Məhkəmə qərarları › İş №2(125)-2373/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2373/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2373/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat dörd qəpik) manat olmaqla, ümumilikdə 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat məbləğində tam kredit borcu və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 004-Fİ/16 saylı qrup kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ev təmiri məqsədi ilə 18 ay müddətinə illik 27,6 faiz ödəmək şərti ilə 2000 (iki min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 19 iyun 2019-cu il tarixli, 060 nömrəli Restrukturizasiya müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 19 iyun 2019-cu il tarixinə olan 1206,74 (bir min iki yüz altı manat yetmiş dörd qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi ilə 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə, əsasən, Restrukturizasiya müqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli ürə icra olunmadıqda, “Kreditor” bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Halhazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat dörd qəpik) manat olmaqla, ümumilikdə 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən 18 (on səkkiz) ay müddətinə, bank borcluya illik 27,6 faiz olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 019/Fİ/22 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 060 nömrəli Restrukturizasiya Kredit müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat dörd qəpik) manat olmaqla, ümumilikdə 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat kredit borcu vardır. 12 yanvar 2021-ci il tarixli, 004/Fİ/21 nömrəli, 05 aprel 2022-ci il tarixli, 004/Fİ/22 nömrəli və 17 may 2022-ci il tarixli 012/Fİ/22 nömrəli iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə müqavilənin şərtinə uyğun olaraq əsas və faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat əsas, 35,04 (otuz beş manat dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat pul iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat əsas, 35,04 (otuz beş manat dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat pul və məhkəmə xərci qismində 33 (otuz üç) manat dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar