Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-226/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə oğunun iştirakı ilə, İddiaçı "xxxx" X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və X1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" Bank ASC (bundan sonra – Bank və ya iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********22520 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 48 ay müddətinə illik 16% dərəcəsiylə 50000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********22520/01/İP nömrəli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m ardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı "xxxx" X7 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və X1 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2020-ci il tarixli **********22520/01/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2020-ci il tarixli **********22520 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 34851,49 manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 8058.69 manat məbləğində adi faizlər üzrə borcu və xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3862.97 manat məbləğində penya üzrə borcu, cəmi 46773.15 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «Xalq Bank” ASC xeyrinə tutulması; iddia ərizəsinin verilməsinə görə 210 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması; fərdi vaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, onların yetkinlik yaşına çatmayan ailə üzvləri Cavabdeh5 və X2 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları; ipoteka predmetinin ilkin satış qiymətləri məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsinin likvid qiyməti 19.500 manat, ünvan 1 ünvanında yerləşən 0.065 ha torpaq sahəsi üzərində yerləşən 3 saylı fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki bazar qiyməti 128.000 manat, likvid dəyəri isə 115.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3431 saylı rəyə əsasən, iddia tələbinin tarixinə, yəni xx.xx.2023-cü il tarixinə Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan əsas borcu 34798,85 manat, faiz borcu 7856,81 manat cərimə borcu 3862,97 manat olmaqla, cəmi borcu 46.518,63 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək krediti verməsinə baxmayaraq, borcalan müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, nəticədə icra edilməmiş pul öhdəlilikləri yaranmışdır. Belə olan halda, Bank müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizası nəticəsində əsas borc 34798,85 manat, faiz borcu 7856,81 manat, cərimə borcu 3862,97 manat olmaqla, cəmi 46.518,63 manat borc hesablanmışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və razılaşır, belə ki, həmin rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas, faiz və cərimə borcuna münasibətdə ekspertiza rəyində göstərilən məbləğlər Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən fərdi yaşayış evinə və onun üzərində yerləşdiyi torpaq sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, müstəqil qiymətləndiricinin verdiyi rəyə əsasən, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 3 nömrəli fərdi yaşayış evinin birliktə ilkin satış qiyməti 115000 manat müəyyən edilməklə, həmin ev torpaq sahəsi ilə birliktə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-226/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata ipoteka predmetinə tutma yönəldildikdən sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipoteka predmetini 1 ərzində tərk etmədikləri halda çıxarılmalarına dair hissədə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Cavabdeh1 ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 229.55 manat pul iddiaçının xeyrinə tutulmalı, ekspertiza xərci olan 100 manat pul dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 34798,85 manat əsas borc, 7856,81 manat faiz borcu, 3862,97 manat cərimə borcu olmaqla, cəmi borcu 46518 (qırx altı min beş yüz on səkkiz) manat 63 (altmış üç) qəpik borc "xxxx" X7 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 229 (iki yüz iyirmi doqquz) manat 55 (əlli beş) qəpik pul "xxxx" X7 Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 0.065 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 155.8 kv.m ümumi, 95.4 kv.m yaşayış, 60.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evinin birliktə ilkin satış qiyməti 115000 (yüz on beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-226/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-226/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver