Məhkəmə qərarları › İş №2(125)-2359/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2359/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2359/2025 24.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının, Vardenis rayonunda doğulmasının qeyd edilməsi, doğum akt qeydində anasının X13, atasının isə X10 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 bildirdi ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin mərhum atası X15 xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və xx.xx.2004-cü il tarixdə ölmüşdür. Ərizəçi mərhum atasının xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olması ilə bağlı şəxsiyyət vəsiqəsi mövcud olsa da, sonuncuya aid doğum haqqında şəhadətnamə Ermənistan Respublikasından deportasiya olunarkən orada qalmışdır. Hazırda sənədləşmə işləri ilə əlaqədar ondan atasının doğum haqqında şəhadətnaməsi tələb edilir. Bununla əlaqədar Ə.M.X16 Şöbəsinə müraciət etmişdir. Lakin Ə.M.İsmatılovun atasının doğum haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmədən kənar qaydada qeyd olunan sənəd alması mümkün deyildir. Sonda ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 ərizəçinin xahişinin təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 ərizəçinin xahişinin təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 575193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş Ərizəçi atası X15, anası isə X11r. İşdə olan İ-ЗЖ seriyalı 160859 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X13 arasında olan nikah xx.xx.1979-cu il tarixdə 9 akt nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan PT-İ seriyalı 107231 nömrəli diplomun surətindən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə X5 «avtomobillərin və traktorların elektrik avadanlıqları» ixtisasını bitirmişdir. İşdə olan İ-МР seriyalı 643363 nömrəli ölüm haqqında şəhadətnamənin tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının, Vardenis rayonunda anadan olmuş X15 xx.xx.1968-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 360070 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı, 071571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İİ-СЛ seriyalı, 142644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuş X14 atası X10, anası isə X7r. İşdə olan İ-ЗЖ seriyalı, 372987 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X2 atası X10, anası isə X7r. İş materiallarında olan İ-ЗЖ seriyalı, 006898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş X3 atası X10, anası isə X7r. İşdə olan İ-ЗЖ seriyalı, 235045 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə anadan olmuş X8 atası X10, anası isə X7r. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 5209 nömrəli arayışın surətindən görünür ki, Xanlar rayonu, Səbuhi Hacıyev küçəsi, ev 82 ünvanında yerləşən evdə 1929cu il təvəllüdlü İsmayılov İdris, 1924-cü il təvəllüdlü İsmayılova Ziba, 1966-cı il təvəllüdlü İsmayılov Meydan,1968-ci il təvəllüdlü İsmayılov Mərdan və 1972-ci il təvəllüdlü İsayılova Könül pasport qeydiyyatındadırlar. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-13 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. X6 Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinizə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də X6 xx.xx.1968-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəmə orqanına müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X15 xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və onun doğumu qeydə alınmış, M.İ.İsmayılovun doğum akt qeydlərində ana adı qrafasında X13, ata adı qrafasında X10 qeyd olunmuşdur. Lakin hazırda X12 məxsus doğum haqqında şəhadətnamə itmişdir və doğum akt qeydi Ermənistan Respublikasının Vardenis rayonunda aparıldığından onun bərpası mümkün deyildir. Hazırda ərizəçi atasının doğum haqqında şəhadətnaməsini əldə edə bilmir, Gəncə şəhər Qeydiyyat X1 doğum akt qeydi mövcud deyildir və onun bərpası mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, X6 xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmasının Ermənistan Respublikası Vardenis rayon qeydiyyat şöbəsində qeydə alınması və doğum akt qeydlərinin ana adı qrafasında X4, ata adı qrafasında X17 adının qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. X6 xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmasının Ermənistan Respublikası Vardenis rayon qeydiyyat şöbəsində qeydə alınması və doğum akt qeydlərinin ana adı qrafasında X4, ata adı qrafasında X17 adının qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar