Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-229/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların vəkili X7, Cavabdeh Əliyarova (Rzayeva) Günay Rüzgar qızının nümayəndəsi (vəkili) X3 və nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əliyarova (Rzayeva) Günay Rüzgar qızına və 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi) “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əliyarova (Rzayeva) Günay Rüzgar qızına və 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Oqtay qızına münasibətdə ünvan 5, mənzil 12 saylı ünvanda yerləşən mənzilə dair 26 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə və miras əmlak üzərində payının 4/6 hissədə müəyyən edilməsinə, mülkiyyət hüququ barədə reyestr nömrəsi **********54- 05101-093007 olan mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi; İddiaçı2 Rüzgaı oğluna münasibətdə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti (hazırkı Ş.İ.Xətai prospekti) ev 56A, mənzil 12 saylı ünvanda yerləşən mənzidə dair 26 dekabr 2021-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə, miras əmlakdan payının imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə və mülkiyyət hüququna dair reyestr nömrəsi **********54-05101-093007 olan mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti (hazır ki, Ş.İ.Xətai prospekti) ev 56A, mənzil 12 saylı ünvanda yerlışən mənzil ona mərhum əri X11 ilə birlikdə birgə nikah dövründə əldə etmişdir. O, mərhum əri ilə1985ci ilin 09 iyununda birgə nigaha daxil olmuşlar. Qeyd olunan evi onlar birgə nigah dövründə mərhum əri hərbi qulluqçu olarkən birlikdə almışlar. Sonradan həmin evi birgə nigah dövründə olduqları müddətdə təmir etmişlər. Qeyd olunan ev partladıqdan sonra evi öz pulu ilə təmir etdirmişdir. Beləki, baş vermiş hadisədən sonra mərhum həyat yoldaşı vəfat etmişdir. Bu baxımdan hesab edir ki, qeyd olunan mənzil üzərində vərəsəlik qaydasında birgə nikah dövründə əldə edilmiş payı və həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamə zamanı onun payı cavabdehlə birgə ½ hissədə deyil, 4/6 hissədə müəyyən edilməlidir. Bu baxımdan hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməklə həmin evə dair verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. İddiaçı2 cavabdehə qarşı iddia tələbi üzrə bildirir ki, o, İddiaçı1 münasibətdə ünvan 1 ünvanda yerləşən evi mərhum atası X8 məxsus olmuş həmin mənzilə dair vərəsəlik işi açılarkən o, öz payından cavabdehin xeyrinə imtina etməmişdir. O, həmin ərizədə payını anası İddiaçı1 Oqtay qızına bağışlamağı ilə bağlı imtına etmişdir. Həmin müddətdə notariat orqanı isə onun vacib yanılmama əsasında qeyd olunan mənzildən vərəsə olaraq öz payından ümumilikdə imtina barədə ərizə verməyini göstərmişdir, lakin o, öz miras payını anasına bağışlamağını bildirsədə o, varis olaraq hüquqları ilə bağlı aldanmış və həmin ərizə səhv yazılmışdır. Bu baxımdan qeyd olunan ərizənin ləğv edilməsi və miras əmlak üzərində payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi mülki işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil ½ hissədə İddiaçı1, ½ hissədə Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarıxli, 2V-1945 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsələri arvadı İddiaçı1 və qızı Cavabdehdır, onlar miras əmlak olan ünvan 3 ünvanında yerləşən 12 saylı mənzildən bərabər hissədə irs almalıdırlar. İş materiallarında olan 198266 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 453613 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 arasında xx.xx.1985-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətinin MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 12 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X8 xx.xx.2011-ci ildən məxsusdur. İş materiallarında olan xx/xx-1413 nömrəli arayışın surətindən görünür ki, X10 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx/xx-1412 nömrəli arayışın surətindən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 403786 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986-cı ildə Kirovabad şəhərində anadan olmuşdur. Şəhadətnamələrinin ata adı qrafasında X11, ana adı qrafasında İddiaçı1 qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı2 tərəfindən Gəncə Asan xidmət mərkəzinin Notariat kontoruna verilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, atası X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1987-ci ildə Kirovabadda anadan olmuşdur. Şəhadətnamələrinin ata adı qrafasında X11, ana adı qrafasında İddiaçı1 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 479 nömrəli orderi, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli, 1247 nömrəli Forma-2 arayışı və mənzildə qeydiyyatda olan şəxsin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında X6 adına özəlləşdirilərək xx.xx.2011-ci il tarixli, **********54-05101-093007 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-1945 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, ½ hissədə X1 və ½ hissə İddiaçı1 payları göstərilməklə X6 vərsələri tanınmışlar və vərəsələrin adlarına **********54-05101-093007 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. 371.1-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən 12 saylı mənzil xx.xx.1992-ci ildə şəhər icra hakimiyyəti başçısının orderi əsasında X11 və onun ailə üzvlərinə verilmişdir. Daha sonra həmin mənzil ailə üzvlərinin qarşılıqlı razılığı əsasında X6 adına özəlləşdirilmiş və onun həmin mənzil üzərində mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 xx.xx.1985-ci il tarixdə İddiaçı1 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1986-cı ildə İddiaçı2 və xx.xx.1987-ci ildə Əliyarova (Rzayeva) Günay Rüzgar qızı doğulmuşdur. X11 xx.xx.2021-ci il tarixdə ölmüş, onun ölümü elə həmin tarixdə tərəflərə bəlli olmuşdur. İddiaçı2 xx.xx.2021-ci il tarixdə Notariat Ofisinə müraciət edərək, atası X4 miras qalmış bütün əmlakdan imtina etməsinə dair ərizə təqdim etmiş və həmin ərizə qəbul olunmuş, mübahisəli mənzilə İddiaçı1 və Əliyarova (Rzayeva) Günay Rüzgar qızının ½ hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hazırda isə İddiaçı2 ərizənin məzmununu bilmədən imzaladığı üçün həqiqi niyyətinə uyğun olmayan, miras qalmış bütün əmlakdan imtina etməsinə dair ərizənin etibarsız sayılmasını və onun hüquqi nəticələrinin ləğv olunmasını, İddiaçı1 isə birgə nikah dövründə əldə edilməsinə əsaslanaraq mübahisəli mənzilə dair şəhadətnamə və çıxarışın ləğv olunmasını və həmin əmlaka 4/6 hissədə payının müəyyən olunmasını xahiş etmişdir. Beləliklə, miras qoyan xx.xx.2021-ci il tarixdə öldükdən və həmin vaxtdan mirasın açılması həmin anda sağ olan birinci növbə vərəsələrinə bəlli olduğu üçün vərəsəliyə çağırıldıqlarını bildikləri gündən 5 ay 15 gün keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı2 mirasdan imtina etməsinə dair ərizə ilə notariat ofisinə müraciət etmişdir. Belə olan halda, notariat ofisi İddiaçı2 mirasdan imtina etməsinə dair ərizəsini qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən üç ay ərzində mirasdan imtina edə bilər. Həmin müddət keçdikdən sonra mirasdan imtinanın qəbul edilməsi yolverilməzdir. Mirasdan imtina müddəti üzrlü səbəblər olduğu halda, yalnız məhkəmənin qərarı ilə uzadıla bilərdi. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı2 mirasdan imtina etməsinə dair ərizə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə etibarsız sayılmalı, hüquqi nəticə doğurmalı olmayan həmin ərizəyə əsasən miras əmlaka payların müəyyən edildiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin paylara mülkiyyət hüququna dair çıxarış ləğv edilməlidir. Digər tərəfdən, miras qoyan Rüzgar Rzayevin ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 3 nəfər şəxsin olması müəyyən edilir: arvadı İddiaçı1, oğlu İddiaçı2 və qızı Cavabdeh (Rzayeva). Məhkəmə qeyd edilənlərə əsasən həmçinin hesab edir ki, mirasdan imtina edilməsinə dair ərizə etibarsız hesab olunduğundan və hüquqi nəticələri ləğv edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh Əliyarova (Rzayeva) Günay Rüzgar qızının hər birinin X4 miras qalmış ünvan 4 ünvanında yerləşən 12 nömrəli mənzilə 1/3 hissədə payının olması müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 birgə nikah dövründə əldə edilməsinə əsaslanaraq mübahisəli mənzilə 4/6 hissədə payının müəyyən olunmasını xahiş etmişdir. Lakin birgə nikah dövründə əldə edilsə də, həmin mənzil əvəzsiz əldə edildiyindən və arvad İddiaçı1 həmin mənzilin Rüzgar Rzayevin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı2 tərəfindən 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin notariat ofisinə təqdim edilmiş mirasdan imtina haqqında xx.xx.2021-ci il tarixli ərizə etibarsız hesab edilsin. İddiaçı1 və Əliyarova (Rzayeva) Günay Rüzgar qızının adına verilmiş xx.xx.2021-ci il tarixli, 2V-1945 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunsun. Gəncə səhəri, ünvan 6 ünvanında yerləşən 12 saylı mənzilə dair İddiaçı1 və Əliyarova (Rzayeva) Günay Rüzgar qızının adına ½ pay hüququ əsasında qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 12 saylı mənzilə İddiaçı1, İddiaçı2 və Əliyarova (Rzayeva) Günay Rüzgar qızının hər birinin 1/3 hissədə miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-229/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-229/2024
30.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver