Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-237/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 8.632 manat məbləğində pul vəsaitinin, çəkilmiş xərcin əvəzi qismində 482 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 113 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 1 ədəd 390 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı qızıl üzüyün, 1 ədəd 845 manat dəyərində 583 əyyarlı qızıl qolbağın və yaxud onların dəyəri olan 1.235 manat məbləğində pul vəsaitinin, 4.175 ABŞ dolları məbləğində pul vəsaitinin, 300 manat məbləğində pul vəsaitinin, çəkilmiş xərcin əvəzi qismində 482 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 113 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 onun bacıları olsa da aralarındakı münasibətlər yaxşı deyildir. Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin may ayından dekabr ayınadək digər bacısı X1 yaşadığı ünvan 1 ünvanında olan iddiaçıya məxsus 1 ədəd 390 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı qızıl üzüyü, 1 ədəd 845 manat dəyərində 583 əyyarlı qızıl qolbağı, 4.175 ABŞ dolları məbləğində pul vəsaitini, 300 manat məbləğində pul vəsaitini və xeyli sayda ev və məişət əşyasını oğurlamışdırlar və ona ümumilikdə 14.845 manat 80 qəpik məbləğində maddi ziyan vurmuşdurlar. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş, ibtidai istintaq nəticəsində toplanmış cinayət işi məhkəməyə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmünə əsasən Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən İddiaçı məxsus ev və məişət əşyaları maddi sübut olaraq tanınmış, həmin əşyaların Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi hökm edilmişdir. Lakin 1 ədəd 390 manat dəyərində 6 qram çəkidə olan 583 əyyarlı qızıl üzük, 1 ədəd 845 manat dəyərində 583 əyyarlı qızıl qolbaq, 4.175 ABŞ dolları məbləğində pul vəsaiti və 300 manat məbləğində pul vəsaiti cavabdehlərdə qalmış və bununla bağlı mülki iddia qaldırılmamışdır. Odur ki, hal-hazırda məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmünü qanuni hesab etmədiyindən apellyasiya şikayəti versə də həmin hökm dəyişdirilmədən saxlanmışdır. Buna görə də həmin hökmlə bağlı kassasiya şikayəti vermişdir. Belə ki, o, iddianı qəbul etmir, İddiaçı aid hər hansı əşyanı götürməmişdir. İş üzrə icraatın kassasiya şikayətinin nəticəsi yekunlaşanadək dayandırılması mümkün olmadığı halda iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-yə saxlanca verilmiş Cavabdeh1 və Cavabdeh2 məxsus evlərdən götürülmüş cinayətin predmeti olan 1 ədəd 36 ölçüdə rezin çəkələk, 1 ədəd 37 ölçüdə rezin çəkələk, 1 ədəd dəmir soba altığı, 1 ədəd 3 litr ölçüdə şirəli qazan, 2 ədəd dəmir torlu dəmir çarpayı, 1 ədəd kustar üsulla hazırlanmış 1x1.20 m taxta stol,1 ədəd əl-üz yuyulan dəmir altlığı ilə, 4 ədəd göy rəngli şüşə vaza, 1 ədəd 1.30x1.80 m ölçüdə sarı rəngli stol örtüyü, 1 ədəd göy rəngli çadır, 1 cüt çəhrayı rəngli çəkələk, 1 cüt boz rəngli çəkələk, 1 cüt sport markalı 43 ölçüdə idman ayaqqabı, 2 ədəd şəffaf rəngli şüşə güldan, içərisində 6 ədəd olmaqla 1 dəst şüşə nəlbəki, içərisində 5 ədəd olmaqla 1 dəst şüşə mürəbbə qabı, 1 ədəd üzərində qaşlar olan gümüş üzük, 1 ədəd «Botoass» markalı 36 ölçüdə qara rəngli qadın cins şalvarı, 1 ədəd «Mavi blue» markalı 38 ölçüdə qara rəngli qadın cins şalvarı, 1 ədəd «Pengi Yi» maraklı 36 ölçüdə qara rəngli qadın cins şalvarı, 1 ədəd «Serfiraz» markalı 54 ölçüdə qara rəngli parça qadın yubkası, 1 dəst şalvar və gödəkcədən ibrarət «NCF» markalı oğlan uşağı üçün paltar, 1 ədəd «Selimbebe tekstil» markalı ağ rəngli uşaq üçün idman şalvarı, 1 ədəd kapron quş suveniri, 1 ədəd qırmızı rəngli termos, 1 ədəd «Dona Betti» markalı 38 ölçüdə bənövşəyi, qara və ağ rənglərdən ibarət qısaqol don, 1 ədəd «Yessica» markalı qara rəngli qolsuz parça don, 1 ədəd «Dise» markalı qara rəngli parça yubka, 1 ədəd «Burrasca» markalı sarı rəngli qolsuz qadın köynəyi, 1 ədəd 1.50x1.50 m ölçüdə ağ rəngli stol örtüyü, 1 cüt yaşıl rəngli «Migflei» markalı 36-37 ölçüdə qadın çəkələyi, 1 cüt «Gezer» markalı qəhvəyi rəngli 37 ölçüdə qadın çəkələyi, 1 cüt «Fiora» markalı göy rəngli 35 ölçüdə qadın çəkələyi, 1 ədəd 2.50x2.40 m ölçüdə tül pərdə, 1 ədəd 2.40x2.40 m ölçüdə tül pərdə, 1 ədəd 2.30x2.30 m ölçüdə tül pərdə, 1 bağlama pərdə şpilkası dəsti, 1 ədəd «Sport» markalı ağ rəngli XL ölçüdə qısaqol kişi köynəyi, 1 ədəd «Yılgöm» markalı 38/40 ölçüdə yaşıl ağ və bənövşəyi rənglərdən ibarət zolaqlı qadın köynəyi, 1 ədəd «Dupont» markalı 30 ml ölçüdə qadın ətri, 1 cüt «SHİ ZHİ BAO» markalı isti qış çəkələyi, 1 cüt 38 ölçüdə dikdaban qadın çəkməsi, 1 ədəd qarmon qutusu, 35 ədəd A5 ölçüdə 100 vərəqli dəftər, 5 ədəd A5 ölçüdə 40 vərəqli dəftər, 1 ədəd kiçik ölçülü blaknot, 4 ədəd A4 ölçüdə 100 vərəqli dəftər, 8 ədəd rəsm dəftəri, 10 ədəd kitab üzlüyü, 1 dəst 12 rəngdən ibarət plamastr, 1 ədəd yun yorğan, 1 ədəd elektiklə işləyən fənər, 2 ədəd rozetka, 1 ədəd şirəli ləyən, 1 ədəd dairəvi formalı iran sobası üçün farsunka, 1 ədəd düzbucaqlı formalı iran sobası üçün farsunka, 1 ədəd Y.A.S markalı su krantı, 1 top elektrik naqili, 1 ədəd boz rəngli xalat, 2 ədəd qara və 2 ədəd sarı rəngli ayaqlı qadın alt paltarı, 1 ədəd qara rəngli «Sedir» markalı qollu yun köynək, 2 ədəd ağ pərdə, 1 ədəd «Boxergins» markalı göy rəngli 40 ölçüdə kişi köynəyi, 1 cüt sarı rəngli «Adidas» markalı sarı rəngli çəkələk, 1 cüt qara rəngli «Uçar» markalı qara rəngli suni dəri üzlüklü çəkələk, 2 ədəd «Merzurka» markalı sarı rəngli əl dəsmalı, 2 ədəd yaşıl və 2 ədəd çəhrayı rəngli olmaqla 4 ədəd hamam dəsmalı, 1 dəst şalvar, jilet və gödəkcədən ibarət «Hongbama» markalı idman paltarı, 1 ədəd «Enginess» markalı 44 ölçüdə kişi köynəyi, 1 ədəd 6.20x1.20 ölçüdə pərdə, 1 dəst paltar şpilkası, 1 top ip, 1 dəst «veve home textil» markalı yataq dəsti, 1 ədəd 5 litrlik alüminium qazan, 1 ədəd 5 litrlik kapron su bidonu, 1 ədəd piltəli qaz sobası, 6x6x6x6 olmaqla şüşə nəlbəki və boşqablar dəsti, 1 ədəd 3-cü sinif üçün 2009-cu il istehsalı İngilis dili iş dəftəri, 2 ədəd kitab üzlüyü, 1 ədəd 2009-cu il istehsalı «Azərbaycan Kulinariyası» adlı kitab, 1 ədəd 2013-cü il istehsalı «Desertlar» adlı kitab, 1 ədəd 2013-cü il istehsalı «Xörəklər» adlı kitab, 1 ədəd 2012-ci il istehsalı «Salatlar» adlı kitabı, 1 ədəd 2010-cu il istehsalı «Azərbaycan mətbəxi» adlı kitab, 1 ədəd su qızdırıcısı, 1 ədəd üzərində «Röya» yazısı olan şüşə fincan, 1 dəst «Osetiya» markalı 6 ədəd kiçik ölçülü içki qədəhləri, 1 ədəd dairəvi formalı dəmir sini, 1 ədəd LG markalı «OR- 692K» modelli DVD pleyer, 1 ədəd «Crovn Japan» markalı elektrikli sərinkeş, 1 ədəd stol və 6 ədəd stuldan ibarət taxta stol-stul dəsti, 1 ədəd TopSonic «TS-9866CEQDL» modelli maqintofon, 1 ədəd xalça, 1 yataq örtüyü və 2 ədəd balınc üzündən ibarət «Oulabitex» markalı yataq dəsti, 2 dəst «MKS» markalı narıncı rəngli körpə uşaq donu, 1 ədəd «DZYN» markalı göy rəngli 40 ölçüdə uzunqol don, 1 ədəd «Chang Xin» markalı sarı qara və boz rənglərdən ibarət qolsuz don, 1 ədəd boğzalı qolu uzun yun göynək, 1 ədəd qara rəngli üzərində düymələr olan enli yubka, 1 ədəd 44 ölçüdə arxasında 4 ədəd cib olan qara rənglu yubka, 1 ədəd «Modiano» markalı qara rəngli qısaqol köynək, 1 ədəd qəhvəyi rəngli qısaqol köynək, 1 ədəd «Dirol» markalı saqqız, 17 ədəd qələm, 2 qutu xırda kitab mismarı, 1 qutu skripka, 12 ədəd dəmir qələm qədləyən, 3 ədəd xırda yapışqanlı lent, 1 qutu işarə sancağı, 3 ədəd xırda blaknot, 1 ədəd yapışqan tapançası, 1 ədəd ağardıcı, 1 ədəd «Maped» markalı stepler, 1 ədəd süni dəri üzlüklü qəhvəyi rəngli qulplu çanta, 19 ədəd «Red Blue king size» markalı göy rəngli sellofan torba, 1 ədəd 40 litrlik alüminium su bidonu, 1 ədəd 2012-ci il istehsalı «Rusca-Azərbaycanca lüğəti» adlı kitab, 1 ədəd «Azərbaycanca Rusca İngiliscə danışıq» adlı kitab, 1 ədəd «Meiling» markalı göy, ağ rənglərdən ibarət qısaqol köynək, 1 ədəd «TL love» markalı 28 ölçüdə qara rəngli qadın şalvarı, 1 ədəd «Camille» markalı 25 ölçüdə qara rəngli şalvar, 1 ədəd «Here There» markalı qolsuz don, 1 ədəd «Zicaizimeilu» markalı qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli S ölçüdə yubka, 1 ədəd göy və qara rəngli don, 9 cüt qalın kişi corabı, 11 cüt qalın qadın corabı, 18 ədəd qadın alt paltarı, 2 ədəd kişi alt paltarı, 4 ədəd qadın maykası, 2 ədəd büstqalter, 6 ədəd kustar üsulla hazırlanmış xırda ölçülü örtük, 3 ədəd kisə, 1 ədəd önlük, 3 ədəd tutğac, 5 ədəd kustar üsulla hazırlanmış qatıq torbası, 1 ədəd 36 ölçüdə «Diese» markalı yubka, 1 ədəd sarı, qırmızı, qara rəngli qolsuz don, 1 ədəd 38 ölçüdə «Dise» markalı yubka, 1 ədəd «Bodyform» markalı don, 1 ədəd qara üzərində ağ zolaqlı yubka, 1 ədəd «Theme» markalı qısaqol boğazlı yun köynək, 1 ədəd qara rəngli uzunqol köynək, 2 ədəd ağ rəngli yorğan üzü, 3 ədəd üzərində gül olan 2.30x2.30 m ölçüdə tül pərdə, 1 ədəd üzərində gül olan 2.20x2.20 m ölçüdə tül pərdə, 1 ədəd ağ-qara rəngli yubka, 1 ədəd «Fransa» markalı qolsuz torlu köynək, 1 ədəd «Sports» markalı qara rəngli jilet, 1 ədəd yaşıl rəngli üzərində ağ qara nöqtələr olan yubka, 1 ədəd süni dəri üzlüklü «Liangyfang» markalı qadın gödəkcəsi, 1 ədəd «Lakers» markalı qış yun papağı, 1 ədəd «Kaleqikuye» markalı uşaq şalvarı, 1 ədəd «58» markalı cins uşaq şalvar, 1 ədəd şalvar və gödəkcədən ibarət «River club» markalı cins uşaq dəsti, 1 ədəd «NCF» markalı uşaq idman gödəkcəsi, 2 ədəd yun döşək, 2 ədəd yun yorğan, 4 ədəd yun balınc, 2 ədəd 3 mərtəbli şirniyyat qabı, 1 ədəd düzbucaqlı formalı dəmir sini, 1 ədəd orta ölçülü alüminium ləyən, 1 ədəd iri ölçülü alüminium ləyən, 2 ədəd içərisi ağ üzü açıq mavi rəngli şirəli dəmir kasa, 18 ədəd çəngəl, 6 ədəd çay qaşıq, 1 ədəd 10 litrlik alüminium bidon, 1 ədəd kustar üsulla hazırlanmış kabelli alüminium anten, 3 ədəd 10 litrlik dəmir vedrə, 3 ədəd 5 litrlik kapron vedrə, 1 ədəd kapron uşaq karşoku, 5 ədəd süpürgə, 2 ədəd qapı kilidi, 1 top rezin qaz borusu, 4 ədəd şüşə su qrafini, 1 ədəd batareya ilə işləyən əl fənəri, 1 top 50 metr ölçüdə sərgi ipi, 2 ədəd kəlbətin, 1 ədəd naqil kəsən kəlbətin, 2 ədəd qaz açarı, 3 ədəd içiçə olan şirəli qazan dəsti, 1 ədəd xırda ölçülü sapılcan, 1 ədəd saplı şirəli aşsüzən, 2 ədəd alüminium qazan, 1 ədəd qəhvəyi rəngli döşək üzüyü, 1 ədəd namaz xalçası, 2 ədəd göy rəngli üzərində ağ güllər olan adyal və ünvan 2 ünvanında saxlanılan 1 ədəd kustar üsulla hazırlanmış 1x1.20 m taxta stol sahibi - zərərçəkmiş şəxs İddiaçı qaytarılmışdır. Həmin hökümdən görünür ki, Cavabdeh1 bacısı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində, günü istintaqa dəqiq məlum olmayan vaxtlarda bacısı X1 yaşadığı ünvan 3 ünvanının həyətinə və 1-ci mərtəbəsindəki otağının qapısının qıfılına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq oradan vahid niyyətlə bacısı İddiaçı məxsus 7.097 manat 50 qəpik ekvivalentində 4.175 ABŞ dollarını, 300 manatı, 1 ədəd 583 əyarlı 6 qram çəkidə 390 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 845 manat dəyərində qızıl qolbağı və.s əşyaları gizli olaraq talayaraq oğurluq etmiş, həmin əşyalar iş üzrə zərərçəkmiş İddiaçı qaytarılmamışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-487/2024 nömrəli qərarının surətindən görünür ki,Cavabdeh1, Cavabdeh2 və onların müdafiəçisi X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir.Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmü Cavabdeh1, Cavabdeh2 və onların müdafiəçisi X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(104) -487/2024 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmü Cavabdeh1, Cavabdeh2 və onların müdafiəçisi X2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır və qərar qanuni qüvvəsini almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 15024 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 482 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.3-cü maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2021-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində, günü istintaqa dəqiq məlum olmayan vaxtlarda bacısı X1 yaşadığı ünvan 3 ünvanının həyətinə və 1-ci mərtəbəsindəki otağının qapısının qıfılına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq oradan vahid niyyətlə bacısı İddiaçı məxsus 7.097 manat 50 qəpik ekvivalentində 4.175 ABŞ dolları məbləğində pul vəsaitini, 300 manat məbləğində pul vəsaitini, 1 ədəd 583 əyarlı 6 qram çəkidə 390 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 845 manat dəyərində qızıl qolbağı və.s əşyaları gizli olaraq talayaraq oğurluq etmişlər. Qeyd olunan xüsusat Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(125)-28/2024 nömrəli hökmü ilə öz təsdiqini tapdığına görə İddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 1 ədəd 390 manat dəyərində 6 qram çəkidə olan 583 əyyarlı qızıl üzük, 1 ədəd 845 manat dəyərində 583 əyyarlı qızıl qolbaq və həmin əşyalar olmadıqda onların dəyəri, 4.175 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində, 300 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 113 manat və vəkilə etdiyi kömək üçün ödənilmiş xərcin əvəzi qismində 482 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1 ədəd 390 (üç yüz doxsan) manat dəyərində 6 qram çəkidə 583 əyyarlı qızıl üzük, 1 ədəd 845 (səkkiz yüz qırx beş) manat dəyərində 583 əyyarlı qızıl qolbaq, həmin əşyalar olmadıqda onların dəyəri, 4.175 (dörd min bir yüz yetmiş beş) ABŞ dolları ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə və 300 (üç yüz) manat məbləğində pul vəsaiti, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 113 (bir yüz on üç) manat və vəkilə etdiyi kömək üçün ödənilmiş xərcin əvəzi qismində 482 (dörd yüz səksən iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-237/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-237/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver