Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2373/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1600 manat və Cavabdeh1 800 manat pulun, habelə ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 cavabdeh qismindən çıxarılmasını və iddiaya Cavabdeh2 aid hissədə baxılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin təmirə ehtiyacı olduğu üçün həmin mənzili təmir etdirmək qərarına gəlmiş və təmir ustası kimi fəaliyyət göstərən hazırki iş üzrə cavabdeh olan Tacəddin adlı şəxsi tanışı Gülçin məsləhət gördüyü üçün onu xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana dəvət edərək onunla evin əsaslı təmiri barədə söhbət etmişdirlər. Həmin vaxt hazırki iş üzrə Cavabdeh2 evin təmiri üçün 3500 manat pul verməli olacağını bildirmişdir. Bundan sonra o, cavabdehlə yemək pulu ilə birlikdə həmin məbləği verəcəyi barədə razılığa gəlmişdir. Sonradan Cavabdeh2 işə başlayandan sonra ona gündəlik yeməkdə verməsini tələb etmiş, o da məcbur olub ona gündəlik yemək hazırlamışdır. 12 sentyabr 2023-cü il tarixdə cavabdeh işə başladıqdan bir müddət sonra o, yaşadığı evdə Cavabdeh2 2400 manat pul və 150 manat dəyərində olan iran sobası vermişdir. Lakin cavabdeh bununla razılaşmayaraq ona bildirmişdir ki, “seyf qapını da mənə verməlisən.” Sonradan ona məlum olmuşdur ki, o, evdə olmadığı müddətdən Cavabdeh2 sui-istifadə edərək evdə olan bəzi əşyaları və evin təmiri üçün alınmış materialları özü aparmışdır, hələ bu azmış kimi 17 noyabr 2023-cü il tarixdən işini dayandırıraq işləməyəcəyini bildirmişdir. O da məcbur olub başqa usta çağırmış, həmin ustaya 1040 manat verib onun yarımçıq qalan işlərini yekunlaşdırmışdır. Odur ki, hazırda Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1600 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, evin təmirini 2400 manata razılaşmışdırlar, cavabdeh iki həftə işləmiş sonra təmiri yarımçıq qoyduğu üçün qalan işin görülməsi üçün Ramid adlı başqa ustaya 1040 manat ödəmişdir. Bundan başqa cavabdeh onun 150 manatlıq sobasını aparmışdır. Hazırda yarımçıq qalmış təmir işlərinə görə başqa ustaya ödədiyi 1040 manat pulu, 150 manat sobanın dəyərini və fəhləlik etdiyi üçün əlavə fəhləlik pulunu da tələb edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş:- İddiaçı müraciəti əsasında Gəncə şəhər BPİ 3-cü polis bölməsində araşdırılmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, 2023-cü ilin sentybr ayının əvvəllərində tanışı Gülçinin vasitəsilə tanış olduğu Sevdanın yaşadığı ünvan 1-ə gedərək Sevda ilə evinin əsaslı təmiri barədə söhbət etdiklərini, evin ümumi təmiri üçün 3500 manat pul verməli olacağını, Sevda isə işini yekunlaşdırdıqdan sonra 3400 manat pul və 1 ədəd dəmir qapı verəcəyi barədə razılaşdıqlarını göstərmişdir. Sevda isə bir neçə gün ərzində hissə-hissə ona ümumilikdə 2550 manat pul verib, yerdə qalan pulu işini yekunlaşdırdıqdan sonra verəcəyini demişdir. Daha sonra aralarında mübahisə yarandığından Sevda əsəbləşərək onu evdən qovmuş, əslində o Sevdanın evində işini yarımçıq qoymamışdır. Sevdanın hal-hazırda ona 1050 manat borcu vardır. Pulunu istədiyi üçün də Sevda ona şər atmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024cü il tarixli məlumatdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 45B ünvanında yerləşən 35 saylı mənzildə əlavə təmir işləri aparıldığından, ilkin vəziyyət saxlanılmadığından baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin «sübutların qiymətləndirilməsi»ndən bəhs edən 88-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə iddiaçının izahatını, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia etmişdir ki, cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh ona məxsus evi təmir etməyi bunun müqabilində isə cavabdehə onun tərəfindən 2400 manat ödənilməsini razılaşmışdırlar. Cavabdeh ondan 2400 manat və 150 manat dəyərində İran sobasını almış lakin təmiri tam başa çatdırmadığı üçün yarımçıq qalmış təmir işlərini başa çatdırılması üçün əlavə 1040 manat başqa ustaya pul ödəmişdir. İddiaçının müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində iddiaçının yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 45B, 35 nömrəli mənzilin ümumi təmiri üçün 3500 manat pulun ödənilməsi, işi yekunlaşdırdıqdan sonra Sevda tərəfindən 3400 manat pul və 1 ədəd dəmir qapı verəcəyi barədə razılaşdıqlarını, Sevdanın isə bir neçə gün ərzində hissə-hissə ona ümumilikdə 2550 manat pul verib, yerdə qalan pulu işini yekunlaşdırdıqdan sonra verəcəyini göstərmişdir. Aralarında mübahisə yarandığından Sevdanın əsəbiləşərək onu evdən qovduğunu və ona şər atmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında 3500 manat müqabilində evin təmiri barədə razılaşma olmuş, sonradan aralarında olan narazılıqlara görə razılaşmaları pozulmuş, cavabdeh tərəfindən təmir işləri başa çatdırılmamışdır. Cavabdeh tərəfindən görülmüş təmir işlərinə görə iddiaçı cavabdehə 2400 manat pul və 150 manat dəyərində bir ədəd soba vermişdir. İddiaçı təmir işlərini 2400 manat razılaşdıqlarını və başa çatdırılmamış təmir işlərinə görə 1040 manat ödədiyini göstərsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı özü də iddia ərizəsində evin təmiri üçün 3500 manat pula razılaşdıqlarını və ondan 2400 manat və bir ədəd 150 manat dəyərində sobanı cavabdehə verdiyini qeyd etmişdir. Bununla yanaşı iddiaçının şikayəti üzrə Gəncə şəhər BPİ-in 3-cü polis bölməsində Cavabdeh2 da izahatında iddiaçıya məxsus evin təmir işlərinə görə 3500 manata razılaşdıqlarını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi, iddiaçı öz iddiasının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 44 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 44 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2373/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2373/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver