Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-227/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Gəncə şəhəri, Ozan küçəsində yerləşən 144 (əvvəlki 96) saylı fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş, gəlin kimi cavabdehə aid Gəncə şəhəri, Ozan küçəsində yerləşən 96 saylı fərdi yaşayış evinə köçmüşdür. Cavabdehlə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. xx.xx.2024-cü ildə Cavabdeh ilə arasında olan nikah pozulmuşdur. Gəncə şəhəri, Ozan küçəsi, ev 96 (hazırki ünvan: ünvan 1ı vardır. Övladlarının hər ikisi sözügedən mənzildə qeydiyyatdadırlar. Bundan başqa, hazırda o, yetkinlik yaşma çatmamış övladlarıyla birlikdə valideynlərinin yanında çox çətinliklər yaşayır. Ona və övladlarına məxsus bütün əşyaları isə cavabdehlə birgə nikah dövründə təmir etdirib yaşadıqları evdə yerləşir. Onun övladları mübahisəli evdə qeydiyyatdadırlar. Hesab edir ki, onun övladlarıyla birlikdə yaşamağa başqa evləri olmadığndan cavabdehin yaşadığı mübahisəli evə köçüb orada yaşamalıdırlar. Onun iddia tələbi isə mübahisəli fərdi yaşayış evinə yaşayış hüquqlarının tanınmasından ibarətdir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, nikah dövründə onlaırn birgə yaşadıqları mənzil ünvan 3 ünvanıdır. Həmin mənzil isə ona deyil, mərhum əmisi X3 məxsus olmaqla, həmçinin mənzilin yerləşdiyi torpaq sahəsi də ona məxsus olmuşdur, yəni onun həmin mənzil və torpaq üzərində hər hansı mülkiyyət hüququ olmamışdır. Bundan başqa, İddiaçı da həmin mənzildə qeydiyyatda olmamışdır. Belə olan halda, yəni iddiaçının iddia ərizəsi təmin edilərək özünün sözügedən mənzilə köçürülməsinin heç bir əsası yoxdur. Bundan başqa, övladlarının gəlib həmin evdə yaşamasına heç bir etirazı olmayacaqdır. İddiaçı birgə nikah dövründə evdən getmiş, belə ki, atasıyla aralarında münaqişə olmuş, sonra uşaqlarını da götürüb evi tərk etmişdir. Daha sonra isə atası ağır xəstəliyə tutulmuş və yataq xəstəsi olmuş və o, dəfələrlə Almaza zəng vurmuş, həmçinin özünün nikahdan əvvəl ailəsi ilə yaşadığı evə getmiş, lakin İddiaçı heç bir halda evə qayıtmamışdır. Atasına xəstə olduğu dövrdə vəfat edənədək 3 ay müddətinə o, özüm tək baxmışdır və atası 31 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Həmin aralıqda da hətta atam xəstə olduğu halda, mütəmadi olaraq uşaqlarının oxuduğu məktəbə gedib dərsdən sonra uşaqları İddiaçı atası evinə aparmışdır. Buradan da aydın olur ki, İddiaçı evi tərk etdikdən sonra bir daha qayıtmamış və qayıtmaq istəməmişdir. Bundan başqa, qeyd edir ki, İddiaçı atasına məxsus Səfaləddin Əsgərov küçəsində bir evi, Çarıxçılar küçəsində isə digər bir evləri vardır. Belə olan halda, İddiaçı aramızda nikah olmadığı halda gəlib onun yaşadığı mənzildə onunl abirgə yaşamasına heç bir ehtiyacı və zərurəti yoxdur. Yəni onun yaşayış yeri və ayrıca işi vardır və maddi imkanı da yaxşıdır. Məhkəmə iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlaka dair məlumatın və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə” məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport X1 və X2 adlarına tərtib edilmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1982-ci il tarixdə aparılan inventarizasiya işləri zamanı “A” literli yaşayış binanın jmumi sahəsi 90.8 kv.m, “B” literli yaşayış binasının ümumi sahəsi 59,2 kv.m-dən barəti müəyyən edilmişdir. Qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmişxx.xx.2007ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evə istifadə hüququnun tanınması və köçürülməsini xahiş etmiş, tələbini Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olduqdan sonra yaranan münasibətlərlə əsaslandırmışdır. Belə olan halda, iddiaçının həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasını müəyyən etmək üçün hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2000-ci il sentyabrın 1-dən sonra 2009-cu il oktyabrın 1-dək yarandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarının 1-ci bəndində əks olunmuş hüquqi mövqeyə əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarının 1-ci bəndində əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Hazırkı iş üzrə iddiaçı övladlarıyla birlikdə mübahisəli evə köçürülməsini tələb etmiş və tələbini həmin ünvana gəlin köçməsi, uşaqlarının orada doğulmasıyla əsaslandırmışdır. Lakin iddiaçı sözügedən yaşayış evinə hüququnun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı belə hüququn yaranması müəyyən olunmamışdır. Belə ki, iddiaçı 2008-ci ilin noyabr ayında mübahisəli evə köçdüyünü bildirmişdir, lakin bu hal(lar)ı təsdiqləyən sübut(lar) təqdim etməmişdir. Bundan başqa, həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydada müqavilə bağladığı və (ya) mənzil qanunvericiliyinə uyğun olaraq, icarədarın ailə üzvləri və (ya) onunla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər sırasından olduğu üçün yaşayış sahəsinə hüququnun yaranması, bundan başqa, hazırkı iş üzrə cavabdehin mübahisəli ünvanın mülkiyyətçisi olması, beləliklə tələbin yönələ biləcəyi şəxs olması müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, əsaslılığı sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-227/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-227/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver