onun hesabına pul əldə etmiş Cavabdeh3 belə varlanma həyata keçirilməmiş əsasa söykəndiyi üçün 2400 manat, 1100 manat və 200 ABŞ dolları pulun tutulmasını xahiş etmişdir. Bununla yanaşı, belə qaytarma tələbini istisna edən hallar müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 (2400+1100=3500) 3500 manat pul və 200 ABŞ dolları pul məbləğləri tutularaq, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli qəbzdə qeyd edilən 1700 manat, 100 manat, 2600 manat pul məbləğlərinin Cavabdeh3 verildiyini bildirsə də, bu hal təsdiqlənmir, belə ki, həmin qeydlərin sonunda Cavabdeh3 məxsus olduğu bildirilən imza icra edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş, audio yazıları ehtiva edən disk iddianın qalan hissədə təmin olunması üçün kifayət edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmin audio yazıların məzmunu və kimlərə məxsus olması qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, Cavabdeh1 120 manat və Cavabdeh3 58.4 manat pul ödənilmiş dövlət rüsumu əvəzi qismində tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 10000 (on min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 3500 (üç min beş yüz) manat, 200 ABŞ dolları (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat 40 (qırx) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2259/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2259/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver