Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2409/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 4.516 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 81 qəpik, cəmi 4.582 manat 43 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 4.516 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 81 qəpik, cəmi 4.582 manat 43 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2*2*-ci il tarixli 1* nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs olan «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs X1 (Ağalarov) arasında *1 iyun 2*18-ci il tarixdə qəza komissarı xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən A.A.Məmmədov (Ağalarov) «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyətinin tapşırığı ilə qəza komissarı xidmətinin göstərilməsi vəzifəsini icra etməyi, «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyəti isə bunun müqabilində A.A.Məmmədova (Ağalarova) razılaşdırılmış məbləğdə muzd ödəməyi (xidmət haqqı) öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 4.516 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 81 qəpik, cəmi 4.582 manat 43 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «Standart İnsurance» sığorta şirkəti açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 4.516 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 81 qəpik, cəmi 4.582 manat 43 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2409/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2409/2022
06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver