Məhkəmə qərarları › İş №2(125)-2393/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2393/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2393/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2018-ci ilin dekabr ayının 01-dən halhazırki günə kimi hər ay 300 manat ödənilmiş kirayə pulunun yarısı kimi 5100 (beş min bir yüz) manat pulun və 72 (yetmiş iki) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı nümayəndəsi iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən 2018-ci il dekabr ayının 01-nə kimi 5100 manat yox, 2018-ci ilin oktyabr ayının 14-dən hal hazırki günə kimi hər ay 300 manatdan kirayə pulu olmaqla 14700 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia tələbinin həcminin artırıldığı kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edib izahatında göstərdi ki,Gəncə şəhəri, Sevinc qəsəbəsi, (Məhsəti qəsəbəsi), Şıxəli Qurbanov adına BYB-i, ev 46 saylı ünvandakı mülkün 1/2 hissəsi iddiaçının, 1/2 hissəsi isə Cavabdeh1 məxsusdur. 2018-ci ildə iddiaçının keçmiş əri hal-hazırki cavabdeh onu aldadaraq evlərinin ipotekada olmasına baxmayaraq qeyri-real olaraq etibarnamə ilə digər Cavabdeh2 satmış evin satış pulunu Cavabdeh1 özü götürmüşdür. Cavabdeh1 evin satış pulunu iddiaçıdan gizlətdiyini görüb, iddiaçı digər cavabdehin arvadına bildirmişdir ki, o evin satılması ilə bağlı verdiyi razılıq ərizəsini notariusda ləğv etdirmişdir. Evdə heç bir təmir işləri gördürməmələrini və evin pulunu Cavabdeh1 geri almalarını bildirmişdir. Ancaq onlar hal hazıra kimi idiaçıya məxsus evi boşaltmamışlar. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddia tələbinin cavabdehlərdən müştərək qaydada alınmasına gəldikdə iddiaçının kesmiş əri olan Cavabdeh1 evi satarkən əldə etdiyi pulu öz məqsədi üçün istifadə etmişdir. İddianın təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2, sözügedən mənzili ilkin ödənişini ödəyərək onlardan almışdır və ipoteka pullarını da bu günə qədər ödəmişdir. Cavabdeh2 aldığı mənzildə kirayədə yaşamır, kiminləsə də, o cümlədən də onunla və iddiaçı ilə hər hansı bir “kirayə müqaviləsi” bağlamamış, hər hansı bir öhdəlik götürməmişdir. Bununla yanaşı həmin mənzildə onun 2/1 hissədə payı olduğu halda ondan da kirayə pulu tələb edilməsi düzğün deil. Həmçinin hələ göstərilən müddətlərdə iddiaçının sözügedən mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ əldə etmədiyi halda, 2018-ci il oktyabr ayının 14-dən hər hansı bir kirayə pulunu tələb etməyə də hüququ olmamışdır və yoxdur. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilimiş: Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 7E-4846 reyestr nömrəli etibarnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən bağ evinin üzərində öz adından sərəncam vermək hüququnu Cavabdeh2 etibar etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli 8İ-1733 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh1 oğluna məxsus ünvan 2 ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satılmasına razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli «Elektron notariat» Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 8İ-1733 reyestr nömrəli ərizəsini ləğv etdirmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli 8İ-1732 reyestr nömrəli ərizəsinin təsdiq olunmuş surətindən görünür ki, ona məxsus ipoteka ilə yüklü olan Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən bağ evini Goranboy rayon sakini Cavabdeh2 ipoteka kreditinin qalan hissəsinin onun tərəfindən ödənilməsi şərti ilə 17000 manat məbləğində razılaşaraq satdığını, pulunu nəğd olaraq tam şəkildə aldığını və bağ evini təhvil verdiyini göstərmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi İddiaçı aid edilsin və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1092/2022 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnaməsi «Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013- cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafıkinə əsasən hər ay ödənilməli olan borc məbləğinin 1/2 hissəsinin İddiaçı aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi» hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik İddiaçı və Cavabdeh1 ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən bağ evinin 1/2 hissəsi Cavabdeh1 və 1/2 hissəsi İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında ünvan 5 ünvanda yerləşən bağ evinin alqı satqısına dair razılaşma olmuş və həmin razılaşmaya əsasən cavabdehlərdən Cavabdeh2 ilkin olaraq 17000 manat məbləğdə pul ödəyərək kredit müqaviləsi üzrə öhdəliyin qalan hissəsini öz üzərinə götürməsi barədə razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən Cavabdeh2 qeyd olunan bağ evində yaşamışdır. Lakin sonradan iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında olan mübahisəyə görə qeyd olunan bağ evi üzərində onların hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən Cavabdeh2 keçən müddət ərzində paylı mülkiyyət hüququ üzrə ona məxsus bağ evində yaşamasını əsas gətirərək kirayə haqqı olaraq 14700 manat pulun ona ödənilməsini tələb etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan münasibət alqı satqı ilə bağlı olamaqla hər hansı kirayə müqaviləsi mövcud olmamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 alqı satqı ilə bağlı razılaşma əsasında iddiaçının öz razılığı ilə həmin bağ evinə köçmüş və aralarında baş vermiş mübahisəyə qədər keçən müddət ərzində iddiaçı tərəfindən cavabdehin həmin bağ evində yaşamasına etiraz edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair yəni evin cavabdehə kirayəyə verməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddia tələbinin cavabdehlərdən Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən bağ evi onun paylı mülkiyyətində olmaqla ona qarşı yönəlmiş tələbin nədə ifadə olunması əsaslandırılmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar