Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2358/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Kreditor "xxxx" X4 Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 1900 ABŞ dolları əsas, 57,59 ABŞ dolları faiz, 3,70 ABŞ dolları cərimə olmaqla, cəmi 1961,29 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-2860/2015 nömrəli məhkəmə əmrinə əsasən borclu Cavabdeh 1900 ABŞ dolları əsas, 57,59 ABŞ dolları faiz, 3,70 ABŞ dolları cərimə olmaqla, cəmi 1961,29 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin kreditor "xxxx" X4 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi əmr edilmişdir. Məhkəmə əmrindən narazı qalan borclu Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-2860/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, mülki işin iddia icraatına keçirilməklə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(043)-2860/2015 nömrəli qərardadına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-2860/2015 nömrəli məhkəmə əmri ləğv edilərək, mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Bundan başqa iddiaçı "xxxx" KB ASC əsl İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 1900 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə və bu müqaviləyə əsasən kreditor qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2015-ci il tarixinə kredit müqaviləsi üzrə «Unibank KB ASC-yə 1900 ABŞ dolları əsas, 57,59 ABŞ dolları faiz, 3,70 ABŞ dolları cərimə, cəmi 1961,29 ABŞ dollarə boru yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilmasi baradə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, məhkəmə əmri verildikdən sonra Prezidentin fərmanına əsasən ümumi borcdan müəyyən qədər silinmiş, cavabdehin 960,81 ABŞ dolları borcu qalmışdır. Bundan əlavə borclu tərəfindən iki dəfə 183,53 manat məbləğində, cəmi 367,06 manat ödənişlər də edilmişdir. Hazırda müqavilə üzrə ödənilməmiş əsas borcun məbləği 744,89 ABŞ dolları təşkil edir. İddianın qismən 744,89 ABŞ dolları məbləğində təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, anası xəstədir, borcun birdəfəlik ödənilməsi üçün maddi imkanları yoxdur. Borcu hissə-hissə ödəyə biləcəklərini və güzəşt olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli, 1319nkGNDJ/15 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə 24 ay müddətinə, xx.xx.2017-ci il tarixinədək, illik 28% ödəmək şərtilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 920,32 ABŞ dolları məbləğində vəsaiti "xxxx" ASC-dən qəbul etmişdir. Tələbkar "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə yeni tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli müqavilənin surətindən görünür ki, tələbkar borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 1319nkGNDJ/15 saylı kredit müqaviləsi üzrə 744,89 ABŞ dolları kredit borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" KB ASC tərəfindən cavabdehə 24 ay müddətinə, xx.xx.2017-ci il tarixinədək, illik 28% ödəmək şərtilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli müqaviləyə əsasən tələb hüququ "xxxx" KB ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 744,89 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq borcu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1319nkGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 744,89 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1319nkGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 744,89 (yeddi yüz qırx dörd ABŞ dolları 89 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2358/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2358/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver