Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2390/2024 04.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əmlakın dəyəri olan cəmi 19765 (on doqquz min yeddi yüz altmış beş) manat pulun alınıb ona qaytarılması, vəkilə xidmətə görə ödədiyi 79 (yetmiş doqquz) manat pulun, əmlakın qiymətləndirilməsinə görə ödədiyi 60 (altmış) manat pulun və 151 (bir yüz əlli bir) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Göstərilən daşınmaz əmlakın bir hissəsini Cavabdeh 1 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə icarəyə vermişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq davamlı olaraq 4 ay icarə haqqını ödəmədiyinə görə Gəncə Şəhər Məhkəməsində “pul” tələbi, müqavilənin ləğvi edilməsi və daşınmaz əmlakdan çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022-ci tarixli qiyabi qətnaməsi və xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ondan 4200 manat icarə pulu tutularaq ona verilməsi və cavabdehin mülkiyyətindən çıxarılması qət edilmişdir. Cavabdeh icarə müqaviləsi əsasında götürdüyü qeyri-yaşayış sahəsindən kafe kimi istifadə edirdi. Cavabdeh mülkiyyətindən çıxanda orada olan bütün mebel və elektrik əşyalarını, qab-qacaqları özü ilə aparmışdır. O, mülkiyyətində olan əşyaların cavabdeh tərəfindən oğurlanması ilə bağlı DİN-nin “102” xidmət mərkəzinə zəng edib məlumat vermişdir. Gəncə şəhər BPİ-də araşdırma aparılaraq “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 29 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.2-ci maddəsinə əsasən mübahisələrin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda mübahisə məhkəmədə həll oluna bilər. Tərəflər arasında yaranan mübahisə mülki mübahisədir ona görə də İddiaçı məxsus əmlakın Cavabdeh tərəfindən oğurlanması aldatma yolu ilə ələ keçirilməsi və ya mənimsənilməsi faktı öz təsdiqini tapmamışdır. Yaranmış mülki mübahisənin həll edilməsi məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsindən çıxarkən 19765 manat dəyərində əmlakını aparmışdır. Əmlakın siyahısı və dəyəri barədə mütəxəssis rəyini də ərizəsinə əlavə edir. Göstərdiklərini məhkəməyə gətirəcəyi şahidləri də təsdiq edə bilərlər. Cavabdeh ona məxsus əmlakını aparmaqla yanaşı qeyri-yaşayış sahəsinin döşəməsindəki kafelləri divarları dağıtmışdır. Cavabdeh qeyri-yaşayış sahəsindən çıxarkən qanunsuz olaraq apardığı ona məxsus əmlakını özünə qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçı olan nənəsi İddiaçı məxsus qeyriyaşayış sahəsini xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələri əsasında icarəyə götürmüşdür. Lakin icarə müqaviləsinin şərtlərini pozaraq icarə haqqını ödəməmişdir. Buna görə də iddiaçı tərəfindən “müqavilənin ləğv edilməsi, daşınmaz əmlakdan çıxarılma və pul” tələbinə dair iddia qaldırılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2022 nömrəli 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 1 saylı icarə müqavilələrinin ləğv edilməsi Cavabdeh 4200 manat tutularaq İddiaçı verilməsi və Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Həmçinin Cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarkən ona məxsus əşyaları da özü ilə aparmışdır. Sözügedən əşyaların dəyəri ilə bağlı "xxxx" MMC-dən 07 mart 2024-cü il tarixli ƏQ-308/2024 nömrəli mütəxəssis rəyi alınmışdır. Belə ki, həmin rəydə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan məişət avadanlıqlarının və müxtəlif növ əşyalarının dəyərinin 19765 manat olması müəyyən edilmişdir. Cavabdeh qanunsuz olaraq apardığı iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan əşyaların dəyərini ona qaytarmalıdır. Həmin əşyalar bunlardır: 1) dəyəri 50 manat olmaqla 76 ədəd stul (mebel materialından hazırlanmış) – 3800 manat, 2) dəyəri 200 manat olmaqla 6 ədəd stol (mebel materialından hazırlanmış) – 1200 manat, 3) dəyəri 260 manat olmaqla 15 ədəd stol-stul dəsti (15 ədəd stol və 60 ədəd stulları ilə birlikdə) – 3900 manat, 4) dəyəri 30 manat olmaqla 7 ədəd stol (sarı rəngdə olan) - 210 manat, 5) dəyəri 300 manat olmaqla 1 ədəd manqal, 6) dəyəri 350 manat olan 1 ədəd soyuducu (dondurma üçün), 7) dəyəri 450 manat olmaqla 2 ədəd soyuducu (vitrin üçün şüşəli olan) – 900 manat, 8) dəyəri 200 manat olmaqla 3 ədəd soyuducu “Çinar” markalı (1 qapılı) – 600 manat, 9) dəyəri 800 manat olmaqla 2 ədəd soyuducu (vitrin) üçün – 1600 manat, 10) dəyəri 2 manat olmaqla 100 ədəd bakal “Fuje” – 200 manat, 11) dəyəri 1.50 manat olmaqla 80 ədəd rumka (50 ml-lıq) – 120 manat, 12) dəyəri 2 manat olmaqla 80 ədəd bakal (sok üçün şüşə materialdan olan) – 160 manat, 13) dəyəri 1.50 manat olmaqla 100 ədəd qaşıq (yemək üçün) – 150 manat, 14) dəyəri 1.50 manat olmaqla 100 ədəd çəngəl – 150 manat, 15) dəyəri 3 manat olmaqla 85 ədəd boşqab (dərin olan) – 255 manat, 16) dəyəri 2 manat olmaqla 85 ədəd boşqab (düz olan) – 170 manat, 17) dəyəri 3 manat olmaqla 90 ədəd boşqab (rəngli) – 270 manat, 18) dəyəri 3 manat olmaqla 90 ədəd boşqab (düz olan böyük həcmli) - 270 manat, 19) dəyəri 1.50 manat olmaqla 30 ədəd duz qabı – 45 manat, 20) dəyəri 1.50 manat olmaqla 30 ədəd salfet qabı – 45 manat, 21) dəyəri 180 manat olmaqla 1 ədəd mikrodalğalı soba “Beko” markalı, 22) dəyəri 45 manat olan 1 ədəd saj (elektrikli), 23) dəyəri 60 manat olmaqla 1 ədəd ətçəkən maşın “Beko” markalı 24. dəyəri 15 manat olmaqla 3 ədəd bıçaq (böyük) – 45 manat, 25) dəyəri 10 manat olmaqla 5 ədəd padnos (böyük) – 50 manat, 26) dəyəri 20 manat olmaqla 5 ədəd qaşıq (böyük nikkel materialdan olan) – 100 manat, 27) dəyəri 100 manat olmaqla 5 ədəd qazan (10 litrlik alüminium materialdan hazırlanmış) – 500 manat, 28) dəyəri 180 manat olmaqla 2 ədəd qazan (5 litrlik alüminium materialdan hazırlanmış) – 360 manat, 29) dəyəri 2 manat olmaqla 80 ədəd bıçaq (meyvə üçün nikel materialdan hazırlanmış) – 160 manat, 30) dəyəri 10 manat olmaqla 50 ədəd vaza (meyvə üçün şüşə materialdan hazırlanmış) – 500 manat 31. dəyəri 100 manat olmaqla 15 ədəd radiator (setkalı olan) – 1500 manat 32. dəyəri 70 manat olmaqla 7 ədəd çilçıraq (böyük) – 490 manat, 33) dəyəri 550 manat olmaqla 1 ədəd kondisioner “Beko” markalı (60 kvadratmetrlik), 34) dəyəri 450 manat olmaqla 1 ədəd kondisioner “Beko” markalı (40 kvadratmetrlik), 35) dəyəri 80 manat olmaqla 2 ədəd su mühərriki – 80 manat. Odur ki mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, İddiaçı tanıyır. Belə ki iddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermiş cavabdehdə sözügedən obyekti kafe kimi işlətmişdir. O, dəfələrlə həmin kafeyə gələrək cavabdehdən pul götürmüşdür. Həmin qeyri-yaşayış sahəsi Yeni Gəncədə yerləşir. Sözügedən qeyri-yaşayış sahəsinə (obyekt) getmiş və bir gecənin içində cavabdehin kafedə olan bütün əşyaları yığıb apardığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, İddiaçı və Cavabdeh tanıyır. Belə ki cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekt) icarəyə götürərək işlətmişdir. Obyektdə təmirə ehtiyac olan zaman əşyaları o gedib düzəltmişdir. İddiaçı onu yenə təmirə ehtiyac olduğu üçün obyektə çağırmış, lakin bu zaman obyektdəki əşyaları yığıb apardıqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Cavabdeh İddiaçı ilə icarə müqaviləsi bağlamış və 2021-ci ildən iddiaçıya məxsus qeyri-yaşayış sahəsini kafe kimi işlətməyə bağlamışdır. Sözügedən kafedə hər cür məişət avandanlıqları və müxtəlif əşyalar mövcud idi. Belə ki, kafe Yeni Gəncədə yerləşməklə, kafenin vergi işlərinə o nəzarət etmişdir. Cavabdeh obyektə iddiaçını daxil olmağa qoymamış, buna görə də aralarında mübahisə yaranmışdır. Cavabdeh İddiaçı məxsus bütün əşyaları kafedən özü ilə aparmışdır. Həmin əşyaların ümumi dəyəri 20000 manat təşkil edərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsi Polis Bölməsinin 09 dekabr 2021-ci il tarixli, 316-13552H-324 nömrəli məktubunda Göygöl rayonu, A.Kazımov küçəsi, ev 14-də yaşayan İddiaçı bildirilmişdir ki Cavabdeh ilə aralarında baş vermiş mübahisə mülki xarakterli olduğundan bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********94-06301 reyestr nömrəli, 03 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X4 surətindən görünür ki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.343 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 430 kvadratmetr olan qeyri-yaşayış binası tam pay olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. 16 avqust 2021-ci il tarixli, N-1 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı müqavilənin 5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə icarəçinin müvəqqəti istifadəsinə verməyi icarəçi isə müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürür. İcarəyə verən bundan sonra əmlak adlanacaq aşağıdakı əmlakı icarəçinin müvəqqəti istifadəsinə verir: ünvan 3 ünvanında yerləşən Q/Y sahəsi (Qadın Gözəllik salonu) İcarə haqqı hər ay üçün 200 manat müəyyən olunur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 1 saylı icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh 4200 manat tutularaq İddiaçı verilməsi və Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli ƏQ-308/2024 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki İddiaçı ilə bağlanmış 07 mart 2024-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı təqdim etdiyi foto şəkillərə əsasən 35 sayda məişət avadanlıqlarının və müxtəlif növ əşyaların müqayisə yanaşması ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı təqdim etdiyi foto və şəkillərə əsasən 35 sayda məişət avadanlıqlarının və müxtəlif növ əşyaların müqayisə yanaşması ilə real bazar dəyərinin hesablanması aşağıdakı cədvələ uyğun olmuşdur: 1) dəyəri 50 manat olmaqla 76 ədəd stul (mebel materialından hazırlanmış) – 3800 manat, 2) dəyəri 200 manat olmaqla 6 ədəd stol (mebel materialından hazırlanmış) – 1200 manat, 3) dəyəri 260 manat olmaqla 15 ədəd stol-stul dəsti (15 ədəd stol və 60 ədəd stulları ilə birlikdə) – 3900 manat, 4) dəyəri 30 manat olmaqla 7 ədəd stol (sarı rəngdə olan) - 210 manat, 5) dəyəri 300 manat olmaqla 1 ədəd manqal, 6) dəyəri 350 manat olan 1 ədəd soyuducu (dondurma üçün), 7) dəyəri 450 manat olmaqla 2 ədəd soyuducu (vitrin üçün şüşəli olan) – 900 manat, 8) dəyəri 200 manat olmaqla 3 ədəd soyuducu “Çinar” markalı (1 qapılı) – 600 manat, 9) dəyəri 800 manat olmaqla 2 ədəd soyuducu (vitrin) üçün – 1600 manat, 10) dəyəri 2 manat olmaqla 100 ədəd bakal “Fuje” – 200 manat, 11) dəyəri 1.50 manat olmaqla 80 ədəd rumka (50 ml-lıq) – 120 manat, 12) dəyəri 2 manat olmaqla 80 ədəd bakal (sok üçün şüşə materialdan olan) – 160 manat, 13) dəyəri 1.50 manat olmaqla 100 ədəd qaşıq (yemək üçün) – 150 manat, 14) dəyəri 1.50 manat olmaqla 100 ədəd çəngəl – 150 manat, 15) dəyəri 3 manat olmaqla 85 ədəd boşqab (dərin olan) – 255 manat, 16) dəyəri 2 manat olmaqla 85 ədəd boşqab (düz olan) – 170 manat, 17) dəyəri 3 manat olmaqla 90 ədəd boşqab (rəngli) – 270 manat, 18) dəyəri 3 manat olmaqla 90 ədəd boşqab (düz olan böyük həcmli) -270 manat, 19) dəyəri 1.50 manat olmaqla 30 ədəd duz qabı – 45 manat, 20) dəyəri 1.50 manat olmaqla 30 ədəd salfet qabı – 45 manat, 21) dəyəri 180 manat olmaqla 1 ədəd mikrodalğalı soba “Beko” markalı, 22) dəyəri 45 manat olan 1 ədəd saj (elektrikli), 23) dəyəri 60 manat olmaqla 1 ədəd ətçəkən maşın “Beko” markalı, 24) dəyəri 15 manat olmaqla 3 ədəd bıçaq (böyük) – 45 manat, 25) dəyəri 10 manat olmaqla 5 ədəd padnos (böyük) – 50 manat, 26) dəyəri 20 manat olmaqla 5 ədəd qaşıq (böyük nikkel materialdan olan) – 100 manat, 27) dəyəri 100 manat olmaqla 5 ədəd qazan (10 lt. aliminium materialdan hazırlanmış) – 500 manat, 28) dəyəri 180 manat olmaqla 2 ədəd qazan (5 lt. aliminium materialdan hazırlanmış) – 360 manat, 29) dəyəri 2 manat olmaqla 80 ədəd bıçaq (meyvə üçün nikkel materialdan hazırlanmış) – 160 manat, 30) dəyəri 10 manat olmaqla 50 ədəd vaza (meyvə üçün şüşə materialdan hazırlanmış) – 500 manat, 31) dəyəri 100 manat olmaqla 15 ədəd radiator (setkalı olan) – 1500 manat, 32) dəyəri 70 manat olmaqla 7 ədəd çilçıraq (böyük) – 490 manat, 33) dəyəri 550 manat olmaqla 1 ədəd kondisioner “Beko” markalı (60 kvadratmetrlik), 34) dəyəri 450 manat olmaqla 1 ədəd kondisioner “Beko” markalı (40 kvadratmetrlik), 35) dəyəri 80 manat olmaqla 2 ədəd su mühərrəriki – 80 manat. Beləliklə İddiaçı təqdim etdiyi foto və şəkillərə əsasən 35 sayda məişət avadanlıqlarının və müxtəlif növ əşyaların müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixə real bazar qiyməti 19765 (on doqquz min yeddi yüz altmış beş) manat təşkil edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********94-06301 reyestr nömrəli, 03 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X6 əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,343 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 430 kvadratmetr olan qeyriyaşayış binası tam pay olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 1 saylı icarə müqavilələri əsasında icarəyə vermişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-328/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 1 saylı icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh 4200 manat tutularaq İddiaçı verilməsi və Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan iddiaçıya məxsus əşyaları da özü ilə birlikdə apardığına görə hal-hazırda İddiaçı Cavabdeh qarşı sözügedən əşyaların dəyərinin ona ödənilməsi yəni, pul tələbinə barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində ona məxsus olan əşyaların cavabdeh tərəfindən aparılması məhkəməyə tədqiq edilmiş sübutlarla təsdiq olunur. Belə ki, iddiaçı iddiasında qeyd edilən əşyaların mövcudluğuna, cavabdeh tərəfindən aparılmasına dair sübutlar təqdim etmişdir və bu hal məhkəmə iclasında şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Ona görə də İddiaçı həmin əşyaların dəyərini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlakın X1 Cəmiyyətinin 07 mart 2024-cü il tarixli, ƏQ-308/2024 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində İddiaçı məxsus 35 sayda məişət avadanlıqlarının və müxtəlif növ əşyaların müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixə real bazar qiyməti 19765 (on doqquz min yeddi yüz altmış beş) manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə mütəxəssis rəyini də sübut kimi qəbul edərək orada qeyd edilən əşyaların real-bazar dəyəri ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19765 (on doqquz min yeddi yüz altmış beş) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus 07 mart 2024-cü il tarixli, GST2084142 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən məişət avandanlıqlarının qiymətləndirilməsi üçün 60 (altmış) manat məbləğində pul ödənilmişdir. Məhkəmə, hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məişət avandanlıqlarının qiymətləndirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş 13269 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkilə göstərdiyi hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 78 (yetmiş səkkiz) manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin və iddiaçının xahişi nəzərə alınmaqla, İddiaçı tərəfindən vəkilə hüquqi xidmətə görə ödənilmiş 78 (yetmiş səkkiz) manat pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 19765 (on doqquz min yeddi yüz altmış beş) manat alınıb İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu, məişət avandanlıqlarının qiymətləndirilməsi üçün ödənilmiş 60 (altmış) manat və vəkilə hüquqi xidmətə görə ödənilmiş 78 (yetmiş səkkiz) manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2390/2024
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-2390/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver