Məhkəmə qərarları › İş №2(125)-2300/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2300/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2300/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" KB ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli əsas kredit müqaviləsi üzrə Bank tərəfindən borcalana 100000 manat 120 ay müddətinə kredit ayrılmış, xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsi üzrə isə borcalana 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Zamin arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Zamin qismində öz üzərinə məsuliyyəti götürmüşdür. İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək cavabdehdən 8966,93 manat əsas, 4720,96 manat faiz borcu olmaqla, cəmi 13687,89 manat borcun, 0,40 manat xidmət haqqının və 131,07 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə, Cavabdeh nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehlərdən Zamin xx.xx.2022-ci il tarixdə ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(125)-2300/2023 saylı qərardadına əsasən mülki iş üzrə icraata cavabdeh Zamin aid hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə Bank Cavabdeh kredit vermiş, borcalan isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi sübutlar Cavabdeh borcun tutulması hissəsində tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, əsas və faiz borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131.07 manat və , xidmət haqqının əvəzi kimi 40 qəpik pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 8966,93 manat əsas, 4720,96 manat faiz borcu olmaqla, cəmi 13687 (on üç min altı yüz səksən yeddi) manat 89 (səksən doqquz) qəpik pul, xidmət haqqının əvəzi kimi 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 131 (yüz otuz bir) manat 07 (yeddi) qəpik pul tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar