Məhkəmə qərarları › İş №2(125)-25/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-25/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-25/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sudan qeyriqanuni istifadəyə görə yaranmış 2196 manat borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi vəzifəsinin cavabdehin öhdəliyinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa X3 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı hüquqi varisi kimi işə cəlb edilməsini, məhkəmə prosesinin iştirakı olmadan keçirilərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi kimi X2 iştirak etmək istədiyini bildirsə də, səlahiyyətini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsasla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Mülki işə əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-291/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 1300 manat icarə haqqı borcu, elektrik enerjisi sərfiyyatından istifadəyə görə 127 manat və 1600 manat su (cərimə) pulu borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı sudan qeyri-qanuni istifadəyə görə yaranmış 2196 manat pul tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı sudan qeyri qanuni istifadəyə görə yaranmış 2196 manat pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar