Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-232/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmadəddin qızının katibliyi ilə, «X11» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X11» ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.400 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 manat 12 qəpik, cərimə qismində 25 manat, cəmi 1.646 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh xx.xx.2024-cü ildə öldüyü müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Qeydiyyat Şöbəsindən məhkəməyə daxil olmuş arayışda Cavabdeh vərəslərinin anası Kərimova (Əliyeva) İntizar Baba qızından, qardaşı X1 və bacısı X2 ibarət olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirimiş məhkəmə baxış iclasında Cavabdeh vərəsləri Kərimova (Əliyeva) İntizar Baba qızı, X7 və X8 iş üzrə Cavabdeh hüquqi varisi qismində cəlb edilmişlər. İddia tələbi olunla əsaslandırılmışdır ki, «X11» ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi oferta müqaviləsi əsasında «X11» ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 1.400 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-cü il tarixində ərizə-anket imzalamaqla «X11» ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu yə onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X6 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öz öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında, və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə «X11» ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 1.400 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 221 manat 12 qəpik, cərimə qismində 25 manat, cəmi 1.646 manat 12 qəpik məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «X11» ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda «X11» ASC iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X3 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin hüquqi varisləri X7, X8 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsindən görünür ki, bank borcalana mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 faiz dərəcəsinədək bir neçə dəfə 10.000 manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu oferta borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir. İşdə olan xx.xx.2023-cü il tarixli, LB0003357-1 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsinə əsasən «X11» ASC tərəfindən Cavabdeh 35 ay müddətinə, illik 27,6 faiz dərəcəsi ilə 1.400 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən «X11» ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair X6 şərtlərini qəbul etmişdir. İşdə olan «X11» ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «X11» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 1.400 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 manat 12 qəpik, cərimə qismində 25 manat, cəmi 1.646 manat 12 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, «X11» ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.400 manat, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 158 manat 12 qəpik, cərimə qismində 88 manat, cəmi 1.646 manat 12 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 13-2593/2024 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X4 ailə üzvləri atası X10 (xx.xx.2007-ci il tarixdə vəfat edib), anası Kərimova (Əliyeva) İntizar Baba qızı, qardaşı X7 və bacısı X5r. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, «X11» ASC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. «X11» ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.400 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 manat 12 qəpik, cərimə qismində 25 manat, cəmi 1.646 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin «X11» ASC Cavabdeh ilə xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin predmeti olan borcun məbləği, eləcə də həmin məbləğdə borcun cavabdehə verilməklə kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki işin məhkəmə tədqiqi zamanı işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulmuş qaydada «X11» ASC-nə iddia tələbini təsdiq edən sübutları, yəni xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin predmeti olan borcun məbləği, eləcə də həmin məbləğdə borcun cavabdehə verilməklə kredit müqaviləsi üzrə öz öhdəliklərin icra etməsi barədə sübutları təqdim etmək təklif edilmiş, lakin həmin sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da «X11» ASC hazırki iddia tələbi üzrə sübutları təqdim etmək imkanlarını itirmişdir. Yalnız xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi cavabdeh X4 xx.xx.2022-cü il tarixində ərizə-anket imzalamaqla «X11» ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və ofertanın bütün şərtləri ilə razılığını ifadə etdiyini göstərmişdir. Halbuki, nə xx.xx.2022-cü il tarixli ərizə-anketdə və xx.xx.2021-ci il tarixli ümumi ofertada kreditin məbləği göstərilməmiş, nə də xx.xx.2022-ci il tarixli ərizə-anketdə pul vəsaitinin və kartın qəbul edilməsinə dair hər hansı müddəa təsbit olunmamışdır. Əksinə xx.xx.2021-ci il tarixli ümumi ofertanın 3.1.9-cu bəndində göstərilmişdir ki, kart və digər müvafiq sənədləri olan qapalı zərf Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidməti ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir və ya sifariş etməklə olduğu yerdə əldə edilə bilər. Göründüyü kimi hətta iddiaçının özünün də istinad etdiyi xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertada bank kartının imza edilməklə müştəri tərəfindən şəxsən qəbul edilməli olduğu göstərilmiş və bununla da bank kartının verilməsinin sübutetmə qaydası tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023 nömrəli qərarında ifadə olunmuş mövqeni nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, «X11» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (hüquqi varisləri Kərimova (Əliyeva) İntizar Baba qızı, X7 və X8) qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X11» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (hüquqi varisləri Kərimova (Əliyeva) İntizar Baba qızı, X7 və X8) qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-232/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-232/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver