Məhkəmə qərarları › İş №2(125)-2404/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2404/2025

07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2404/2025 07.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, ondan dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Səbail Rayon Məhkəməsinin 1(009)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, hal-hazırda istintaq təcridxanasında saxlanılan məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İcra məmuru N.Abuşov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsininn istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq bir ədəd nəzarət qurğusunun enerji adapteri məhkum Cavabdeh təhvil verilmişdir. Həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin polis əməkdaşları tərərfindən yalnız elektron qolbağı təhvil vermişdir. Elektron nəzarət vasitəsinin mobil qurğusu və enerji adapterinin harada olması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Evrodizayn QSC-nin rəyinə əsasən müəyyən olunmuşdur ki, Attenti markalı elektron nəzarət vasitəsinin komplektasiyası pozulmuş və bu səbəbdən həmin komplekt yararsız hesab olunmuşdur. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin 2277,40 ( iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik təşkil edir. İddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən iddianı etiraf etməmişdir. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; -Bakı Şəhər Səbail Rayon Məhkəməsinin1(009)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 08 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək, 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək, 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 26 ( iyirmi altı) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 22 ( iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 06 ( altı) ay 08 ( səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. -Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəydən müəyyən edilir ki, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş şəxsə (Cavabdeh) tətbiq olunan 078CE27832 (TX700 qolbağı) seriyalı “Attenti” adlı elektron nəzarət vasitəsinə xx.xx.2024cü il tarixdə baxış keçirilmişdir. Həmin rəydə bildirilir ki, sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu, adaptor, kabura və çanta aşkarlanmamışdır. Bunları nəzrə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. Rəydə Evrodizayn QSC-nin mühəndisi Eldar Qurbanov tərəfindən yoxlanılmış və Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin Makasi Elvin Abuşova təhvil verildiyi adı şəkilən şəxslərin imzalarıyla təsdiq olunmuşdur. -Attenti markalı elektron nəzarət vasitəsi haqqında maliyyə arayışının surətindən görünür ki, “Attenti” markalı ağıllı elektron qolbağın (bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektrik adapteri, bir ədəd klipsa və bir cüt proqram lisenziyası) qiyməti 2277 manat 40 qəpik təşkil edir və istifadəyə verildiyi tarix 2021-ci ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 08 iyun 2023cü il tarixdən 09 iyun 2023-cü il tarixədək, 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək, 07 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 26 ( iyirmi altı) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) ay 02 ( iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 22 ( iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Lakin, Cavabdeh elektron nəzarət vasitələri üçün göstərilən öhdəliklərinə əməl etməyərək qanunsuz hərəkət etmiş və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində ziyan vurmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2017-ci il tarixli 26-N nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamənin 5.2-ci müddəasının mətn və məzmununa görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin strukturuna Elektron monitorinq şöbəsi daxildir. Xidmət bu struktur qurum vasitəsilə elektron nəzarət sisteminin təşkilini və idarə olunmasını həyata keçirir, həmçinin elektron nəzarət vasitələri tətbiq olunan məhkumlar tərəfindən onların üzərinə qoyulan vəzifələrə riayət edilməsinin monitorinqini həyata keçirir, bu vəzifələrin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görür. Yəni, iddiaçı hazırki iddianı qaldırmaq üçün ixtiyarlı şəxsdir. Məhkəmə, həmçinin iddia tələbinin qanuni əsası ilə bağlı da maddi hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi Cavabdeh elektron nəzarət vasitələrini sındırmaqla mülki hüquq pozuntusu (delikt) törətmiş və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,4 manat dəyərində maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 2277,4 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Baxılan işdə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməli olan dövlət rüsumu cavabdehdən alınıb, dövlət büdcəsinə ödənilməlidir. Ödənilməli olan dövlət rüsumu isə 42,77 (qırx iki) manat 77 qəpik məbləğini təşkil edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2277,4 (iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik məbləğində pul alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42,77 (qırx iki) manat 77 qəpik məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar