Məhkəmə qərarları › İş №2(125)-2299/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2299/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2299/2022 27.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Qulı̇ yeva Reyhan İ̇brahim qızının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qulı̇ yeva Reyhan İ̇brahim qızının cavabdeh Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev Vahı̇ d Əyyub oğluna qarşı cinayət yolu ilə qəsb olunmuş ünvan 1 ünvanının iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qulı̇ yeva Reyhan İ̇brahim qızı cavabdeh Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev Vahı̇ d Əyyub oğluna qarşı cinayət yolu ilə qəsb olunmuş ünvan 1 ünvanının iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçılara aid ünvan 1 ünvanlı evin bir quldur kimi qapısını qıraraq ev əşyalarını, geyim əşyalarını, müxtəlif sənədləri qanunları pozmaqla, onlardan xəbərsiz oğurluq yolu ilə apardığı, evi başqa şəxsə verməklə onları yenidən, yeni bir evsiz-eşiksiz qaçqın vəziyyətə saldığı, qanunları pozmaqla vətəndaşla dövlət arasında münaqişə yaratmağa çalışdığı ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, ünvan 1 ünvanının iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Qulı̇ yeva Reyhan İ̇brahim qızının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev Vahı̇ d Əyyub oğlu və Mənzil İstismar Departamentinin direktor müavini Etiqad Məmmədovun və bu oğurluqda iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, ünvan 1 ünvanının özlərinə qaytarılması, vurulmuş 4720 manat maddi ziyan və 50 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, Kəlbəcər rayonunda qeydiyyatdadır. Ona görə cavabdeh olduğu 2(125)-2299/2022 saylı mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qulı̇ yeva Reyhan İ̇brahim qızının etibarnamə üzrə nümayəndəsi X2 mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı Qulı̇ yeva Reyhan İ̇brahim qızının cavabdeh Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev Vahı̇ d Əyyub oğluna qarşı cinayət yolu ilə qəsb olunmuş ünvan 1 ünvanının iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qulı̇ yeva Reyhan İ̇brahim qızının cavabdeh Gəncə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev Vahı̇ d Əyyub oğluna qarşı cinayət yolu ilə qəsb olunmuş ünvan 1 ünvanının iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar