Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2276/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Gəncə Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 3 M-117 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının arasında bağlanmış xx.xx.2018-ci if tarixli saxta kredit müqavilsinə əsasən guya Cavabdeh iddiaçıya 7200 manat məbləğində borca pul vermişdir. Birincisi ilkin olaraq Cavabdehla iddiaçının arasında bağlanmış Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 3M-117 nömrəli kredit müqaviləsi formal olaraq tərtib edilmişdr. Əslində Cavabdeh iddiaçıya bir qəpik də, olsun pul verməyib, əgər belə olsaydı pul depazitə qoyulardı və sonradan bank vasitəsi ilə iddiaçıya çatardı. Belə bir hal olmayıb. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarıxlı, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reystrlərində qeydə alınan əmlaka sərəncam verilməsi habelə pul bağlanılması, beh və borc verilməsi, eləcə də, ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi Notarius ilk növbədə bu təlimatın tələblərinə əməl etməmişdir. Odur ki, Cavabdeh ilə aralarında Gəncə Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 3 M-117 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Göründüyü kimi iddiaçının tələbi kredit müqaviləsinin ləğvi ilə bağlıdır. Bu baxımdan iddiaçı ilk növbədə cavabdehə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün cavabdehə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2276/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2276/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver