Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2419/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 250 manat məbləğində əsas borcun, zamin durmaqla bağlı ödədiyi 400 manat pulun alınıb ona verilməsinə və dəyən mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, 650 manat məbləğində əsas borc, ödənilməyən hər aya uyğun 20%, yəni 11 aya 1430 manat, maddi və mənəvi ziyanın kompensasiyası olaraq əlavə 1500 manat pulun tutulması və əlavə olaraq məhkəmə qərarı qüvvəyə mindiyi gündən etibarən ümumi məbləğin ödənilməyən hər gününə müvafiq olaraq 1% dəbbə pulu hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun özünə məxsus yaşadığı binanın həyətində avadanlıq mağazası vardır. Cavabdeh 12 iyul 2024-cü il tarixdə onun mağazasından 170 manat dəyərində soba, 30 manat dəyərində paltar qabı, 50 manat dəyərində əşya da daxil olmaqla, ümumi 250 manat miqdarında əşyanı nisyə götürərək qısa müddət ərzində ödəcəyini bildirmişdir. Səhərisi gün yenidən mağazaya yaxınlaşaraq kreditlə televizor və sərinkeş götürmək istədiyini bildirmişdir. Ona inanaraq Sahib adlı şəxslə əlaqələndirərək zamin durmuş və 550 manat dəyərində televizor, 50 manat dəyərində sərinkeş almasına şərait yaratmışdır. Bu zaman özəl şirkətdə işlədiyini və qısa zaman ərzində olan borcunu qaytaracağını bildirmişdir. Dəfələrlə edilən zənglərə baxmayaraq ona dəyən maddi ziyanı ödəməmiş, etibarından sui-istifadə etmişdir. O, "102" qaynar xəttinə şikayət etmiş və Suraxanı Rayonu 30-cu Polis Bölməsinin əməkdaşları Cavabdeh tutaraq bölməyə gətirmişdirlər. Bu zaman da oktyabr ayında ödəyəciyini bildirmişdir. Zamin durduğu şəxs borcunu ödəmədiyi üçün 400 manat məbləğində pulu da ödəmək məcburiyyətində qalmışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona dəyən maddi ziyan həmçinin xəstəliyini ağırlaşdırmış, ona mənəvi ziyan vurması ilə nəticələnmiş, xəstəxanada tibbi yardım almaq zərurəti yaratmışdır. Suraxanı Rayon Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və 10 sentyabr 2024-cü il tarixli qərar əsasən əməldə cinayət tərkibi aşkarlanmadığı müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilmiş xx.xx.2024cü il tarixli izahatın surətindən görünür ki, Cavabdeh Bəhman oğlu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə kirayə qaldığı evin yaxınlığında olan ticarət köşkünə gəlib orada satıcı işləyən, adını İxtiyar kimi bildiyi şəxsə ona qaz peçi, yemək isidən aparat və ayaqqabı yığmaq üçün qab lazım olduğunu demiş, İxtiyar isə istədiyi şeylərin onda olduğunu bildirmişdir. O isə pulu olmadığını sonra verə biləcəyini dedikdə İxtiyar 3 ay ərzində ödəməsini demiş, o isə malları götürüb getmişdir. Səhəri gün Hövsan qəsəbəsində fəaliyyət göstərən mağazalardan birinə, Sahibin mağazası deyilən mağazaya girmiş, onlardan bir ədəd televizor və külək vuran aparat istəmiş, Sahib istədiyi malların olduğunu demişdir. İxtiyara zəng vurub pulu olmadığını, mağazadan bir ədəd televizor və külək vuran avadanlıq götürmək istədiyini demiş və ondan zamin dura biləcəyini soruşmuşdur. İxtiyar telefonu Sahibə verməsini demiş və ona zamin durmuşdur. Televizorla sərinlik aparatını götürüb getmiş, bir müddət pulu olmadığına görə ödəniş edə bilməmiş, daha sonra yoldaşı əməliyyat olunduğu üçün pullarını ora xərcləmişdir. İxtiyar ona tez-tez zəng vursa da, borcunu ödəyə bilməmişdir. İxtiyara 250 manat, Sahib adlı şəxsə isə 390 manat borcludur. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Rəhman İsmayılov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh ondan 170 manat dəyərində soba, 30 manat dəyərində paltar qabı və 50 manat dəyərində əşya da daxil olmaqla, ümumi 250 manat məbləğində əşyanı nisyə götürərək qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan əlavə cavabdehi Sahib adlı şəxslə əlaqələndirərək zamin durmuş və cavabdehin 550 manat dəyərində televizor, 50 manat dəyərində sərinkeş almasına şərait yaratmışdır. Lakin zamin durduğu şəxs onun etibarından sui-istifadə edərək borcunu ödəmədiyi üçün 400 manat məbləğində pulu da ödəmək məcburiyətində qalmışdır. Buna görə də məhkəməyə müraciət edərək, 650 manat məbləğində əsas borc, ödənilməyən hər aya uyğun 20%, yəni 11 aya 1430 manat pulun, maddi və mənəvi ziyanın kompensasiyası olaraq əlavə 1500 manat pulun cavabdehdən tutulmasına və əlavə olaraq məhkəmə qərarı qüvvəyə mindiyi gündən etibarən ümumi məbləğin ödənilməyən hər gününə müvafiq olaraq 1% dəbbə pulu hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçıdan ümumi dəyəri 250 manat olan məişət avadanlığı alaraq onların dəyərini hissə-hissə ödəməyi üzərinə götürsə də, borcunu ödəmişdir. Bundan başqa tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdehin Sahib adlı şəxsdən məişət avadanlıqları alması üçün iddiaçı zamin durmuş, lakin cavabdeh borcunu ödəmədiyi üçün iddiaçı zamin olduğuna görə 400 manat borcu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. MM-in 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdehin iddiaçıdan ümumi dəyəri 250 manat olan məişət avadanlığı alaraq borcunu ödəməməsi, eləcə də iddiaçının cavabdehin kreditor qarşısında öhdəliyini icra edərək sonuncunun borcundan 400 manat ödəniş etməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddia tələbinin ödənilməyən hər aya uyğun 20%, yəni 11 aya 1430 manat, maddi və mənəvi ziyanın kompensasiyası olaraq əlavə 1500 manat pulun tutulması və əlavə olaraq məhkəmə qərarı qüvvəyə mindiyi gündən etibarən ümumi məbləğin ödənilməyən hər gününə müvafiq olaraq 1% dəbbə pulu hesablanmasına dair hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin zərərin nədə ifadə olunması barədə sübut təqdim etmədiyindən və gələcəkdə ödənilməyən 1% dəbbə pulunun tutulması qeyri-müəyyən tələb olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia qismən təmin edilməli, Cavabdeh qızından 650 manat pul alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2419/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2419/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver