Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-249/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1, onun nümayəndəsi (vəkili) və digər Ərizəçi2 vəkili Nümayəndə, Maraqlı şəxs2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərməklə 27 yanvar 1947-ci il təvəllüdlü X7 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 Gəncə şəhərində xx.xx.1970-ci ildə doğulmuşdur. Onun valideynləri X13 və X8 1969-cu ildən faktik nikahları olmuş, nikahları 10 fevral 1970-ci ildə Samux rayon Yenikənd kənd İcra Nümayəndəliyində qeydə alınmışdır. Onlar Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsi 22 nömrəli binanın 4 nömrəli mənzilində yaşamışlar. Ərizəçi X4 Asif Yolçu oğlu xx.xx.1991-ci il təvəllüdlü olmaqla, İİ Qarabağ döyüşlərində könüllü iştirak etmiş, 8 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ərizəçinin atası Kamil Ələkbərov uzun illər ərzində Rusiya Federasiyasının müxtəlif şəhərlərinə, o cümlədən doğulduğu Maqadan Vilayətinə gedib-gəlmiş, mövsümü işlərdə işləmiş, yaxud bazarda meyvə alqı-satqısı ilə məşğul olmuşdur. 2000-ci ilin əvvəllərində o növbəti dəfə Rusiyaya getmiş, sonralar arabir telefonla qızı və arvadı ilə əlaqə saxlasa da, son 10 ildən artıqdır ki, əlaqəni kəsmişdir. X25 şəhərində yaşayan bacıları ilə də, əvvəllər əlaqə saxlasa da, onlarla da əlaqəsi kəsilmişdir. Kamil Ələkbərovun ölməsi ya sağ olması barədə, onlar heç bir məlumat əldə edə bilmirlər. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciətlərinə Konsulluq İdarəsində baxılmış, Rusiya Federasiyasında Səfirliyə göndərilmişdir. Səfirliyin cavabı əsasında Konsulluq İdarəsindən ərizəçiyə verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Operativ-məlumat qeydiyyatlarında Ələkbərovun Rusiya Federasiyasına keçməyi, vətəndaşlığı qəbul etməyi və ya vətəndaşlıqdan çıxmağı, Rusiyada qeydiyyatı və sair məlumatlar müəyyən edilməmişdir. Eyni zamanda Rusiya Federasiyasının DİN-də axtarılan şəxslər barədə məlumat yoxdur. Ərizəçi1 atasının xəbərsiz itkin düşməsi və yaxud ölməsi ehtimalı şübhəsizdir. Ona görə də, o xəbərsiz itkin düşmüş hesab olunmalıdır. Ərizəçi1 atası X9 olduğu yer məlum deyildir və o, yaşayış yeri olan Gəncə şəhərində son 20 ildə görünməmişdir. Ona görə də, məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməlidir. X7 xəbərsiz itkin düşmüş hesab edilməsi, ərizəçilərə bu barədə faktın təsdiq edilməsi üçün lazımdır. Eyni zamanda Ərizəçi2 ilə aralarındakı formal qalmış nikah qeydiyyatına xitam verilməsi üçün lazımdır. Ərizəçilərdən Gülnarənin atası, Gülsuranın isə formal nikah qeydiyyatında olduğu X7 olduğu yer məlum deyildir və o, yaşayış yeri olan Gəncə şəhərində son 2 ildə görünmədiyi üçün məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, X13 onun atasıdır, atası X13 27 yanvar 1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuşdur, 15 ildən çoxdur ki, atasını görmür. Atası axırıncı dəfə Rusiya Federasiyasının Maqadan Vilayətinə işləmək adı ilə çıxıb getmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi (vəkili) və digər Ərizəçi2 vəkili ərizənin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 27 yanvar 1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuş X13 ərizəçi Gülnarənin atası, digər ərizəçi Gülsuranın həyat yoldaşı olmuşdur. X13 və Ərizəçi2 1969-cu ildə faktiki nikaha daxil olaraq 10 fevral 1970-ci ildə Samux rayon Yenikənd kənd İcra Nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan ərizəçi Gülnarə doğulmuşdur. Belə ki, X13 uzun illər Rusiya Federasiyasına, həmçinin doğum yeri olan Rusiya Federasiyasının Maqadan vilayətinə gedib-gəlmişdir. 2000-ci ilin əvvəllərində o növbəti dəfə Rusiyaya getmiş, sonralar arabir telefonla qızı və arvadı ilə əlaqə saxlasa da, son 10 ildən artıqdır ki, əlaqəni kəsmişdir. X25 şəhərində yaşayan bacıları ilə də, əvvəllər əlaqə saxlasa da, onlarla da əlaqəsi kəsilmişdir. X7 xəbərsiz itkin düşmüş hesab edilməsi, ərizəçilərə vərəsəlik faktının müəyyən edilməsi və digər sənədləşmə məsələləri ilə əlaqədar lazımdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirdi ki, Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuş X13 onun böyük qardaşıdır, əlaqə yaratmağa cəhd etsə də, 20 ildən artıqdır ki, qardaşını görmür. Ailədə altı övlad olmuşlar, hamısı sağdır, böyük qardaşı Kamildən isə heç bir məlumatları yoxdur. Belə ki, 22 yaşında ailə qurmuşdur, ailə qurana kimi qardaşı ilə birlikdə yaşamışlar. Qardaşı Kamil öz ailəsi ilə birlikdə Gəncə şəhərində yaşasa da, sonradan Rusiya Federasiyasının Maqadan Vilayətinə getdikdən sonra ondan xəbərləri olmamışdır. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs1, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Maraqlı şəxs2 onun həyat yoldaşı olmaqla, X13 onun qaynıdır. Ərizəçi Gülnarə onun həyat yoldaşının qardaşı qızıdır. O, hərbiçi olduğuna görə Tahirə ilə evlənəndən bəri Kamili çox görməmişdir, 20 ildir isə ümumiyyətlə ondan xəbərləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, o, Ərizəçi1 həyat yoldaşı, X1 olmuşdur, belə ki, X13 onun qayınatası olmuşdur. Qayınatası Kamili təxminən 25-30 ildir ki, görməmişdir. Qayınatası Rusiya Federasiyasının Maqadan Vilayətində anadan olmuşdur, ərizəçi Gülnarə ilə ailəli olduqları dövrdə qayınatası Kamilgilə gediş-gəlişi olurdu. Qayınatasının sonuncu dəfə hara getdiyindən xəbəri olmamışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1, onun nümayəndəsi (vəkili) və digər Ərizəçi2 vəkilinin, Maraqlı şəxs2 izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, İ-ФК seriyalı, 282674 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuşdur, atası – Alekperov Alekper, anası – Alekperova Minquladır. İş materiallarına əlavə edilmiş, ИЖ seriyalı, 098987 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1954-cü il tarixdə Kirovabad şəhərində anadan olmuşdur, atası – Alekperov Alekper, anası – Alekperova Minquladır. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 3-13-57/2- Q-253xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, X3 qeydiyyat yeri barədə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Ərizəçi1 verilmiş xx.xx.2024-cü il tarixli, 3-20-15/2-Q-4xx-xx/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ərizəçinin müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Ərizəçi1 verilmiş xx.xx.2024-cü il tarixli, 3-20-15/2-7-30259/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Ərizəçi1 atası X11 Rusiya ərazisində axtarışı və vətəndaş barədə məlumat əldə edilməsi məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumuna müraciət olunmuşdur. Səfirliyin sorğusuna əsasən qarşı tərəfdən alınmış cavabda Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin operativ-məlumat qeydiyyatında K.A.Alekperovun Rusiya Federasiyasının (RF) sərhədlərini keçməyi, RF vətəndaşlığını qəbul etməyi və ya vətəndaşlığından çıxmağı, RF ərazisində qeydiyyatı, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması, o cümlədən onun adına səyahət biletlərinin alınması haqqında məlumatın olmadığı bildirilmişdir. RF Daxili İşlər Nazirliyində axtarılan şəxs barədə məlumatın olmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ələkbərova (Qocayeva) Gülnarə Kamil qızı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur, atası – X13, anası – X5r. İş materiallarına əlavə edilmiş, Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-Q-12-563/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 ilə X8 nikahı 10 fevral 1970-ci il tarixdə 05 nömrəli akt qeydi ilə Samux rayon Yenikənd kənd icra nümayəndəliyində qeydə alınmış, nikah bağlandıqdan sonra ərin soyadı Ələkbərov, arvadın soyadı Ələkbərova qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/Ə-8306/24 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü X7 dövlət sərhədindən hərəkətləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə müəyyən olunmamış, həmçinin şəxsin əvvəllər dövlət sərhədini qanunsuz olaraq keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqa zidd hərəkətləri barədə Dövlət Sərhəd Xidmətində hər hansı bir məlumat mövcud deyildir.x Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi bürosunun xx.xx.2024-cü il tarixli, 3-13-25/2-12245/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü X7 beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-39-1/2-1520/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü X13 barəsində məktubda qeyd edilmiş xüsusatlara dair Dövlət Təhlükəsizliyi Xidmətində hər hansı məlumat mövcud deyildir. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-57/2- 33533/24 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947ci il təvəllüdlü X13 Azərbaycan Respublikası DİN-in “Portal-Axtarış” sistemi üzrə yoxlanılmış, şəxsiyyətini təsdiq edən sənədə dair heç bir məlumat əldə olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-39-128/2-15087/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan şəhərində anadan olmuş X13 barəsində göndərilən məktubda göstərilən xüsusatlar barədə məlumatların mərkəzləşdirilmiş qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatından əldə edilməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/2-30856/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947-ci ildə Rusiya Federasiyasının Maqadan şəhərində anadan olmuş X2 şəhər Xalq Məhkəməsinin xx.xx.1977-ci il tarixli hökmünə əsasən Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 123-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli qərarına əsasən SSRİ Ali Sovetinin xx.xx.1977-ci il tarixli Amnistiya fərmanına əsasən cəzasının çəkilməmiş qalan 7 ay 10 gün hissəsindən əməyə mütləq cəlb olunmaqla şərti azad edilmişdir. Bundan başqa X2 şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmünə əsasən Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 123-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına mənkum edilmişdir. xx.xx.1988-ci ildə cəzasının sonu ilə azadlıqdan azad olunmuşdur. K.Ələkbərovun qeydiyyatı və sənədləşdirilməsi və barədə məlumat aşkar olunmamışdır. Gəncə Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 1033-xid-24 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1947-ci ildə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuş X13 barəsində şəhər prokurorluğunda hər hansı material aparılmamışdır. Həmin şəxsin sonuncu yaşayış ünvanı və onun barəsində axtarış işinin olub-olmaması barədə şəhər prokurorluğunda hər hansı məlumat yoxdur. Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5-8/5150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən xx.xx.1947-ci il təvəllüdlü X7 xx.xx.1970-ci il tarixli nikahı və xx.xx.1970-ci il tarixli 15 nömrəli akt qeydi ilə qeydə alınmış övladı X6 doğum haqqında akt qeydləri məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-165/4-13-11638/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Qeyd edirik ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Kamil Ələkbərova aid vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri barədə məlumat aşkar edilmədi. Əlavə olaraq məlumat veririk ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (MPM) 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi1 atası və Ərizəçi2 əri xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuş X13 (X14) ən azı 10 il bundan əvvəl Rusiya Federasiyasına getmiş və həmin vaxtdan sonra onun olduğu yer məlum olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X7 (X14) Azərbaycan Respublikasını tərk etdiyi vaxtdan onunla bağlı məlumat əldə olunmadığını, ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilmək imkanları olmadığını, ərizəçilərə bu faktın təsdiqi zəruri sənədlərin alınması üçün lazım olduğu nəzərə alınaraq ərizə təmin edilməli, xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuş X13 (X14) xəbərsiz itkin düşmüş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Maqadan vilayəti, Olsk rayonu, Ola kəndində anadan olmuş X13 (X14) xəbərsiz itkin düşmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-249/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-249/2025
21.01.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver