Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2275/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulması, cavabdehdən mənzilinin təmiri üçün 500 manat alınıb ona ödənilməsi və vəkilə ödədiyi 38 manat, iddia qaldırılması üçün ödədiyi 30 manatın cavabdehdən tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, hazırki mübahisəsinə əvvəllər birinci və apellyasiya instansiyası məhkəmələrində baxılsa da mübahisə faktiki olaraq həll olunmamışdır. Cavabdeh məhkəmə qətnaməsi ilə ona vurmuş olduğu 500 manat ziyanı ödəməmiş, bu səbəbdən ona vurulan ziyan aradan qalxmamışdır. Bundan başqa cavabdeh sanitar qovşağını düzgün yerdə quraşdırmamışdır. Onun istəyi budur ki, cavabdeh sanitar qovşağı əvvəlki yerində quraşdırsın. İşə məhkəmələr tərəfindən əvvəllər baxılsa da ekspertiza onun iştirakı olmadan aparılmışdır. Bu səbəbdən o, əvvəlki məhkəmələrin qərarlarından narazıdır. Odur ki, məhkəmədən iddiasına yenidən baxılmasını və iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, hazırki iddia tələbi üzrə mülki işin icraatına xitam olunmalıdır. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 147/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanda kanalizasiya xəttinin, həmçinin həmin mənzilin tualet qovşağının sökülərək əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh tərəfindən təmir edilməsi, və ona vurulmuş 500 manat miqdarında zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddiası” qismən təmin edilmiş, Cavabdeh 500 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmçinin işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(104)-2424/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh apelyasiya şikayətləri təmin olunmamış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 147/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-147/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanda kanalizasiya xəttinin, həmçinin həmin mənzilin tualet qovşağının sökülərək əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh tərəfindən təmir edilməsi, və ona vurulmuş 500 manat miqdarında zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddiası” qismən təmin edilmiş, Cavabdeh 500 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə bir dəfə işə baxılmış və bununla bağlı artıq məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisəyə yenidən baxılması hüquqi müəyyənlik prinsipi baxımından düzgün olmazdı. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-də qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirlməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab oluna bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalmaq bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Rrabx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə görə İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(125)-2275/2024 nömrəli mülki işin icraatına xitam verilməli və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(125)-2275/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2275/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2275/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver