Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2420/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əzulla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzi qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin dəyəri həcmində 13.600 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, onunla Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə ona 12.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixdə o, Cavabdeh1 4.000 manat məbləğində pul vəsaiti alaraq, Cavabdeh1 baş etibarnamə verilmişdir. Cavabdeh1 ödənilməmiş 8.000 ABŞ dolları məbləğində pul vəsaitini 1 ay müddətində verəcəyini öhdəsinə götürsə də həmin pul vəsaitini ona ödəməmişdir. Buna görə də o, Cavabdeh1 adına verilmiş etibarnaməni xx.xx.2012-ci il tarixdə Gəncə şəhər 2 nömrəli notariat ofisində ləğv etdirmişdir. Bundan sonra «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmamışdır. Buna görə də o, 2012-ci ildə «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 qarşı «avtomobil tələbi»nə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınıb ona verilməsi qət edilmişdir. Lakin işdə iştirak etməyə cəlb edilməyən və məhkəmə qətnaməsi ilə hüquqlarına toxunulan şəxs qismində Cavabdeh2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb, ona qaytarılması qət edilmişdir. Lakin 2014-cü il tarixdən hazırki tarixədək ötən 11 il müddətində Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsi icra olunmamış və «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmamışdır. Buna görə də «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ödənilməmiş 8.000 ABŞ dolları məbləğində hissəsi cavabdehlərdən alınaraq, ona verilməlidir. Sonda İddiaçı iddianı təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etməyərək, bildirdi ki, o, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 12.000 ABŞ dolları məbləğinə almış və həmin avtomobili Cavabdeh2 7.500 ABŞ dolları məbləğinə satmışdır. Qeyd olunan avtomobilin dəyəri qismində 12.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəməsinə dair onda hər hansı sübut yoxdur. Lakin sonradan 2013-cü ildə həmin avtomobili gətirməsi üçün o, qohumu X2 Cavabdeh2 yaşadığı ünvana göndərmişdir. «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili gətirərkən avtomobilin raması qırılıb, Qaradağ rayonunu Qobustan qəsəbəsinin mərkəzi hissəsində ona məlum olmayan yerdə qalmışdır. «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən ona təhvil verilsə də hazırda həmin avtomobil onda deyildir və onun harada olduğunu da bilmir. Lakin «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil onda olsa belə o, həmin avtomobili İddiaçı qaytarmayacaqdır. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Əzulla oğlu izahatında iddianı qəbul etməyərək, bildirdi ki, o, 2013-cü ildə «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 7.500 ABŞ dollarına almış, Cavabdeh1 ilk dəfə 4.000 ABŞ dolları, ikinci dəfə 3.500 ABŞ dolları məbləğində ödəniş etmişdir. Cavabdeh1 həmin vaxt aldığı vəsaitdən İddiaçı ödəniş edəcəyini bildirmişdir. Lakin o, Cavabdeh1 İddiaçı hər hansı məbləğdə ödəniş etməsini görməmişdir. Sonradan o, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 təhvil vermişdir. Buna görə də onun hazırki iddia tələbinə aidiyyəti yoxdur. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi tələbinə dair iddia qaldırmış, Cavabdeh1 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Baş X10i İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-108655/2025 nömrəli arayışı ilə təqdim edilmiş avtomobilə dair məlumatların portaldan çıxarışından görünür ki, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin xx.xx.2010-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 adına, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 tərəfindən X6 tərəfindən Cavabdeh2 adına etibarnamə verilmişdir. Cavabdeh1 adına verilmiş etibarnamə xx.xx.2012-ci il tarixdə ləğv edilmiş, Cavabdeh2 adına olan etibarnamə isə xx.xx.2013-cü il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə şəhəri X10 Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin axtarılması haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-203/2014 nömrəli qərardadına əsasən üzərinə həbs qoyulmuş «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə Gəncə şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidmətinə müvafiq məktub göndərilmiş, eləcə də şöbənin şəxsi heyəti məlumatlandırılmış, lakin həmin avtomobili xəttə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı və Cavabdeh1 arasında 2010-cu ildə əldə olunmuş şifahi razılaşmaya əsasən İddiaçı «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququnu Cavabdeh1, Cavabdeh1 isə həmin avtomobilin dəyəri qismində 12.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 həmin razılaşma üzrə 4.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəmiş, İddiaçı «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 etibarnamə vermişdir. Lakin sonradan Cavabdeh1 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına görə razılaşdırılmış 12.000 ABŞ dolları məbləğində pul vəsaitinin 8.000 ABŞ dolları məbləğində hissəsini İddiaçı ödəməmişdir. İddiaçı Cavabdeh1 qarşı «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi tələbinə dair iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsi ilə Cavabdeh1 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)-1694/2012 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. X5 Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsinin icrası təmin edilməmiş, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarılmamışdır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzi qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin dəyəri həcmində 13.600 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməmiş, Cavabdeh2 etirazının əsası kimi «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 təhvil verməsi, Cavabdeh1 isə öz etirazının əsası kimi avtomobili Cavabdeh2 təhvil alsa da həmin avtomobilin dəyəri 12.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəməsini göstərmişdir. Lakin Cavabdeh1 12.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəməsinə dair sübutları məhkəməyə təqdim etməmiş və bu barədə sübutlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilə daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər hansı biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 arasında 2010-cu ildə «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair razılaşma olmuş, həmin razılaşmaya əsasən İddiaçı «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə 12.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçıı ödəməyi öhdəsinə götürmüşdür. Lakin onlar arasında qanunla nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamış və təsdiqlənməmiş, bununla da həmin şəxslər arasındakı əqd əhəmiyyətsiz əqd olmuşdur. Belə ki, avtomobil qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edildiyindən mülkiyyət hüququnun keçirilməsi qanunvericiliklə müəyyən edilmiş müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Qeyd olunan xüsusatlar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsi ilə təsbit edilmiş, həmin qətnamə ilə Cavabdeh1 və Cavabdeh2 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. X5 Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsinin icrası təmin edilməmiş, «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarılmamışdır. Buna görə də etibarsız əqdin nəticələrini özündə ehtiva edən Mülki Məcəllənin 337.5 və 1091-1092-ci maddələrinin tətbiqi zərurəti yaranmışdır. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 İddiaçı ilə aralarındakı razılaşmaya görə «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı qiymətinin 12.000 ABŞ dolları olduğunu və həmin pul vəsaitini İddiaçı ödədiyini, həmçinin digər Cavabdeh2 «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili ona qaytardığını bildirmişdir. Bununla da Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, İddiaçı avtomobilin alqı-satqı qiymətini və Cavabdeh2 isə «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin onda olmadığını sübut etmə vəzifəsindən azad olmuş, Cavabdeh1 isə buna mütənasib qaydada vəzifələri, yəni 12.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəməsini sübut etmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh1 öz etirazının əsası kimi istinad etdiyi həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsi ilə nəzərdə tutulan «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması mümkün olmadığı halda Cavabdeh1 8.000 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə İddiaçı xeyrinə tutulmalı, iddia Cavabdeh2 qarşı pul tələbinə dair hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, həmçinin hüquqi yardım göstərilməsi ilə əlaqədar pul vəsaitinin ödənilməsinə dair sübutlar təqdim edilmədiyindən iddia hüquqi yardımla əlaqədar sərf edilmiş vəsaitin tutulması tələbinə dair hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(104)-203/2014 nömrəli qətnaməsi ilə nəzərdə tutulan «KAMAZ 5511» markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması mümkün olmadığı halda Cavabdeh1 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2420/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2420/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver