Məhkəmə qərarları › İş №2(125)-2475/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2475/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2475/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 2361nkGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.926 manat 65 qəpik, 17 avust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 335 manat 92 qəpik, cərimə qismində 31 qəpik, cəmi 5.262 manat 88 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat 03 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 2361nkGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.926 manat 65 qəpik, 17 avust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 335 manat 92 qəpik, cərimə qismində 31 qəpik, cəmi 5.262 manat 88 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat 03 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 22 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi T.İ.Piriyeva iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyini bildirmiş və buna görə də iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxıdlmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, təkrarən məhkəmənin çağırışlarına gəlməyən cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 72 manat 63 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbz nömrəsi:948605751, transaksiya nömrəsi;1000000/46947 xx.xx.2022 15:05:41) dövlət büdcəsindən iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 2361nkGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.926 manat 65 qəpik, 17 avust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 335 manat 92 qəpik, cərimə qismində 31 qəpik, cəmi 5.262 manat 88 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat 03 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 72 (yetmiş iki) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbz nömrəsi:948605751, transaksiya nömrəsi;1000000/46947 xx.xx.2022 15:05:41) dövlət büdcəsindən iddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar